Mobil telefonlar necə izlənilir? - VİDEO
Mobil telefonunu satmaq istəyənlərin şəxsi məlumatları oğurlana bilər. Mediaxeberleri.Az-ın məlumatına görə, smartfonun yaddaşında şəxsi məlumatlar mövcud olduğu üçün, onu satmaq, kiməsə hədiyyə etmək doğru hesab edilmir. Bir çox insan mobil telefonlarını satan zaman yaddaşını təmizləyir və şəxsi məlumatları silir. Ancaq onu da bilmək lazımdır ki, bu bilgilər xüsusi proqramlar vasitəsilə geri qaytarıla bilir. Bəs ikinci əl mobil cihazların alış-verişi ilə məşğul olanlar telefonların yaddaşını necə təmizləyir? Ekspertlər düşünürlər ki, bu, kifayət qədər təhlükəsiz deyil. Şəxsi məlumatların olduğu İT avadanlıqlarını satışa çıxardıqda, onların yaddaş qurğularını çıxarmaq lazımdır. Yox əgər bu mümkün deyilsə, həmin cihaz köhnəldiyi zaman məhv etmək daha məqsədəuyğundur. Kompüterlərdə yaddaş qurğusunu asan bir formada cihazdan ayırmaq olsa da, smartfonlarda bu proses cihazın quruluş və strukturuna görə kifayət qədər bahalı bir əməliyyatdır. Ona görə də, bunu həyata keçirmək səmərəli bir seçim deyil. Ətraflı süjetdə: