Mediaxeberleri.az
    
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • Bəzi ərazilərdə işıq olmayacaq
    Bəzi ərazilərdə işıq olmayacaq
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib

Son xəbərlər :
  • Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
  • Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
  • Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
  • İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
  • “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
  • Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
  • Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Tiflisə getmək istəyənlərə şad xəbər!
  • Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
  • İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
  • 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
  • Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
  • Sabah güclü yağış yağacaq
  • Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
  • Bu şəxslər maaşdan əlavə pul alacaq
  • Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
  • Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
  • Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
  • Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Plan məlum oldu: Ərazilərin qaytarılması üçün iki yol - Dəhlizlə bağlı bir şərt

  • Tarix: 13-01-2024, 09:29

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirdi ki, Qazaxın sərhədə bitişik 4 kəndi qeyd-şərtsiz qaytarılmalı, qalan 4 anklavla bağlı məsələ də bundan sonrakı dialoqla həll edilməlidir. Əliyev ayın sonunda Ermənistanla keçiriləcək görüşdə bu məsələnin müzakirə olunacağını açıqladı. Sizcə, bundan sonra hansı gəlişmələr ola bilər?

- Azərbaycan Prezidenti haqlıdır, çünki Qazaxın 7 kəndindən dördü anklav hesab edilə bilməz, sərhədə bitişikdir. Qazaxın üç kəndində isə ermənilər Rusiyaya gedən strateji yol tikiblər və bunu bəhanə edərək həmin əraziləri anklavlar sırasından “çıxarıblar”. Bəli, sərhəd komissiyaları yanvarın sonunda bu məsələnin müzakirəsini aparacaq. Çünki ermənilərin də Gədəbəyin Başkənd kəndi ilə bağlı anklav iddiaları var. İndi bu məsələ ya mübadilə, ya da beynəlxalq hüquq çərçivəsində digər prinsiplərlə həllini tapmalıdır. Amma deyim ki, Başkəndin ərazisi Naxçıvanın qaytarılmalı olan Kərki kəndinin üçdə biri qədər də deyil. Eyni zamanda, Qazaxın anklav olmayan 3 kəndindən də xeyli kiçikdir. Bu da razılığa gəlmək prosesində müəyyən çətinliklər yarada bilər.

- Prezident Əliyev sülh danışıqlarının vasitəçilərsiz davam etdirilməsinin məqbul olduğunu söylədi. İrəvandan verilən son açıqlamada isə prosesin Vaşinqton və Brüsseldə davam etdirilməsinin tərəfdarı olduqları bildirildi. Belə olan halda proses necə gedəcək?

- Ermənistan diktə edən tərəf olmamalıdır, ola da bilməz. Ermənistan müharibədə məğlub olub. Üstəgəl, Azərbaycan prezidentinin təklif etdiyi birbaşa – vasitəçilərsiz danışıqlar məsələlərin sürətlə həlli baxımından ən yaxşı variantdır. Azərbaycan tərəfi bildirir ki, bizə beynəlxalq qarant lazım deyil.

Digər yandan, Azərbaycan qərəzli mövqelərinə görə Brüssel və Vaşinqtonun vasitəçiliyini rədd edir. Lap ikitərəfli sülhyaratma prosesinə beynəlxalq zəmanət verən qüvvələr lazım olacaqsa, bu, bizim daxili işlərimizə qarışmamalı, yalnız beynəlxalq prinsilər pozularsa, öz səslərini qaldırmalıdırlar. Başqa sözlə, İrəvanın qaldırdığı Brüssel, Vaşinqton və ya beynəlxalq zəmanət məsələsi kifayət qədər mübahisəlidir. Ermənistan bunun müqabilində özünə tərəfdar toplamağa və Azərbaycana qarşı “müdafiə səddi” qurmağa çalışır. Azərbaycan bunu qəbul etmək fikrində deyil, axıra qədər də bu işin üstündə dayanacaq.

- Azərbaycan lideri Zəngəzur dəhlizindən manəsiz keçidi gündəmə gətirdi. O dedi ki, insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir, çünki bu, Azərbaycandan Azərbaycana keçiddir. Sizcə, məsələ bu kontekstdə çözüləcəkmi?

- Bəli, məsələ bu çərçivədə həllini tapa bilər. Amma ortaya yeni nüanslar çıxmağa başlayıb. Ermənistan yeni bir iddia irəli sürərək bildirir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üçün başqa kommunikasiya xətlərindən istifadə edilə bilər. Məsələn, ermənilər Qazax-İcevan xəttini göstərirlər. Deyirlər ki, bu dəmir yolu ilə Naxçıvana sərbəst şəkildə getmək olar. Eləcə də bu istiqamətdəki avtomobil yolu ilə. Ermənistan bunu dəfələrlə gündəmə gətirsə də, Azərbaycan qəbul etmir və Zəngəzur dəmir və avtomobil yollarının açılmasında israr edir.

Ortada həll edilməmiş bir məsələ də var: Ermənistan Rusiyanın bu yollara nəzarətini qəbul etmək istəmir. İrəvan bunun Ermənistanın suverenliyinə zidd olduğunu söyləyir. İrəvanın fikrincə, bu xətdən keçəcək yüklər və sərnişinlər Ermənistan tərəfindən yoxlanılmalıdır. Üstəgəl, deyirlər ki, bu məsələlər müzakirə olunmalı və razılığa gəlinməlidir, amma bu prosesdə Rusiyanın iştirakı olmamalıdır. Ermənistan Rusiya məsələsində “prinsipial” mövqe tutur.

Azərbaycan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə qarşı çıxmır. Bu, Azərbaycan üçün daha məqbul görünür. Əlbəttə, vəziyyət dolaşıqdır və bundan çıxmağın dəqiq yollarını göstərmək o qədər də asan deyil. Bütün hallarda Azərbaycan prezidentinin irəli sürdüyü xətt doğrudur və bu, müdafiə olunmalıdır.

- Zəngəzurdan danışarkən Əliyev ABŞ-nin bu dəhlizinə açılmasına imkan verməyəcəyi iddiasına da toxundu. Azərbaycan lideri Amerikaya belə bir sual ünvanladı ki, Vaşinqton niyə İranın Qərbi Zəngəzurda konsulluq açmasına etiraz etmir? Yəni Amerikanı niyə Zəngəzurda şübhəli fəaliyyətlə məşğul olan “əzəli düşmən”i İran yox, Ermənistana qarşı bu yöndə heç bir addım atmayan Azərbaycan “narahat” edir?

- Amerika siyasətinin qeyri-obyektiv olduğu bu məqamda üzə çıxır. Amerika açıq şəkildə göstərir ki, İran yox, Azərbaycana qarşı mövqedə dayanıb. Bəli, ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər mübahisəli və qeyri-konstruktivdir. Görünən budur ki, kənar güclər sülhyaratma prosesinə qatıldıqca, onların maraqları ön plana çıxır, bununla da sülh prosesinin önündə əngəllər yaranır. Buna görə də, Azərbaycan “beynəlxalq qarant” kimi prosesə girməyə çalışan Brüssel, Vaşinqton və Moskvanın vasitəçiliyinə qarşı çıxır. Azərbaycan təklif edir ki, kənar vasitəçiyə ehtiyac yoxdur, iki dövlət üz-üzə oturub məsələləri çözməlidir.

- İlham Əliyev ölkəmiz qarşısında hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, ilk zəng edəcəyi xarici liderin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacağını dedi. Azərbaycan Prezidenti 44 günlük müharibədə də ən çox Ərdoğanla danışdığını söylədi. Əliyevin bu açıqlamasını necə şərh edə bilərik?

- İlham Əliyevin bu açıqlamasında bir eyham da var, bu da Nikol Paşinyana yönəlib. Nikol Paşinyan 44 günlük müharibədə telefondan əl çəkmədi, dünyanın əksər dövlətlərinə zəng etdi, onlardan yardım istədi. İlham Əliyev isə həmin günlərdə yalnız Rəcəb Tayyib Ərdoğanla əlaqə saxladı, məüyyən məqamlarda Putinlə danışdı, başqa heç kimə müraciət etmədi. Yəni Prezident o mesajı verdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz məsələsini özü həll elədi. Dövlət başçısı onu da söylədi ki, yenə də hansısa məqam yaranarsa, yenə ilk olaraq qardaş Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edəcək.

Prezidentin bu açıqlaması həm də Türkiyə-Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğunu, bu bu iki qardaş ölkənin bir-biri verdiyi dəyərin, bir-birinə olan güvəninin ölüçüsünü göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxunub: 510
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:37 | Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı
    Dünən, 22:56 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada qeyd olunub
    Dünən, 21:53 | Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
    Dünən, 21:17 | İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib
    Dünən, 18:18 | “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb - FOTO
    Dünən, 18:15 | Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO
    Dünən, 18:13 | Gəncədə zəhərlənən şagirdlərin sayı 7-yə çatdı
    Dünən, 17:40 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:59 | Tiflisə getmək istəyənlərə şad xəbər!
    Dünən, 16:56 | Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Dünən, 15:22 | İŞSİZ QALANLARA MADDİ DƏSTƏK... - Kimlər və nə qədər pul ala bilər?
    Dünən, 15:19 | 400 manata 15 saat: "Sevimli dad" işçi axtarır, yoxsa nökər?
    Dünən, 14:30 | Müəllimlərə 5 Oktyabrda birdəfəlik mükafat veriləcək?
    Dünən, 14:10 | Sabah güclü yağış yağacaq
    Dünən, 14:09 | Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
    Dünən, 14:07 | Bu şəxslər maaşdan əlavə pul alacaq
    Dünən, 14:05 | Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi
    Dünən, 13:27 | Gələn ildən “uşaqpulu” verilə bilər – AÇIQLAMA
    Dünən, 13:25 | Bu ərazidə evlər tikilir – yarım milyona yaxın vəsait sərf olunacaq
    Dünən, 13:23 | Millətlər Liqası: bu gün 8 matç baş tutacaq
    Dünən, 13:14 | Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
    Dünən, 11:21 | AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
    Dünən, 11:07 | Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
    Dünən, 09:17 | Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
    Dünən, 08:57 | AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
    Dünən, 08:51 | Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
    Dünən, 08:48 | "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
    Dünən, 08:43 | Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
    Dünən, 08:40 | İlqar Xəyal uzun müddət sonra görüntüləndi
    Dünən, 08:38 | Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dünən, 08:27 | HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
    Dünən, 08:22 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
    Dünən, 08:15 | Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
    Dünən, 08:12 | Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
    Dünən, 08:11 | Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Dünən, 08:04 | Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
    30-09-2026, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    30-09-2026, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    30-09-2026, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    30-09-2026, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    30-09-2026, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    30-09-2026, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    30-09-2026, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    30-09-2026, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    30-09-2026, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    30-09-2026, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    30-09-2026, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    30-09-2026, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    30-09-2026, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    30-09-2026, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.