Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi - sənət dühalarından biri Dərya Məhəmmədi tanıyaq

  • Tarix: 5-02-2024, 17:45

Bu gün Sizlərə uşaqlıq illərimin xatirələrində yaşayan hörmətli  el ağsaqqalı, Osman Sarıvəllinin və Səməd Vurğunun  Qazax  Müəllimlər Seminarıyasında  tələbə yoldaşı olmuş, Azərbaycan aşıq məktəbinin görkəmli nümayəndəsi - sənət dühalarından biri Dərya Məhəmməd haqqında  yazılmış məqalədən bəhs edəcəm. 


Məqalənin müəllifi filologiya elmləri doktoru Xatirə xanım Bəşirlidir.
____________//_________
"O, az tanınan, az təbliğ olunan, az xatırlanan aşıqdır”, bu sözlər aşığın qızı fəlsəfə doktoru, dosent Gülarə Qocayevaya məxsusdur. Gülarə xanım söylədi ki, “atam, o qədər sadə, təvazökar, şöhrət dalınca qaçmayan, özünü təbliğ etməyi ağlına sığışdıra bilməyən, ailəcanlı, bilikli bir insan idi”. Gülarə xanım, elə mərhum atası misallı, utancaqlıqla, çəkingənliklə, umu-küsü ilə əlavə etdi ki, bu əsas vermir ki, bizim günlərdə Dərya Məhəmməd xatırlanmasın, əsərləri kölgədə qalsın, anılmasın...
Aşıq Məhəmməd Dərya adını qazanana qədər ağır, məşəqqətli ömür sürmüşdür, qazaxlı Rəhim kişinin ailəsində erməni-türk hadisələrinin gərgin dönəmlərində 1905-ci ildə doğulmuşdur. Əsərlərinin birində:
Məhəmmədəm, Şıxlıdanam mən özüm,
Yaman deyil, yaxşılara var sözüm -
söyləmişdir.
Aşığın atası 1918-19-cu ildə yenidən alovlanan erməni-türk qırğınlarında amansızcasına qətlə yetirilib. Böyük bir ailənin dolanışığı, cavabdehliyi 14-15 yaşlarından gənc Məhəmmədin çiyninə düşür... Amma gəncin elmə, ürfana, işığa can atmasına heç nə mane ola bilmir. Əlifbanı,  İslam dininin  qayda-qanunlarını  Quran kitabını dərin  bilən, savadlı kənd müəllimi  Molla Bilaldan ( Bilal Əhmədov) öyrənir. Həmkəndlisi Osman Sarıvəlli ilə birlikdə şəriət dərslərini alır, dini biliklərə yiyələnir. Öyrənmək, dünyanı tanımaq və içində qaynayan istedadı onu Qori Müəllimlər Seminariyasına yönəldir, tələbə yoldaşları - Səməd Vurğun, Osman Sarıvəlli də  daxil olmaqla Azərbaycan mədəniyyətinin, ədəbiyyatının sonrakı yaradıcıları və daşıyıcıları olur. Seminariyadakı ab-hava, təhsil, yeni mədəniyyətlərlə tanışlıq, heç şübhəsiz Aşıq Məhəmmədin gələcək taleyini, sənətini, həyatını müəyyənləşdirir.
1928-ci ildən Məhəmməd aşıqlığa başlayır, həmkəndlisi Aşıq Səməddən aşıqlığın sirlərini öyrənir. Deyilənə görə, Aşıq Səmədin Məhəmmədin üzərində zəhməti böyük olmuşdur. Amma Məhəmməd Aşıq Sadıx Sultanovun yanında şəyirdlik etmişdir. Gəncin istedadı, aşıq havalarını gözəl mənimsəyib çalması, bədahətən söz demək bacarığı, ədəb-ərkanı Aşıq Sadıx Sultanovun diqqətini çəkmiş onu yanına dəvət etmişdir. Az keçmir Məhəmmədin istedadı, tez bir zamanda qazandığı uğur, bacarığı, biliyi, hərtərəfli təhsil görməsi müəlliminin çox xoşuna gəlir və Aşıq Sadıx Sultanov gəncə “Dərya” təxəllüsünü verir.
Dərya Məhəmməd əsasən Gəncə-Qazax, Borçalı ellərinə yığnaqlara, el şənliklərinə sıx-sıx dəvət alır, sevilir, püxtələşir. Məclislərdə görkəmli, sayılıb-seçilən aşıqlarla birlikdə ifalar edir, məclislər aparır. Deyilənə görə, bir sıra görkəmli aşıqlara müəllimlik də edir: Aşıq Kamandar, Aşıq Əlyar, Aşıq Rəşid, Aşıq Yaqub, Aşıq Cəlal və b. Məhz Dərya Məhəmmədin yetirmələri olmuşdur.
Övladlarının dediyinə görə və onu tanıyanların şahidliyi də sübut edir ki, Dərya Məhəmməd həm də gözəl dastan söyləyicisi kimi də şöhrətlənmişdir. Unikal hafizəsi şəyirdliyində qazandığı təcrübə məclislərdə uzun saatlarla dastan söyləməsinə meydan açarmış. Aşığın 40-dan artıq dastan bilməsi qeyd edilir. Övladlarının dediyinə görə, aşığın şəxsi arxivində (əski əlifba ilə yazılmış) yüzlərlə şeirlərinin əlyazmaları saxlanılır, onların çox az qismi çap olunub. Qızı Gülarə xanımın təqdim etdiyi atasının bir neçə şeri, bu nümunələri qismən də olsa məzmun, şəkil baxımından təhlil etməyə imkan verir.
Təbii ki, ağır keçən həyatı, atasını tez itirməsi, yeniyetməliyindən böyük külfətə başçılıq etməsi, yükü onun yaradıcılığından yan keçə bilməzdi. “Vallah yaşamağa qalmayıb güman” - deyən sənətkarın əsərlərinə hopub həmin ruh. Çətin, ağır ömür yollarında ona arxa-dayaq olan yaxşılıq, ədalət, mərifət, dost deyə bildiyi insanlar və bəlkə də əks qütbdə duran və daha ağır gələn həyatın gerçəklikləri, aşığı sanki tərki-silah edir, yazılarına giley-güzar səpir. Aşıq dünyanın nizamını saxlayan əbədi xeyir-şər mücadiləsində, həyatın daha çox “qara” olmasını, dost dediklərinin “yaman” çıxmasını şeirlərində çox kəskin etiraf edir. Sənətkar uzun-uzadı “umu-küsülərlə” dolayısı ilə yox, əksinə, birbaşa sözə əziyyət vermədən, rahat bir dillə, təsvirlə “dünya işləri”nə oxucunu hali edir:
Sağ sinəmdə şirin sözüm dağ olmuş,
Səhər könlüm bir virana bağ olmuş.
Yaman üz döndərib, dostum sağ olmuş,
Elə bil ki, sultan keçir, xan keçir.
Aşığın bu səpkili qoşmaları, gəraylıları tez bir zamanda adamı həmin ovqata, hadisəyə bənd edə bilir:
Yiğvalın yatması, ayılması var,
Mənimki yatıbdır, ayılmır daha.
Kəlmə var, qanana öz mənası var
Mərifət hesaba sayılmır daha...
Aşığın ustad yanında dərs alması ilə yanaşı, onun Qori Müəllimlər Seminariyasında dünyəvi elmləri öyrənməsi, həmkəndlisi Quran hafizi Molla Bilaldan şəriətin sirlərinə vaqif olması, yeri gəldikcə bu biliklərdən əsərlərində bəhrələnməsi diqqəti çəkir:
Xudam xəlq eyləyib şiri, aslanı,
Əli kimi pəhlivanı, deyərlər.
Dəryada balıqdan aldı xəracı,
Hökümdə İsgəndər hanı, deyərlər.
Və ya:
Varsa bu dünyada axıra qalan,
Dastan olub dildə bəxtiyar olan.
Sultan Süleymana əlini çalan,
Sənə də əlini çalacaq bir gün.
Sənətkarın qoşmalarında, qeyd etdiyimiz kimi, dünya, onun faniliyi mövzusuna sıx-sıx rast gəlinir. Dərya Məhəmməd həyatın gəldi-gedərliyini orijinal şəkildə, bir qədər də nikbin, “əbədi yola” hazır bir ovqatla belə ifadə edir.
Dərya Məhəmmədin irsindən nümunələrə dayanaraq, aşığın yaradıcılıq məramı, həyata baxışı, bədii düşüncə çevrəsi, təhsili, istedadının gücü, əsərlərinin dili haqqında bəzi mülahizələrə, qənaətlərə gəlmək mümkündür. Bizdə olan və bir neçəsini təqdim edəcəyimiz şeirlərinin imlasına toxunulmadı. Yeri gəlmişkən qeyd edim ki, Dərya Məhəmmədin irsi bəlli səbəblərdən bir əlifbadan digərlərinə transliterasiya edilərkən bir sıra təhriflərə məruz qalmışdır... Bununla belə, aşığın dili, söz leksikonu zəngindir, sadə olmaqla canlı danışıq dilinə çox yaxındır. Bu irs yaxşı mənada bədii simvollarla - tarixi hadisələr, şəxsiyyətlər, ədəbi keçmiş, klassiklər, dini hadisələr, islam üləmaları və dünya haqqında biliklərilə - “yüklüdür”. Amma bu detal, aşığın şeir dilini ağırlaşdırmamış, tam əksinə, onun dilini bədiiləşdirmiş, ona “qıvraqlıq” vermişdir. Aşıq “sadə dillə” ən mürəkkəb mətləbləri dünya, tarix, əxlaq, dost, “o dünya”, “tarixi şəxsiyyətlər” - bədiiləşdirmək gücündədir. Heç şübhəsiz, Dərya Məhəmmədin yazı texnikasının cilasına onun ustad görməsi, dünyəvi-dini elmlərlə tanışlığı, təhsil alması mühüm təsir etmişdir. Digər tərəfdən, aşığın doğulub, formalaşdığı ədəbi aşıq mühiti - apardığı el yığnaqları, böyük ustadlarla təmasda bulunması, dostluq etməsi məhz Məhəmmədi, Dərya Məhəmməd etmişdir.
Beləliklə, Gəncəbasar aşıq mühitinin yetirməsi  Dərya Məhəmməd ustad-şəyird məktəbini keçmiş, özünəməxsus dili, dünyagörüşü, təhsili, əsərlərinin məxsusi ruh və koloriti olan aşıqlarımızdandır. O, yaradıcı aşıq olmaqla yanaşı, ifaçı sənətkar kimi də şöhrətlənmişdir. Saz havalarını, dastanlarımızı bilən, məclislərdə söyləyən məharəti ilə bahəm, özü də aşıq şerinin müxtəlif şəkillərində əsərlər  yaratmışdır.
Aşıq Dərya Məhəmməd 1984- cü ilin iyun ayının 15- də Qazax rayonun İkinci Şıxlı kəndində  vəfat  etmişdir.
Xatirə BƏŞİRLİ
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2014- cü il
Qeyd: Aşıq Dərya Məhəmmədin irsini onun nəticəsi Məhəmməd  Qocayev davam etdirir.

Oxunub: 1 627
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Dünən, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Dünən, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Dünən, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Dünən, 12:11 | Rəşad Məcidə ağır itki
    Dünən, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Dünən, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Dünən, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Dünən, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Dünən, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Dünən, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Dünən, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Dünən, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Dünən, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Dünən, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    14-11-2026, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    14-11-2026, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    14-11-2026, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    14-11-2026, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    14-11-2026, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    14-11-2026, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    14-11-2026, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    14-11-2026, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    14-11-2026, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    14-11-2026, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    14-11-2026, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    14-11-2026, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    14-11-2026, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    14-11-2026, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    14-11-2026, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.