Şəhid hərbçimiz Qazaxda dəfn olundu
Şəhid Elvin Əhmədov Qazaxda izdihamla torpağa tapşırılıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 19 sentyabr 2023-cü ildə başladığı lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını yerinə yetirən zaman hərbçimiz Əhmədov Elvin Əhməd oğlu Qəhrəmancasına Şəhid olub.
Sentyabrın 21-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – Əhmədov Elvin Əhməd oğlu doğulduğu Qazax rayonunun Qarapapaq kəndində ruhuna dua oxunduqdan sonra nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.
Şəhidimizin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.
Şəhidimizin dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri minlərlə rayon sakini iştirak edib..
Allah rəhmət eləsin.