Taekvondoçumuz Avropa birinciliyində gümüş medal qazandı
Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Bildirilib ki, 53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medala layiq görülüb. Qeyd edək ki, ötən gün start götürən yarışa noyabrın 8-də yekun vurulacaq.

Oxunub: 853
Xəbəri paylaş
Paylaş:





















