Məzuniyyətdə olan hərbçimiz vəfat etdi - Rəsmi
Goranboyda 40 yaşlı Yardımlı sakini dünyasını dəyişib. Mediaxeberleri.Az Unikal-a istinadla xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib. 1984-cü il təvəllüdlü Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətovun toy məclisində vəziyyəti qəfil pisləşib və o ölüb. Məlumata görə, ürəktutmasından ölən şəxs hərbçidir. Faktla bağlı araşdırma aparılır. *** Azərbaycan Ordusunun zabiti Pərviz Əliqulu oğlu Şərbətov məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!