Baş həkim işdən indi yox, 3 il öncə çıxıb - TƏBİB-dən AÇIQLAMA
Bir sıra yerli media orqanlarında və sosial şəbəkələrdə Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirovun hazırda işdən çıxması ilə bağlı xəbərlər dərc olunub. Bildirilib ki, bu barədə o, rəsmi "Facebook" səhifəsində paylaşım edib. Məsələ ilə bağlı e-saglam.az TƏBİB-ə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirildi ki, Fərid Təqdirov 2020-ci ilin oktyabr ayından "Respublika Neyrocərrahiyyə Xəstəxanası" PHŞ-in Baş həkimi vəzifəsində çalışıb: "2022-ci ilin iyun ayından öz xahişi ilə Baş həkim vəzifəsindən "TƏBİB" İdarə Heyətinin qərarı ilə azad edilib".
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: