Alimlər kartofla bağlı bu mifi dağıtdılar: Sən demə...
Alimlər müəyyən ediblər ki, qida rasionunda kartofun daimi istehlakı ilə insult və infarkt arasında müəyyən əlaqənin olması barədə geniş yayılmış inanc əslində mifdir. Mediaxeberleri.Az xəbər verir ki, araşdırmalar nəticəsində o da məlum olub ki, qızardılmış kartof sadəcə yüksək kalorili və həddindən artıq duzlu olması səbəbindən hipertoniya riski yarada bilər. Bu barədə “Nutrients” jurnalı məlumat yayıb. 67.000-dən çox insanın sağlamlıq məlumatlarının təhlili göstərib ki, pəhrizdə müntəzəm kartof istehlakı ilə ürək-damar xəstəlikləri arasında heç bir əlaqə yoxdur. Paralel olaraq, qida rasionunda bir porsiyadan çox qızardılmış kartof istehlak edənlərin hipertoniya riski 10 faiz artır, lakin bu, artıq qeyd edildiyi kimi, xörəyin xassələri ilə deyil, kartofun tərkibindəki yağ və duz miqdarı ilə əlaqədardır.