Mediaxeberleri.az
    
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"

Son xəbərlər :
  • Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
  • İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
  • TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
  • İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
  • Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
  • Sabah bu rayonda qaz olmayacaq
  • Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
  • Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
  • Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
  • Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
  • Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
  • Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
  • “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
  • Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
  • Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
  • Abşeronda şəhidlərin anım günləri qeyd edildi
  • Husilər hərbi düşərgəni vurdu: 40 ölü
  • Rus ordusu Omelniki işğal etdi
  • 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
  • Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İslam elmə və təhsilə necə təşviq edir? – DİNİMİZİ SEVƏK

  • Tarix: 14-10-2025, 08:38

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Hazırda bir milyardan çox insanın etiqad etdiyi İslam dini dünyanın ən böyük dinlərindən biridir.

  Dinimizdə elmə və təhsilə yüksək qiymət verilir. İslam dininin təməl qaynağı olan Qurani-Kərimdə və hədis ədəbiyyatında elm və təhsilin əhəmiyyətini izah edən, insanları elm öyrənməyə, öyrətməyə və təhsil almağa səsləyən yüzlərlə ayə və hədisi-şərif mövcuddur.

Məsələn, “Taha” surəsində (ayə114) deyilir: “Ey Rəbbim! Mənim elmimi artır!” “Mücadələ” surəsində (ayə 11) oxuyuruq: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın”. “Rəd” surəsində elmin nur olmasına işarə olunur. “Talaq” surəsində kainatın yaradılış hədəfi kimi elm və bilik göstərilir. Çoxsaylı hədislərin birində isə belə deyilir:” Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə onun elminin əmanətdarlarıdır”.

İslamda elm və bilik imanın önəmli qaynaqlarından hesab olunur. “Ali-İmran” surəsində oxuyuruq: ”Elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı daha çoxdur.” Məhəmməd Peyğəmbər söyləyirdi ki, “Bütün fəzilətlərin, üstünlüklərin, yaxşılıqların, bütün bəyənilmiş xüsusiyyətlərin hamısının kökü və bünövrəsi elmdir”. Hədislərin birində deyilir ki, elmlə yatmaq, cəhalətlə qılınan namazdan üstündür. Hz.Əli əleyhissəlam isə buyururdu ki, “Elm maldan xeyirlidir. Çünki malı xərclədikcə azalır, elm isə xərclədikcə çoxalır.”

İslam dinində elm öyrənmək böyük savab sayılır və Uca Yaradanın əmri hesab olunur. Bu mənada Peyğəmbərə ilk nazil olan ayənin “Oxu” əmri olması təsadüfi sayılmamalıdır. (Sinonimlər lüğətində “oxu” sözünün qarşılığı “öyrənmək” kimi verilir.)

Elm, bilik öyrənmək üçün sərf olunan zəhmət Allah yolunda sərf olunmuş zəhmət hesab olunur. Müqəddəs Kitabda Allah bilənlərlə bilməyənlərin eyni tutulmasının düzgün olmadığını bildirmiş, elmlə məşğul olanlara, elm öyrənənlərə yüksək qiymət vermiş,  onları xüsusi fərqləndirmişdir. “Zumər” surəsinin 9-cu ayəsində deyilir ki, “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!” “Mücadələ” surəsinə görə, biliyi və elmi olan kəslər Allaha daha yaxın hesab olunurlar. Həmin surədə o da qeyd olunur ki, Allah elm dalınca gedən insanların dərəcələrini yüksəldəcəkdir.

Peyğəmbərimiz həmçinin buyururdu:"Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar. Həqiqətən, mələklər qanadlarını elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər. Doğrudan da, göy və yerdə olan hər bir şey elm axtarışında olan kəsin günahlarının bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar belə. Alimin abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridirlər. Çünki peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə, çoxlu nəsib əldə etmiş olar". "İnsanların elmindən bəhrələndikləri alim yetmiş min abiddən daha üstündür”. (İmam Baqir).

Elm qazanılarkən ömür vəfa etməyib ölən kəslərlə bağlı Peyğəmbərimiz deyirdi: “Elm öyrənərkən əcəli çatıb ölən kimsə özü ilə peyğəmbərlər arasında yalnız bir dərəcə – peyğəmbərlik dərəcəsi – olduğu halda Allaha qovuşur”.

İmam Sadiq isə belə söyləyirdi: "Səhəri üç nəfərdən biri olaraq aç: alim, elm öyrənən və elm əhlini sevən. Bunlardan başqa bir kəs olma ki, onları sevməmək nəticəsində həlak olarsan. Mən şərəf axtardım, onu elmdə tapdım".

         Quranda elmlə bağlı çoxlu ayələr olmasına baxmayaraq oradakı detalların (Allahın sirlərinin) izahını və təsvirini indiki elmi əsərlərdə və dərsliklərdə olan kimi axtarmaq absurddur. Quran riyaziyyat, fizika və kimya düsturlarını, biologiyanı, tibbi, bəşəriyyətin tarixini, nüvə fizikasını, psixologiyanı, sosiologiyanı, informasiya texnologiyalarını və s. öyrətmir.

         Quranın nə məqsədlə endirildiyini ayələr aydınlaşdırır. Uca Allah bu Kitabı vəsf edərək buyurur: "Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır" (əl-Bəqərə surəsi, 1-2). Quran Allahın bizə rəhbər kimi nazil etdiyi kitabdır, o, doğru yolu göstərir, elmi gerçəklərə toxunur və ip ucu verir. İnsanları Allahın yaratma sənətindəki detalları və dünyanı necə yaratdığını bilmək üçün öyrənməyə və araşdırmağa təşviq edir. İnsanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, hey­van­la­rın, gecə ilə gündüzün əmələ gəlməsi, özlərinin doğuluşunun, dillərinin və rənglərinin müxtəlif olmasının, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Başqa sözlə, İslam dini, elmi Allahın yaratma sənətindəki detallara yetişməkdə bir yol kimi qəbul edir. Bu detallara yetişmək üçün isə hər bir insan elm və ürfan sahibi olmalıdır.

Allahın yaratdıqlarını düşünməyə, öyrənməyə və araşdırmağa cəhd edənlər haqqında  Peyğəmbər hədislərdən birində buyurmuşdu: "Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm axtaranları sevir".

İslamda elmdən söhbət gedəndə bəziləri ancaq dini elmləri nəzərdə tuturlar. Bizcə, bu tamamilə yanlış düşüncədir. Quranda və hədislərdə “dini və dünyəvi elm” deyə bir şey yoxdur. Sadəcə elm anlayışı var ki, bu da faydalı olan hər bir elmi ehtiva edir. Tədqiqatçıların fikrincə, Quranda olan ayələr, ilk cərrahi əməliyatdan tutmuş, cəbr, həndəsə, coğrafiya, kimya, astronomiya və sair elmlərdə olan kəşflərin, dövrümüzə qədər aktuallığını saxlayan bir sıra elmi nəzəriyyələrin müsəlmanlar tərəfindən irəli sürülməsi və tətbiq edilməsi, klassik elmi biliklərin yunan, Çin, Sanskrit, fars dillərindən ərəb dilinə tərcümə olunması, zəngin kitabxanalar və s. İslam dininin bütün faydalı elmlərin (o cümlədən dünyəvi elmlərin) öyrənilməsinə xüsusi önəm verdiyini göstərir. 

            İslam dininin heç vaxt elmlə ixtilafı və ya qarşıdurması olmamışdır. Elm də heç vaxt İslamı təkzib etməmişdir. Almaniyanın Höte Universitetinin Ərəb-İslam Elmi Tarixi İnstitutunun direktoru, professor F.Sezgin yazırdı: “İslam dini sadəcə bu elmləri heç bir sivilizasiyada tanımadığım şəkildə inkişaf etdirib və zirvəyə çıxarıb, himayə edib… Din elmə təşviq edirdi, elmi əsla baltalamırdı. Ən böyük alimlərin təbiət elmləri sahəsindəki kitablarını oxuduqda görürük ki, “bismillah” ilə başlayır, “əlhamdulillah” ilə bitir. Müasir elm adamı necə çalışırsa, onlar da elə çalışırdılar. Bu şərtlər altında müsəlman dünyasında elm böyük irəliləyiş göstərib”.

            Faktlar göstərir ki, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox elm adamlarının ən böyük motivasiya mənbəyi olmuşdur. Məsələn, J.Kepler Allahın əsərlərindəki ləzzəti duymaq üçün elmlə maraqlandığını, görkəmli elm adamlarından İ.Nyuton elmi araşdırmalar aparmasının səbəbinin Allahı tanımaq istəyi olduğunu söyləmişdir. Yerin günəşin ətrafında hərəkət etdiyini kəşf edən Əbu-Reyhan Biruni isə deyirdi: ”Mənim elmlə məşğul olmağımın başlıca səbəbi “Ali-İmran” surəsinin 191-ci ayəsidir”. A.Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər” kimi ifadə etmişdir.

Tədqiqatçılar göstərirlər ki, İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və dəqiq nəticələr verir. Başqa sözlə, dindən - doğru nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda, ən az əmək və enerji sərf edərək aşkara çıxarır. Elm və etiqad vəhdətdə möhtəşəm işlər meydana gətirir.  Görünür, “Elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır” yanaşması əbəs yerə meydana çıxmayıb.

          Onu da qeyd etmək lazımdır ki, İslam dini, elm axtarışında yer, zaman, yaş, cins, dil ayrı-seçkiliyi etmir. Təsadüfi deyil ki, hədislərdə deyilir: “Elm Çində də olsa, dalınca gedin”, “Beşikdən məzara qədər öyrənin.”, “Elm dalınca getmək həm müsəlman kişisinə, həm də müsəlman qadına vacibdir.” və s.

          Quranda elm adamlarından ciddi məsuliyyət tələb olunur. İslama görə, elm adamları möminlərin məsuliyyətini və cavabdehlik hissini artıran, insani vəzifələrin dərk olunmasına səbəb olan elmlə məşğul olmalıdırlar. Onların elmi fəaliyyəti cəmiyyətdə quruculuğa və inkişafa səbəb olmalıdır. İslamın qəbul etdiyi elm də məhz bəşəriyyətin ülvi məqsədlərinə xidmət edən və onu kamilliyə doğru istiqamətləndirən elmdir. Həzrət Əlinin dediyi kimi, “Elmin ən yaxşısı fayda verəndir”.

          Quran ayələrində və hədislərdə elm və bilik sahibi olmağın üstünlükləri də aydın şəkildə göstərilir. Göstərilir ki, elm sahibi olanların imanları artır, Allahın rizasını və sevgisini qazanırlar. Onlar kainatın və təbiətin sirlərinə vaqif olurlar. İslam əxlaqına uyğun yaşayır və bu əxlaqa zidd ideologiya, o cümlədən fanatizmlə daha fəal mübarizə aparırlar. Quran əxlaqını daha yaxşı təbliğ edirlər. Geniş dünyagörüşünə maik olurlar. Baş verən hadisələri daha doğru qiymətləndirə və problemlərə daha tez və səmərəli həll yolları  tapa bilirlər.

İslam dinində elmlərin öyrədilməsinə - təhsilə də böyük əhəmiyyət və dəyər verilir. Quranda təhsilə və təlim-tərbiyəyə aid olan oxuma, yazma, qələm, əxlaq, insanın tərbiyəsi və yetişdirlməsi ilə əlaqədar ayələrin olması bunun sübutu sayıla bilər.

İslam dini biliyin başqaları ilə paylaşılmasını vacib bir dəyər olaraq qəbul edir. Hədislərin birində biliyi bilməyənlər arasında yaymaq ən böyük sədəqə hesab olunur. Başqa bir hədisdə Rəsulullah  deyir ki, “Ölmüş insan artıq əməl işləməklə savab qazana bilmir, ancaq onun əməl dəftərinə …öyrətdiyi faydalı elmdən… savab yazılmaqda davam edir”.

         Peyğəmbərimizin fəaliyyətini izləməklə dinimizdə təhsilə yüksək qiymət verilməsinətam əmin olmaq mümkündür. Hz. Məhəmməd Peyğəmbər bir hədisində öz vəzifəsinin mahiyyətini belə açıqlamışdı: “Allah məni bir müəllim olaraq göndərmişdir.” İnsanlar hələ o vaxt bir şeylər öyrənmək üçün onun yanına gələrdilər. O, hələ Məkkə dövründə Darül-Əkramı bir təhsil mərkəzi olaraq istifadə edir, təhsilin yayılması üçün yerlər müəyyənləşdirir, ehtiyac olan yerlərə müəllimlər göndərirdi. Hicrətdən sonra Mədinədə həm də təhsil mərkəzi olan Məscidi Nəbəvini, onun yanında  yataqxanalı  “suffa” adlanan məktəbi açmış, özü də şəxsən burda dərs vermişdir. Bundan başqa Peyğəmbərimiz hər məhəllədə bir məscid qurdurmuş, “Darül-Kurra” adlanan axşam məktəbi formasında təhsil yerləri açdırmışdır və s.

          İslam dini yayıldıqdan sonra Azərbaycanda da belə təhsil müəssisələri açılmışdır. Tarixi faktlar göstərir ki, ölkəmizin çox yerlərində mollaxanalar fəaliyyət göstərmişdir. Gəncə, Şamaxı və digər böyük şəhərlərdə məscidlərin nəzdində məktəb və mədrəsələr vardı. Məsələn, Şamaxının “Məlhəm” mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri olub. Mədrəsənin banisi Xəqani Şirvaninin əmisi K.Ömər idi. Burada dini elmlərlə yanaşı, tibb, anatomiya, əczaçılıq, riyaziyyat, məntiq və s. elmlər öyrədilirdi. Faktlar göstərir ki, XVII əsrdə Azərbaycanda 1200 məktəb və 100-dən çox mədrəsə fəaliyyət göstərirmiş. XVII əsrin məşhur türk səyyahı Ö.Çələbinin məlumatına görə, 1647-ci ildə təkcə Təbrizdə 600-dən çox məktəb, 47-dən çox böyük mədrəsə mövcud olub. Bu təhsil mərkəzləri insanların savadlanmasında böyük rol oynamışdır.

         Mənbələrdən Peyğəmbərin təhsil mövzusunda dil, din, irq, azad-kölə ayrımı etmədiyi də bəllidir. Dinimiz elmi, biliyi qeyri-müsəlmanlardan, başqa dil, cins və irqdən olanlardan öyrənməkdə heç bir qəbahət görmür.

         İslam dini müəllimlik peşəsinə çox yüksək qiymət verir. İslama görə, başqalarına elm öyrətmək məqsədilə elm öyrənən kəs Allah yolundadır. Dinimizdə müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə özünü müəllim adlandırır. Məsələn, “Bəqərə” surəsinin 31-ayəsində oxuyuruq: “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. “Rəhman” surəsində isə belə deyilir: “Allah insanlara bilmədiklərini öyrətdi.” (ayə 5)

         Allah peyğəmbərləri də müəllimlik (öyrətmək) üçün göndərmişdir. Belə ki, “Bəqərə” surəsində peyğəmbərlərin gəlişinin məqsədi kimi təlim-tərbiyə göstərilir. Məhəmməd Peyğəmbər bu vəzifəni Allahın rizası üçün həmişə şərəflə daşımışdır. Nəql olunmuş rəvayətlərdən birində deyilir: “Bir gün Peyğəmbər  məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də öyrənməklə məşğul olduğunu görüb buyurur: «Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrətməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm”. Peyğəmbər  sözlərini bitirib elm öyrənənlərə tərəf gedir”.

         İslam dinində müəllimliklə məşğul olanların - təhsilverənlərin qarşısında cox ciddi tələblər qoyulur. Belə ki, onlar hər şeydən əvvəl yüksək əxlaqi-mənəvi keyfiyyətlərə sahib olmalıdırlar. Allahın Rəsulu buyururdu: “Müəllim özünü əxlaqlı apararsa, Allah və onun mələkləri, hətta yuvalarında olan qarışqalar da ona dua edər.”

         Müəllim daim öz üzərində çalışmalı, oxuyub öyrənməli, özünün biliyini və peşə səviyyəsini durmadan artırmalıdır. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər deyirdi: “Elm xəzinədir, onun açarı isə daim oxuyub, öyrənən insanın əlindədir.”

         Müəllim ancaq elm öyrətməli deyil. Ohəm də şagird və tələbələri Quran əxlaqına uyğun tərbiyə etməli, onları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət etməlidir.

          Müəllim öz elmini tələbələrdən əsirgəməməli və gizlətməməlidir. “Elm verən kəslər tələbədən elmini gizlədərsə, onu cəhənnəm odu ilə cilovlayarlar.” (M.Peyğəmbər) Bir başqa hədisdə isə deyilir: “Hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər”.

         Müəllim şagird və tələbələri ilə ədalətlə davranmalıdır. Təhsildə asanlaşdırıcı metodlara üstünlük verməli, səbrli və dözümlü olmalı, hirsə və şiddətə yol verməməlidir. Peyğəmbər özü də bilik öyrədən və bilik öyrənənlər arasında xoş münasibəti vacib hesab etmiş, hirsə və şiddətə qarşı olmuş, müəllimlərə səbrli və dözümlü olmağı məsləhət görmüşdür.

        Hədislər ədəbiyyatında təhsilalanları – şagird və tələbləri elm öyrənməyə təşviq edən onlarla hədis vardır. Məsələn, beləhədislərin birində deyilir:  “Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsınlar. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verilən kəslərdir”.

         “Elm öyrənmək hər müsəlmana fərzdir”- söyləyən Peyğəmbərimiz təhsildə qadın və kişi ayrı-seçkiliyinə qarşı olmuş, hamının elmli olmasını istəmiş, həmişə qadınların təhsili ilə maraqlanmışdır. O, kişilərə qadınların məscidlərə getmələrinə və elm öyrənmələrinə icazə vermələrini əmr etmişdir. Peyğəmbərin xanımları və əsabələri də qız uşaqlarının təhsilində maraqlı olmuşlar. Hədislərdən o da məlum olur ki, Peyğəmbər özü də qadınlar üçüngün ayırmış və həmin günlərdə onlara dərs vermiş, hətta müəllimlik etməyə təşviq etmişdir.

        Dinimizdə “Allahın vermiş olduğu elm və hikmətlə hökm edən və onu xalqa öyrədən adam”lara - müəllimlərə böyük hörmət və ehtiram var. Onlar“qibtə ediləsi adamlar” hesab olunurlar.

        Allahın Elçisi buyururdu: “Hər kəsdən ki elm öyrənmisiniz onun yanında təvazökar olun. Onun qarşısında baş əyin!”

        Həzrət Əli isə deyirdi: ”Şah da olsan, hakim də olsan, müəllimin gələndə ayaq üstə durmalısan! Kim mənə bir hərf öyrətsə, ona qul olaram”.

        Seyyid Rəzi ilə əlaqədar bir əhvalat da dinimizdə müəllimə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu göstərir. Hadisədə qeyd edilir ki, Seyyid Rəzinin qeyri-müsəlman olan bir müəllimi varmış. O həmişə müəlliminin dəfn olunduğu qəbiristanlığın yanından keçərkən atdan düşər, həmin yolu piyada gedərmiş. Bu, həm də dinindən asılı olmayaraq bütün müəllimlərin hörmətə layiq olduqlarına işarə edir.

         İslam dininin mənəvi sərvətləri, o cümlədən insanları elm öyrənməyə və öyrətməyə, təhsil almağa təşviq etməsi bütün zamanlarda olduğu kimi bu gün də aktualdır. Dinimiz bu gün də insanların elmə yiyələnməsində və təhsillənməsində stimuallaşdırıcı rolunu saxlamaqdadır. Ona görə də ölkə əhalisinin çoxunun etiqad etdiyi İslam dəyərlərinin təbliği və qorunması prioritet məsələlərdən olmalıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının dediyi kimi, “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.

         (Qeyd: Yazının hazırlanmasında müxtəlif mənbələrdən istifadə edilmişdir.)

 

          “Ədəbiyyat və incəsənət”

          (22.04.2024)

 

 

 

 

 


Oxunub: 7 666
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:59 | Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
    Dünən, 21:52 | İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
    Dünən, 21:49 | TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
    Dünən, 21:43 | İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
    Dünən, 21:40 | Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
    Dünən, 21:06 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:05 | Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
    Dünən, 21:00 | Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
    Dünən, 19:39 | Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
    Dünən, 19:38 | Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
    Dünən, 19:35 | Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
    Dünən, 19:31 | Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
    Dünən, 19:30 | “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
    Dünən, 17:34 | Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
    Dünən, 17:23 | Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
    Dünən, 16:20 | Abşeronda şəhidlərin anım günləri qeyd edildi
    Dünən, 16:19 | Husilər hərbi düşərgəni vurdu: 40 ölü
    Dünən, 14:37 | Rus ordusu Omelniki işğal etdi
    Dünən, 14:35 | 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
    Dünən, 14:34 | Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
    Dünən, 14:32 | Prezident onları təltif etdi
    Dünən, 14:04 | "Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı...
    Dünən, 14:03 | Türkiyədə ölənlərin sayı 9-a çatdı
    Dünən, 14:02 | Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı
    Dünən, 13:27 | İlin sonunda əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA
    Dünən, 13:24 | Bayıldakı Doğum Evi təmir edilir
    Dünən, 13:22 | Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - FOTO
    Dünən, 13:18 | Rusiyaya məxsus sərnişin təyyarəsi qəza siqnalı verdi
    Dünən, 13:15 | Sabah yağış yağacaq
    Dünən, 11:40 | Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
    Dünən, 11:27 | Anar Bayramov nazir təyin olundu - Sərəncam
    Dünən, 11:21 | TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman
    18-10-2026, 22:34 | Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
    18-10-2026, 22:06 | Fransada gərginlik pik həddə çatdı: Makronun istefası tələb olunur
    18-10-2026, 22:04 | Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia
    18-10-2026, 22:01 | Parisdə iğtişaşlar yenidən alovlandı
    18-10-2026, 21:59 | İtaliyada etirazlar milyonluq ziyana səbəb oldu
    18-10-2026, 21:56 | Leysan yağacaq, dolu düşəcək - Bu tarixdən hava DƏYİŞİR
    18-10-2026, 21:47 | "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
    18-10-2026, 21:44 | Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" - Video
    18-10-2026, 21:39 | “Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
    18-10-2026, 21:36 | Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - Video
    18-10-2026, 17:53 | Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
    18-10-2026, 17:43 | Xırdalanda yaşayış kompleksində yanğın: Sakinlər danışdılar - Foto/Video
    18-10-2026, 17:38 | Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO
    18-10-2026, 17:36 | Azərbaycanda polis rəisinin müavini vəfat edib
    18-10-2026, 17:31 | Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp
    18-10-2026, 16:59 | 2-ci Liqa: "Ağstafa Gəncləri" əlavə olunmuş dəqiqələrdə məğlub oldu - VİDEO
    18-10-2026, 16:47 | Yusif Alıyev: "Atamın tanıtımından başlayan yol…"
    18-10-2026, 15:22 | Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.