108 saylı seçki dairəsinin 24 saylı seçki məntəqəsində aktivlik müşahidə olunur
Məntəqə sədri Pərviz Mollayev Mediaxeberleri.Az-a bildirib ki, səsvermə prosesi uğurla davam edir. Daşınan qutular vasitəsilə müraciət edən seçicilərin səsverməsi təmin ediləcək. Hər hansı qanun pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, 108 saylı Ağstafa seçki dairəsində ümumilikdə 47 min 550 seçici qeydə alınıb. Dairə üzrə 18 yaşı tamam olan seçicilərin sayı isə 59 nəfərdir. Dairə üzrə 8 məntəqəyə veb-kameralar quraşdırılıb. Dairədə 4 seçicini 100-dən yuxarı yaşı var.108 saylı Ağstafa seçki dairəsinin 48 seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir. Dairənin tərkibində olan 24 saylı seçki məntəqəsində 725 nəfərdən 402 nəfər səs verib. Onlardan 17-i ilk dəfə səs vermə hüquq əldə edən seçicilərdir. Məntəqədə səsvermənin gedişini 11 müşahidəçi izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. 9 seçici isə məntəqəyə daşınan qutular vasitəsilə səs vermələri barədə müraciət edib.