Ağstafada növbədənkənar prezident seçkiləri seçici fəallığı ilə müşahidə edilir - FOTOLAR
108 saylı Ağstafa seçki dairəsinin 48 seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir. Dairənin tərkibində olan 36 saylı seçki məntəqəsində 877 seçici qeydə alınıb. Onlardan 7-i ilk dəfə səs vermə hüquq əldə edən seçicilərdir. Məntəqədə səsvermənin gedişini 11 müşahidəçi izləyir. Məntəqəyə daşınan qutular vasitəsilə səs vermələri barədə müraciət edən olmayıb. Məntəqə sədri Arifə İbrahimova MediaxeberleriAz-a bildirib ki, səsvermə prosesi uğurla davam edir. Daşınan qutular vasitəsilə müraciət edən seçicilərin səsverməsi təmin ediləcək. Hər hansı qanun pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, 108 saylı Ağstafa seçki dairəsində ümumilikdə 47 min 550 seçici qeydə alınıb. Dairə üzrə 18 yaşı tamam olan seçicilərin sayı isə 59 nəfərdir. Dairə üzrə 8 məntəqəyə veb-kameralar quraşdırılıb. Dairədə 4 seçicini 100-dən yuxarı yaşı var.