Şəhidlərin əziz xatirəsi ilə bağlı iməclik keçirilib - FOTOLAR
Rayon rəhbərliyinin təşkilatçılığı ilə Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanında ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq iməclik keçirilib. Elnur Quluyevin Mediaxeberleri.Az-a verdiyi məlumata görə, ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların əziz ruhuna dualar oxunmuşdur. İməclikdə Şəhidlər Xiyabanı ərazisində təmizlik və səliqə-səhman işləri aparılıb, bununla da bir daha şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib.
Oxunub: 609
Xəbəri paylaş
Paylaş: