Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Həkim: “Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur” - MÜSAHİBƏ

  • Tarix: 22-09-2023, 16:02

“Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur”.

Bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, professor Fuad Həsənov nazirliyin rəsmi saytına müsahibəsində deyib.



Onunla müsahibəni təqdim edirik:

- Fuad müəllim, əvvəlcə bilmək istərdik ki, anesteziya nədir və nə üçün tətbiq edilir?

- Hər hansı xəstəlik zamanı orqanizmdə olan pozğunluğa, müxtəlif xarakterli mexaniki, termiki və digər xarici təsirlərə sinir ucları ağrı qıcığı ilə cavab verir. Bu, normal fizioloji haldır və orqanizmi xarici, daxili streslərdən, ağrı törədə bilən qıcıqlardan xəbərverici və qoruyucu xarakter daşıyır.

Əksər xəstəliklər ilk olaraq özünü ağrı ilə büruzə verir və bu ağrı olmasa, insanlar həkimə daha gec müraciət edərlər. Nəticədə xəstəliyin bir sıra fəsadları meydana çıxar və həkim müalicə prosesində ciddi çətinliklərlə qarşılaşar.

Bir çox xəstəliklərin müalicəsi yalnız cərrahi yolla mümkün olur. Cərrahi müdaxilə aparmaqla reallaşa bilən müalicə prosesinin ağrı ilə müşahidə olunması təbiidir.

Cərrahi müdaxilə mütləq olaraq ağrısızlaşdırma şəraitində aparılmalıdır ki, xəstəni istər ağrı, istərsə də cərrahi əməliyyatın digər stresor təsirlərindən qorumaq mümkün olsun. Onun məqsədi cərrahi müdaxilənin aparılması zamanı həkim-cərrah üçün tam optimal şərait yaratmaq, əməliyyatın xəstə üçün tam ağrısız keçirməsini, onun həyati təhlükəsizliyini təmin etmək, mümkün qədər komfortlu, rahat şərait yaratmaqdan ibarətdir.

Həkim-anestezioloq əməliyyat müddətində həyat əhəmiyyətli orqanların fəaliyyətində, əməliyyatın xarakterindən asılı olaraq, baş verə bilən hər hansı pozğunluqların qarşısını alır. Həmçinin müəyyən bir pozğunluq - əməliyyat zamanı qanitirmə, ürək fəaliyyətində olan dəyişiklik, gözlənilməyən zədələnmə və s. müşahidə edilərsə, intensiv müalicə tədbirlərini aparır.

- Doktor, həyat əhəmiyyətli orqanlar hansılardır?

- Əlbəttə ki, bütün orqan və sistemlər insan həyatı üçün vacibdir. Yəni insan orqanizmində onun gündəlik normal fəaliyyəti üçün lazım olmayan orqan, toxuma, sistem yoxdur. Həyat əhəmiyyətli orqanlar dedikdə, yoxluğu və ya funksiyalarının dayanması ölümlə nəticələnən orqanlar başa düşülməlidir. Bunlara əsasən ürək, baş, ağciyərlər, qaraciyər, böyrəklər, mədəaltı vəzi aiddir.

Təbabətin indiki inkişaf səviyyəsi insana bir böyrəklə yaşamağa imkan verir. Yəni süni böyrək aparatının tətbiqi ilə aparılan hemodializ seansları, yaxud böyrək köçürmə ilə bu mümkün olur.
Beləliklə, istər cərrahi əməliyyatlar zamanı, istərsə də müxtəlif xəstəliklər səbəbindən aparılan intensiv terapiya prosesində həyat əhəmiyyətli orqanların fəaliyyətinə daimi ciddi nəzarət etmək və baş verən pozğunluqların korreksiyası istiqamətində həkim anestezioloq-reanimatoloqun üzərinə ciddi öhdəliklər düşür. Bu, təbabətin çox yüksək erudisiya, bilik, diqqət və daimi fasiləsiz nəzarət tələb edən məsuliyyətli sahəsidir.

- Anesteziyadan sonra hansı yan təsirlər ola bilər?

- 1970-ci illərə qədər aparılan cərrahi müalicə zamanı tətbiq edilən ümumi və yerli anesteziyalardan çoxsaylı müxtəlif fəsad olurdu. Beləliklə, insanları cərrahi əməliyyatın özündən daha çox anesteziya və onun fəsadları qorxudurdu. Odur ki, xəstənin narkozdan ayılması, salamat çıxması ilk sevinc doğuran hadisə kimi qəbul edilirdi. Həmin dövrlərdə narkoz vəziyyətini yaratmaq üçün tətbiq edilən dərman maddələrinin (bunlara anestetiklər deyilir) əksəriyyəti toksiki və arzuolunmaz yanaşı təsirlərə malik idilər. Bu yanaşı təsirlərin çox təsadüf edilənlərindən biri də qusma idi. Məhz bundan sonra narkozun bədəndən çıxdığını qəbul edir və təhlükənin sovuşduğunu zənn edirdilər. Bu, qətiyyən düzgün fikir deyil. Anesteziyanın təsiri hələ müəyyən müddət davam edir və başqa fəsadlar da ola bilər. Narkoz bədəndən mədə-bağırsaq sistemi ilə, qusma ilə xaric olmur. Ümumi anesteziya zamanı istifadə olunan dərman preparatları əsasən ağciyərlər, böyrəklər və qaraciyər vasitəsilə xaric olur və ya neytrallaşdırılır. Son bir neçə onillikdə anesteziologiya əhəmiyyətli dərəcədə inkişaf edib və ümumi anesteziyaya baxış, onun aparılması, idarə olunması yüksək səviyyəyə çatıb.

Bu proses həm yüksək texniki imkanları olan müasir narkoz tənəffüs aparatlarının, həyat əhəmiyyətli orqanların fəaliyyətinə fasiləsiz nəzarət aparmağa imkan verən cihazların (monitorların) əldə edilməsi, həm də toksiki və arzuolunmayan təhlükəli yanaşı təsiri çox az olan dərman maddələrinin (anestetiklərin) anestezioloji arsenala təqdim edilməsi ilə həyata keçirilir. Az toksiki təsiri olan preparatlar imkan verir ki, müasir anesteziologiyada qusma və digər neqativ hallar, başqa fəsadlar çox az hallarda təsadüf edilsin. Mədənin zondlanması, yəni mədəyə xüsusi boru (mədə zondu) salınaraq, onun yuyulub təmizlənməsi də bu istiqamətdə aparılan profilaktik tədbirlərdəndir. Eyni zamanda, yüksəkixtisaslı kadrların, həkim anestezioloq-reanimatoloqların yetişməsi burada olduqca mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, texniki və medikamentoz təminatında mühüm nailiyyətləri olan müasir anesteziologiya cərrahi müdaxilə zamanı aparılan anesteziyalarda xəstənin həyat riskinin xeyli azalmasına rəvac verir. Təhlükəsiz anesteziya məsələlərinin araşdırılmasına həsr olunan innovativ elmi-nəzəri və praktiki tədqiqatlar bu gün də davam etdirilir.


Oxunub: 953
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.