UEFA reytinqi: "Qarabağ" bu dəfə məyus etdi
Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub. Mediaxeberleri.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib. Azərbaycan təmsilçisi "Qarabağ"ın Avroliqada "Olimpiakos"a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib. Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb. Danimarkanın "Midtyulland" komandası 32.750 xalla "Qarabağ"ı geridə qoyub. Digər Azərbaycan təmsilçilərindən "Neftçi" 8.000 xalla 181-ci pillədədir. "Zirə", "Sabah", "Sumqayıt" 4.000 xalla 310-cu yeri bölüşürlər. "Qəbələ" və "Şamaxı" isə 3.925 xalla 329-cu yeri paylaşırlar. Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla "Real" liderlik edir.