Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

  • Tarix: 7-11-2025, 13:50

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Dövlətin gücü, Xalqın birliyi, Lider əzminin vəhdəti - möhtəşəm Zəfərimiz” mövzusunda tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, veteranlar, idarə, müəssisə, təşkilatların rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri iştirak ediblər. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Zəfər tariximizə həsr olunmuş film və kitab sərgisi nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın illərlə gözlədiyi ədalətin bərpası oldu. Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək xalqımızın birliyi, dövlətimizin gücü, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi ilə torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı xalqın milli iradəsini ifadə etdi və qələbə ruhunun simvoluna çevrildi. Müharibə günlərində onun qətiyyətli mövqeyi, hər gün xalqa ünvanladığı mesajlar, beynəlxalq müstəvidə apardığı mübarizə ordumuzun uğuruna böyük dəstək verdi. Azərbaycan lideri sözlə əməli birləşdirərək xalqı Zəfərə apardı. Dövlət başçımızın düşünülmüş, uzaqgörən,  sarsılmaz milli birlik və həmrəylik siyasətinin əhalimizin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi sayəsində Azərbaycan xalqı və dövləti bütün risklərdən, təhlükələrdən qoruna bilmiş, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamaqdadır. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. M.Alıyev vurğulayıb ki, 2025-ci ildir və xalqımız  tarixi, qürurverici bir hadisənin, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin 5 illiyini qeyd edir. 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən mübarizə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xalqın və dövlətin birliyi, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi və ordumuzun şücaəti nəticəsində 44 günlük haqq savaşımız böyük Zəfərlə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz  müharibədən əvvəlki illərdə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə sistemli və məqsədyönlü siyasət yürüdərək, gələcək Zəfərin təməlini yaratdı. 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin başçısı həm cəbhədə qazanılan hərbi uğurların siyasi müstəvidə təsdiqlənməsini təmin etdi, həm də diplomatik meydanda Azərbaycanın mövqelərini möhkəmləndirdi. Dövlət başçısının hər bir çıxışı, beynəlxalq mediaya verdiyi müsahibələr və xalqa müraciətləri müharibənin informasiya cəbhəsində parlaq bir qələbəsi oldu. Ermənistanın Kapitulyasiyası tarixi ədalətin bərpası oldu. 2020-ci il 10 noyabr tarixində Ermənistanın kapitulyasiya sənədinə imza atması, cənab Prezident İlham Əliyevin siyasi və strateji zəfərinin məntiqi nəticəsi oldu. Bu sənəd 30 ilə yaxın davam edən işğalın sonunu, BMT qətnamələrinin icrasını və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi. Bu tarixi hadisə, təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi. Zəfər tariximizin ən müqəddəs səhifəsi şəhidlərimizin qanı ilə yazıldı. Azərbaycan Ordusunun minlərlə qəhrəman oğlu Vətən torpaqları uğrunda canından keçdi, yüzlərlə qazimiz canından keçərək bu qələbənin memarına çevrildi. Bu gün onların hər biri xalqın yaddaşında əbədi qəhrəmanlıq simvolu kimi yaşayır. Xalq öz liderinin ətrafında sıx birləşdi, hər bir azərbaycanlı ön cəbhədə döyüşən əsgərlə eyni səngərdə dayandı, hamı bir amal uğrunda, Vətən uğrunda birləşdi. Bu birliyin gücü, cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın ən böyük sərvətidir. Məhz bu həmrəylik ölkəmizi Qələbəyə, sonra isə bərpa və quruculuq mərhələsində yeni yüksəlişə gətirib çıxardı. Bu gün Zəfər tarixinin beşinci ilində Azərbaycan gələcəyin parlaq səhifəsini yazır. Zəfərin 5 illiyi təkcə hərbi qələbənin ildönümü deyil, həm də müstəqil dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və liderimizin qətiyyətli iradəsinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan bu gün regionda sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Bu Qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı üçün azadlıq, müstəqillik və torpaq sevgisi əbədidir. 

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqı hərb tarixinin əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edir. Aparılan məqsədyönlü, ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan özünün hərbi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı Cənubi Qafqazın ən güclü ordusuna sahib oldu. Dövlət başçısının yorulmaz fəaliyyəti ilə erməni yalanları bütün dünyada ifşa edildi, Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə qəbul edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi, taleyüklü arzusunun gerçəkləşməsidir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qalib Azərbaycan xalqının vətəndaşı, Azərbaycan Ordusunun sıralarında xidmət edərək şanlı zəfərin qazanılmasında payı olan bir qazi kimi qürur dolu anlardan söhbət açıb, xatirələrini bölüşüb. S.Çobanov bildirib ki, qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, düşmənə sarsıdıcı zərbələr endirdilər. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaq, unudulmaz dastan yazanlar, Vətən uğrunda şəhid olanlar unudulmayacaq.

Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, Azərbaycanın Vətən müharibəsi zamanı qələbə qazanması, işğal altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşlər apardı və böyük Zəfəri Azərbaycan xalqına yaşatdı. Xalqımızın əzmi və iradəsi, gücü, xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi.   

Vətən müharibəsi şəhidi, ölümündən sora ölkə başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov  çıxış edərək bildirib ki, bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiram, diqqət və qayğı göstərir, ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Məhz bu gün də bu sahədə dövlət başçısının müvafiq göstərişlərinə əsasən ardıcıl olaraq yüksək səviyyədə işlərin aparılması şəhid və əlil ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfələr verir.

Bakı Dövlət Universitetinin Qazax flialının mətbuat xidmətinin rəhbəri Elçin Məmmədov (İsmayıl) çıxış edərək bildirib ki, 44 gündə qazandığımız Zəfər Azərbaycanın müasir tarixində dövlətin gücü, xalqın birliyi və lider əzminin vəhdətini nümayiş etdirdi. Bu gün Azərbaycan artıq öz suverenliyini yalnız kağız üzərində deyil, real ərazilərində tam şəkildə bərpa etmiş bir dövlətdir. Qarabağda, Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan üçrəngli bayraq bu həqiqətin canlı simvoludur. O çətin illərdə Ulu Öndər Heydər Əliyevin “Biz qayıdacağıq, mütləq qayıdacağıq!” sözləri xalqın qəlbində bir inam çırağı kimi yandı. Bu sözlər təkcə siyasi bəyanat deyildi, bu, xalqın mənəvi dayaq nöqtəsinə, Zəfərə aparan yolun başlanğıcına çevrildi. Və zaman göstərdi ki, bu əzəmətli vəd gerçəkliyə çevrildi. Azərbaycan xalqı doğma Qarabağa müzəffər ordu ilə qürur və ləyaqətlə qayıtdı.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Lalə Quluyeva çıxış edərək bildirib ki, milli qüdrətin və tarixi ədalətin təntənəsi, suverenliyin bərpası, qürur dolu beş il. Tarix baxımından qısa, amma bir xalqın yaddaşında bütöv bir əsr qədər dərin iz buraxan bir zaman kəsimi. 2020-ci ilin payızında Azərbaycanın müasir tarixi yeni bir səhifə açdı - Zəfər salnaməsi. Bu, yalnız hərbi qələbə deyildi - bu, milli qürurun, dövlətçilik ideyalarının, Azərbaycan xalqının haqq səsinin dünyaya bəyanı idi.
 Beş il keçir. O illərin acısı, həyəcanı və sevinci yaddaşımızdan silinməyib. Biz həmin günləri unutmuruq və unutmayacağıq. Çünki bu zəfərin təməlində canını fəda edən şəhidlərimizin müqəddəs qanı dayanır. Onların fədakarlığı, qazilərimizin igidliyi və xalqımızın dəmir iradəsi tariximizin ən şanlı səhifəsini yazdı.

Bakı Dövlət Universitetinin Qazax flialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı ölkə başçısının müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər   tarixi qələbəmizdir. Xalqımız öz Vətəninə bağlılığını, Vətəni, torpağı üçün canlarından keçən, sağlamlığını itirən gənclər yetişdirdiyini bütün dünyaya döyüş meydanında bəyan etdi. Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Topraqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Böyük Qələbəmizlə başa çatan Vətən müharibəsində mərd oğullarımız Zəfər tariximizi öz qanları ilə yazdılar, canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlığı Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq.


Oxunub: 1 049
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.