Qazaxda avtoqəza keçirən Rəqsanənin anası yardım fəryadı edir: “Vəziyyətimiz inanın çox ağırdır”
17 yaşlı Rəqsanə Elmar qızı Məmmədovanın sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Mediaxeberleri.Az-a onun anası Xədicə Səyyad qızı Məmmədova məlumat verib. O bildirib ki, övladımı dünən axşam saatlarında avtomobil vuraraq ölümcül xəsarət yetirib. “Biz Qazax rayonunda yaşayırıq. Rəqsanənin on yeddi yaşı var. Yoldaşım Məmmədov Elmar Arzu oğlu 05.04.2021-ci ildə dünyasını dəyişib. Hadisə olan gün bizi Qazax Rayon Mərkəzi xəstəxanasına yerləşdirdilər. Ona ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərinə təxliyyə olundu”. Xədicə Məmmədova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu bildirib. “Vəziyyətimiz inanın çox ağırdır. 3 uşağım var, Rəqsanə böyük qızımdır. Ailən tək idarə edirəm. Hazırda Rəqsanənin müalicəsi üçün 15 000 manata ehtiyacımız var”. Ailə ilə əlaqə: (055) 970-66-91. Xatırladaq ki, Qazaxda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Kapital Bank: 4169 7388 1511 0352.