Birinci vitse-prezident Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. Mediaxeberleri.Az xəbər verir ki, M.Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir: "Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Oxunub: 59
Xəbəri paylaş
Paylaş:





















