Mediaxeberleri.az
    
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR

Son xəbərlər :
  • "Araz-Naxçıvan"a qalib gələn "Neftçi" liderliyə yüksəldi
  • Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
  • Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
  • Bu şəxslər üçün imtahan keçiriləcək
  • Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Prezidentə çaşıb doğrunu dedi...

  • Tarix: 15-05-2024, 11:00

Ərəblərin Azərbaycana növbəti yürüşü baş verib. Amma bu dəfə əllərindəki o qılınc Babəkin qollarını “dirsəkdən bir qarış aşağı” kəsmək üçün deyil, “Salam, rəis İlham Əliyev!” demək üçün uzadılıb…

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəsmi salamlamasına qədər özümü çox tox saxlayıram. İçimdə söz vermişəm ki, bu dəfə ağlamaq yoxdur.

Amma o nitqini bitirəndə artıq dünyanın rəsmi trendinə çevrilməkdə olan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlməsini işlədən kimi gözlərimdən yaş alın təri kimi axmağa başlayır...

Bunu görən dəyərli həmkarım Mir Şahin cibindən beş-altı dəsmal çıxarır.

“Hazırlıqlı gəlmişəm” - deyib birini mənə uzadır.

Yadıma 2021-dəki festival düşür.

Onda Mir Şahin cibindəki yeganə dəsmalla ikimizin də göz yaşını silib bu prosesə “Katarsis” - Mənəvi təmizlik prosesi adını vermişdi…

Budəfəki festival bir ayrı dastandır.

Təşkilatçı Heydər Əliyev Fondu məsələyə elə fəlsəfi, elə individual, elə həssas yanaşıb ki, təsirlənməmək mümkün deyil.

Festival başlamağa az qalıb. Hamı yerlərini tutur. Kimin harada oturacağı stullarda yazılıb.

Vaqif Gərayzadə ilə Heydər Əliyev Fondunun könüllüsünün söhbətinə qulaq şahidi oluram.

Oturacaq yeri tapa bilməyən Gərayzadə israr edir ki, ən axırıncı sırada əyləşməyə hazırdır, əziyyət çəkib onun yerini tapmaq lazım deyil.

Fondun əməkdaşı sanki onun yerini özü itiribmiş kimi həyəcan keçirir.

- Yox, lütfən, bu dəqiqə sizin yerinizi tapacağıq...

Budəfəki festivalda hamını heyrətləndirən məqam Zeynəb Xanlarova ilə Arif Babayev olur.

Xüsusən Arif Babayevi görən hər kəs təəccüblənir.

Yanımdakı həmkarım, İTV-nin rəhbəri Balakişi Qasımova deyirəm ki, görərsən, Arif Babayev səhnəyə çıxacaq.

Deyir inanmıram, kişi o halda deyil.

Az keçmir ki, Arif Babayev çətinliklə də olsa, Cıdır düzündə qurulmuş səhnəyə çıxarılır və “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax” mahnısını oxuyur. Hansı ki, işğaldan qabaqkı festivalda oxumuşdu…

Bax budur Heydər Əliyev Fondunun yaddaşı, həssaslığı.

Əlbəttə, Arif Babayevi yaşının və səhhətinin bu vaxtında zülmlə daşıyaraq səhnəyə çıxarmağın amalı, məntiqi var idi. Sən estafeti buraxdığın yerdən davam etməlisən. Hər kəs bilməlidir ki, biz qırılmış əlaqələri bərpa edirik… 

Arif Babayevin o vəziyyətdə Cıdır düzündəki səhnəyə çıxarılması o demək idi ki, Azərbaycan xalqı qaldığı yerdən davam edir…

Bir epizod məni Zeynəb Xanlarova ilə bağlı təsirləndirir. Zeynəb səhnəyə öz ansamblı ilə çıxır. Ansamblda cəmi 4-5 nəfər qalıb. Tez şəkillərini çəkirəm.

Vaxtı ilə az qala səhnəyə bir orkestrlə çıxan Zeynəb Xanlarovanı indi cəmi 4-5 nəfər müşayiət edir. Belə çıxır, gedənləri heç kim ilə əvəzləmək istəməyib. Ürəyimdə şükür edirəm ki, heç olmasa, qoşanağara çalan Sadıq Zərbəliyev indiyə kimi əlindəki çubuğu başının üstündə oynada bilir deyə ansambl tam görünür…

Rəsmi tədbir başa çatır və biz geri dönürük. 

Şuşadan əliboş qayıtmamışam deyə düşünürəm. Bu dəfə nədən tutub yazacağımı fikirləşirəm. Evə gəlib yorğunluqdan çarpayıya uzanıram. Səhər gözlərimi Şuşada Prezidentin ilk qayıdan sakinlərə evlərin açarlarını verdiyi reporatjla açıram. Aralarında bir qazi var. Dövlət başçısı evin açarlarını təqdim edəndə qazinin sinəsindəki medallarla maraqlanır.

Şuşalı qazi təqdim edir:

- Qubadlının, Şuşanın, Füzulinin azadlığına görə, “Cəsur döyüşçü” və çaşıb “Vətən Müharibəsi İştirakçısı” medalını Vətən Müharibəsi Qəhrəmanı kimi təqdim edir.

Məncə, o əsgər çaşmır, əslində həqiqəti deyir.

Vətən Müharibəsi Qəhrəmanı… Bu gün Azərbaycanda Ali Baş Komandandan tutmuş, bu döyüşdə pay sahibi olan hər kəs Vətən Müharibəsi Qəhrəmanıdır…

Mundirinə taxılmasa da, ürəyinə taxılıb...

Elbrus Ərud


Oxunub: 2 639
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:28 | "Araz-Naxçıvan"a qalib gələn "Neftçi" liderliyə yüksəldi
    Bu gün, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Bu gün, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Bu gün, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Bu gün, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Bu gün, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Bu gün, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.