Qazaxıstan Yazıçılar Birliyinin sədri: "Birinci Türkoloji Qurultayın 100 illiyi Bakıda təntənəli şəkildə qeyd olunacaq"
"Yüz il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkdilli xalqların ilk dəfə olaraq bir-birini qardaş kimi tanıdığını, dillərinin isə bir-birini dəstəkləyən və zənginləşdirən sistemlər olduğunu bəyan etdiyi ilk görüş olub". Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin yeni buraxılışında Qazaxıstan Yazıçılar Birliyinin sədri Mereke Kulkenov deyib. O, təəssüflə bildirib ki, bu qurultaydan 10 il sonra - 1937-ci ildə repressiyalar dövründə iştirakçıların əksəriyyəti təqibə məruz qalıb, bəziləri həbs edilib və güllələnib: "Axmet Baytursunov başda olmaqla 5 nəfər edam edilib". Mereke Kulkenov qeyd edib ki, bu dahi şəxsiyyətlərin açdığı yolu davam etdirmək, onların ideyalarını həyata keçirmək, türkdilli xalqlar üçün həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir: "Gələn il bu möhtəşəm hadisənin 100 illiyi Bakıda təntənəli şəkildə qeyd olunacaq. Ümid edirəm ki, bu bayramda bütün türkdilli xalqların yazar, alim, etnoqraf, eləcə də filoloqları iştirak edəcək və bu, həqiqətən də böyük bir mədəniyyət bayramına çevriləcək". Daha ətraflı Baku TV-nin videomaterialında: