"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna yekun vurulub. Medıaxeberlerı.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” evdə "Çelsi" ilə qarşılaşıb. Ağdam təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib. 1-ci turda "Benfika"ya, 2-ci turda "Kopenhagen"ə qalib gələn, 3-cü turda isə "Atletik"ə uduzan Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 15-cidir. Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

Oxunub: 69
Xəbəri paylaş
Paylaş:





















