AVRO-2024: 1/8 final mərhələsində son oyun günü
Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə Rumıniya Niderland, Avstriya Türkiyə görüşü ilə yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, ilk görüş Rumıniya ilə Niderland seçmələri arasında keçiriləcək. Gərgin mübarizə vəd edən görüşün favoriti niderlandlılar sayılsalar da, rumıniyalılara da güvənənlərin sayı az deyil. Rəqiblər indiyədək ümumilikdə 10 dəfə qarşılaşıblar. Bunlardan səkkizində Niderland seçməsi, birində isə Rumıniya millisi qələbə qazanıb. Bir dəfə isə heç-heçə qeydə alınıb. Rumıniya seçməsinin heyətində Nikusor Banku cəzalı olduğu üçün görüşü buraxmalı olacaq. Niderland millisində isə zədəli və ya cəzalı futbolçu yoxdur. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşün start fitini almaniyalı referi Feliks Zvayer səsləndirəcək. 1/4 finala yüksələn sonuncu komandanın adına isə Avstriya Türkiyə görüşündə aydınlıq gətiriləcək. D qrupundan lider olaraq növbəti mərhələyə yüksələn Avstriya seçməsi Fransa, Niderland və Polşa kimi komandaları geridə qoyub. Məhz bu səbəbdən Türkiyə seçməsi ilə keçiriləcək matçın da favoriti avstriyalılar sayılırlar. Amma F qrupunda yalnız Portuqaliya millisinə məğlub olan Türkiyə seçməsi də Almaniyaya turist qismində yollanmayıb. Komandalar indiyədək ümumilikdə 14 dəfə qarşılaşıblar. Bunlardan yeddisində Türkiyə millisi, altısında isə Avstriya seçməsi qalib gəlib. Bir dəfə isə qolsuz heç-heçə qeydə alınıb. Rəqiblər bu görüşə itkilərlə çıxacaqlar. Avstriyalılardan Trauner zədə, Uimmer isə cəza səbəbindən görüşü buraxacaq. Türkiyə millisindən isə Samet Akaydın və Hakan Çalhanoğlu cəzalı olduğundan Vinçenzo Montellanın ixtiyarında olmayacaqlar. Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək görüşü portuqaliyalı hakimlər briqadasından Artur Suares idarə edəcək. 2 iyun 1/8 final mərhələsi Rumıniya - Niderland Saat 20:00, "Allianz Arena" Avstriya - Türkiyə Saat 23:00, "Red Bull Arena"