Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
  • KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
  • Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
  • Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
  • TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
  • Zərdüşt Əlizadənin bacısı vəfat etdi
  • “Neftçi” liderliyə yüksəldi
  • Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
  • Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
  • "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
  • 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
  • Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
  • “Qalatasaray” vitse-prezidenti istefa verdi
  • Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
  • DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
  • Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
  • Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
  • Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
  • Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?

  • Tarix: 29-01-2025, 19:33

“Biz hazırda Rusiyanın Amur vilayətində nəhəng qaz emalı zavodu tikirik. İşçilərin əksəriyyəti azərbaycanlılardır. Tovuz, Şəmkir bölgəsindən daha çoxdur, sayları yüzlərlədir. Hava çox soyuqdur, bəzən 40 dərəcə şaxtada işləməyə məcburuq, amma geyim, qida, təminat, təhlükəsizlik yaxşı səviyyədədir. Azərbayandakı əməkhaqqı ilə müqayisədə yaxşı maaş alırıq. Hər ayın ortasında maaşlarımız verilir, dollarla hesablanır, rublun gündəlik kursuna uyğun kartlarımıza köçürülür”.

Mediaxeberleri.Az xəbər verir ki, bunu “AzPolitika”-nın əməkdaşı ilə söhbətində Rusiyanın adıçəkilən şəhərində çalışan Şəmkir sakini Rəşad Dadaşov deyib.

Xatırladaq ki, Azərbayan mediasında vətəndaşların Rusiyanın hərbi sənaye kompleksində ağır, insan sağlamlığı üçün zərərli işlərə cəlb edilməsi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bir qrup həmyerlimiz Tatarıstanda fəaliyyət göstərən dron zavodunda ağır əməyə cəlb edilib. Onları aldadıb gətirirlər, daha sonra aşağı əməkhaqqı və təhlükəli şəraitdə çalışmağa məcbur edirlər.

“Heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir”

Həmsöhbətimiz Rusiyanın başqa şəhərlərində də azərbayanlıların kütləvi şəkildə çalışdığını təsdiqləyir: “Tümendə, Çelyabinskdə, Moskva ətrafındakı kiçik şəhərlərdə və başqa yerlərdə çalışanlar haqda məlumatım var. Onu bilirəm ki, heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir. Azərbaycanda iş yoxdur, xüsusən rayonlarda gənclərin məşğuliyyət tapması çətindir. Əvvəl əkin, mal-qara saxlamaqla dolanmaq olurdu, neçə ildir o da camaatın əlindən çıxıb. Çıxış yolu Rusiyada belə işlər tapıb çalışmaqdır”.

R.Dadaşov deyir ki, onunla bərabər işləyənlərin bir çoxu Rusiya bazarlarında alverlə məşğul olub, amma indi bazarda pul qazanmaq çətin məsələdir: “Yəqin xəbəriniz var, miqrasiya qaydalarını sərtləşdiriblər, patentin (işləmək icazəsi) aylıq bizim pulla 200 manata çıxır. Rubl dəyərdən düşüb, Rusiyada yaşamaq, kirayə qalmaq bahalaşıb, daha əvvəlki kimi ruslarda da pul yoxdur. Ancaq ərzaq satılır. Ona görə ticarətlə məşğul olmaq sərf eləmir, məcbur qalıb belə işlərdə çalışırıq”.



Həmyerlimiz vurğulayır ki, azərbaycanlıların nisbətən yaxşı gəlirli işlərə cəlb olunması təsadüfi deyil: “Rusiyada işçi qıtlığı var, bir çox sahələrdə çalışanları yaxşı maaşla hərbi zavodlara aparıblar, bir çoxu da ordu ilə müqavilə imzalayıb Ukraynaya döyüşməyə gedir. Ona görə, 1000-1500 dollarlıq qazancı olan işlər onlar üçün sərfəli deyil. Amma bu məbləğ bizim üçün yaxşı puldur, yemək, yatmaq, patent pulu, bilet – hamısı şirkət tərəfindən qarşılanır”.


“Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki...”

Rusiyanın Sverdlovsk, Çita şəhərlərində meyvə ticarəti ilə məşğul olan Elxan Məmmədov isə deyir ki, rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbayanlılar üçün böyük problem yaradıb: “Kimin obyekti, yaxşı qurduğu işi var, onlar problemlərə hələ ki, davam gətirə bilirlər. Dövriyyə azalsa da qazanc var, birtəhər ayaq üstə dura bilirik. Amma “sezona” gələn üçün vəziyyət çox pisdir. Qaydaları sərtləşdiriblər, nəzarəti artırıblar, əvvəlki kimi polisə, məmura “hörmət edib” işləmək çətindir. Kimin iş icazəsi yoxdur, dərhal deport edirlər”.

Həmyerlimiz deyir ki, tanıdığı xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qism də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur: “Özünüz fikirləşin, hazırda 1000 rubl 15-16 manatdır. Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki, həm patent ödəsin, həm kirayə versin, həm burada yaşasın, sonra evə də pul göndərsin... Manatla heç olmasa aylıq 2 min manat təmiz gəlir olmasa, evə 300-400 manat göndərmək mümkün deyil. Bizim çalışdığımız şəhərdə bu məbləği hər adam qazana bilmir, çünki alver “ölüb”, hər şey bahalaşıb”.

“Rusiyada ciddi işçi qıtlığı var...”

Moskvada ticarət mərkəzi olan Maarif Əsgərov isə 10 ildən artıqdır Rusiya vətəndaşı olduğunu, işlərinin pis getmədiyini deyir: “Bizim iş ərzaq, içki və s. gündəlik tələbat malları satmaqdır. Doğrudur, 2 il əvvəllə müqayisə etsək, ticarət dövriyyəsi 30 faiz azalıb, ona görə də başqa işləri dayandırmağa məcbur olduq. Fikrimiz vardı daha bir ticarət mərkəzi açaq, yeni işçilər götürək, amma gedişat bu qədər sərmayə qoyuluşu üçün böyük risqlər yaradır”.



Həmyerlimiz vurğulayır ki, Rusiyada ciddi işçi qıtlığı var, onun özü də bu problemdən əziyyət çəkir: “Müharibə, miqrantlara qarşı təzyiqlər, sərt qaydalar çoxlu sayda əmək qabiliyyətli adamların ölkədən getməsinə səbəb olub. Bir tərəfdən də hərbi sənaye çox cəlbedicidir, yüksək maaşlar verilir, gənclər ora axın edir. Miqrantları işə cəlb etməyə maraq yoxdur, kimin vətəndaşlığı var, orduya aparmağa çalışırlar. Yaxasını ələ verənin evi yıxıldı, hələ Ukraynadan sağ qayıdan görməmişəm”.

M.Əsgərov deyir ki, manatla 1200-1500 manat əməkhaqqı ilə işçi tapa bilmir: “Bu gedişlə Rusiyanın axırı yoxdur, iqtisadi vəziyyət də günü-gündən çətinləşir, şübhə eləmirəm ki, çox uzaq olmayan vaxtda biz də hər şeyimizi satıb Azərbaycana qayıdacağıq, amma orada da bizi xoş günlər gözləmir. Nə isə, Allah bilən məsləhətdir”.

“Yaşlı kişini yerə yıxıb döyüblər ki, müharibəyə niyə getmirsən”

Moskvada 20 ilə yaxındır meyvə ticarəti ilə məşğul olan İsmayıl Həmidov isə yaxın aylarda Azərbaycana dönməyi planlaşdırır. Deyir ki, Yeni ildə ötən bayramdan 70 faiz az satış edə bilib: “Camaatda pul yoxdur, hamı ərazaq alır, kimdir meyvəyə pul verən? Bir tərəfdən də “qara milləti” sıxışdırırlar, ələ keçəni müharibəyə aparırlar. Ötən həftə bizim uzaq qohumun evinə basqın etmişdilər. Təsəvvür edin, binanın işığını söndürüb evə hücum çəkiblər, 55 yaşında kişini yerə yıxıb döyüb-təhqir ediblər ki, niyə hərbi çağırışdan yayınırsan...”

Rusiyada ancaq onlar qala bilər...

Rusiyada çalışan azərbaycanlılar arasında apardığımız sorğudan ortaya çıxan mənzərəni belə təsnif etmək olar:

Rusiyada işləməyə yeni gedənlərin böyük əksəriyyəti sənaye müəssisələrinin tikintisinə cəlb olunanlardır. Əməkhaqqı və iş şəraiti onları qane edir, müvəqqəti də olsa, bu, onlar üçün sabit gəlir mənbəyidir.

Mövsümi olaraq bazarlarda çalışıb gündəlik qazanca ümid edənlərin əksəriyyəti üçün isə vəziyyət çox çətindir. Həm qaydalar sərtləşib, həm də ölkədə iqtisadi aktivlik aşağı düşdüyündən, yaşam şərtləri ağırlaşdığından Rusiyada qalmaq sərfəli deyil.

Qonşu ölkədə yalnız ticarət obyektləri, yaxşı əlaqələri olan azərbaycanlılar qalıb işləyə bilirlər. Onların gəlirləri azalsa da, alternativlərdən ən yaxşı durum elə Rusiyada ticarəti davam etdirməkdir. Hələ ki...




Rayonlarda vəziyyət acınacaqlıdır

Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Onlar öz vətənlərinə, ailələrinin yanına qayıdıb yaşamlarını sürdürməyə ümid edirlər. Amma sərhəd maneəsini keçsələr belə, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı?

Nəzərə alaq ki, Rusiyada çalışanların böyük əksəriyyəti rayon sakinləridir. Azərbaycan rayonlarından isə əhali sürətlə paytaxta axışır, çünki son 10 ildə aqrar sektorun əksər sahələri gəlirsizdir, əhali torpaqlarını imkanlı şəxslərə, şirkətlərə satmaq məcburiyyətində qalıb. Bir qism üçün isə kənd təsərrüfatı ilə məşğul olmaq - əkin əkmək, mal-qara saxlamaqla dolanışığı təmin etmək mümkün deyil. Bunun çoxlu obyektiv və subyektiv səbəbələri var. Hazırda büdcədən maaş alanlar, pensiya, müavinət, ünvanlı yardım əldə edə bilnlər pis-yaxşı dolana bilir, kəndlərdə yaşayan qalan sakinlər üçün isə ən yaxşı halda günəmuzdla məmurların, iş adamlarının təsərrüfatlarındakı mövsümi işlərdə çalışmaq qalır.

Nəzərə alsaq ki, həmin təsərrüfatlarda istehsal olunan məhsullar da Rusiya bazarlarına hesablanıb, o zaman aydın olur ki, qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi onların biznesini də ciddi risqlərlə üz-üzə qoyur.




Hökumət bölgələri dirçəltməlidir

Azərbaycan hökumətinin qarşısında duran prioritet məsələ regionların dirçəldilməsini, şəhərlərə axışan əhalinin geridönüşünü təmin etməkdir. Bu məqsədlə dövlət proqramı, yüz milyonlarla investisiya lazımdır. Amma bir şərtlə: 2005-2024-cü illərdə icra olunmuş, 100 milyard manat vəsaitin xərcləndiyi, ancaq heç bir ciddi nəticəsini görmədiyimiz 3 dövlət proqramı kimi deyil, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, real islahatları əhatə edəcək tədbirlər görülməlidir. O zaman Rusiyadan qayıdan yüz minlərlə əmək qabiliyyətli vətəndaş da regionların iqtisadi inkişafına böyük fayda verə bilər.

E.Rüstəmli

“AzPolitika.info”


Oxunub: 451
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Dünən, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Dünən, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Dünən, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Dünən, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Dünən, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Dünən, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Dünən, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Dünən, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Dünən, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Dünən, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Dünən, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Dünən, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Dünən, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Dünən, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Dünən, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Dünən, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Dünən, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Dünən, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Dünən, 11:44 | Yer kürəsində qəfil maqnit qasırğası başladı
    Dünən, 11:21 | “Neftçi” “Şamaxı” sınağında
    Dünən, 11:00 | Salyanda ağır qəza: ölənlər var
    Dünən, 10:59 | Ukrayna daha bir neft emalı zavodunu vurdu
    Dünən, 10:33 | Soğan niyə bahadır? - VİDEO
    Dünən, 10:32 | Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
    Dünən, 10:31 | Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
    Dünən, 10:29 | Bakıda kombinatda yanğın baş verdi - Video
    Dünən, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Dünən, 09:23 | Bu gün hava necə olacaq?
    Dünən, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Dünən, 09:12 | Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
    Dünən, 09:08 | “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
    Dünən, 09:01 | Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
    Dünən, 08:57 | Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
    Dünən, 08:54 | Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
    Dünən, 08:52 | Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı - Video
    31-10-2026, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    31-10-2026, 16:24 | Türkiyədə zəlzələ oldu
    31-10-2026, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    31-10-2026, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    31-10-2026, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.