Mediaxeberleri.az
    
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • 
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
    "Qarabağ" Ukrayna klubuna uduzdu
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
  • 
  • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
    Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
  • 
  • Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
    Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
  • 
  • RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
  • 
  • Azərbaycan nefti bahalaşıb
    Azərbaycan nefti bahalaşıb

Son xəbərlər :
  • TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
  • HƏMAS-ın yeni lideri o oldu
  • Baş Prokurorluqdan estetik mərkəzlə bağlı açıqlama
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • İşdən çıxarılan generalın yerinə bu şəxs təyin olundu
  • Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
  • Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
  • Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapıldı
  • Futbol üzrə dünya çempionatının finalı hansı rekordlarla yadda qaldı?
  • Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə hökm oxundu
  • Bakı və Astaranın bəzi ərazilərində işıq olmayacaq
  • Müavinət və Prezident təqaüdü ilə bağlı açıqlama
  • Neft həftəyə bu qiymətlə başladı
  • Rusiyada güclü zəlzələ oldu
  • İspaniya DÇ-2026-nın qalibi oldu
  • Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
  • DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu!
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • Dağlıq rayonlarda leysan yağdı, Aranda güclü isti oldu - Hava məlumatı
  • Deputata ağır itki üz verdi - FOTO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Vətən müharibəsi əlili: "Biz Vətənimizi - evimizi qoruyurduq"

  • Tarix: 19-10-2025, 22:52

"Mən müharibəni yalnız filmlərdən izləmişdim. Onun insanlara yaşatdığı ağrı-acını, faciəni təsəvvür etmirdim. Bizdən əvvəlki nəsillər ötən əsrin 90-cı illərində gözlənilmədən savaşa cəlb olunduqları, ölkənin ərazi bütövlüyünü qoruduqları kimi, mən və hərbçi yoldaşlarım da anidən döyüşlərin iştirakçısına çevrilmişdik. Biz Vətənimizi - evimizi qoruyurduq. Bir zamanlar filmlərdə gördüyümüz döyüş səhnələrini canlı-canlı yaşayırdıq".

Mediaxeberleri.Az "Kaspi" qəzetinə istinadən xəbər verir ki, bu fikirlər III qrup Vətən müharibəsi əlili Cavid Hüseyn oğlu Aşirova məxsusdur.

O, 1999-cu ildə Bakıda anadan olub, 2016-cı ildə 53 saylı tam orta məktəbi bitirib. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetində turizm və hotelçilik ixtisası üzrə ali təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Ağcabədi rayonundakı "N" saylı hərbi hissənin artilleriya divizionunda topçu kimi xidmətə başlayıb.

Vətən müharibəsi əlili: Biz Vətənimizi - evimizi qoruyurduq

Düşmən aviasiyasının atəşi nəticəsində yaralanıb

C.Aşirov hərbi xidmətinin üçüncü ayında ordumuzun əks-hücum əməliyyatlarına cəlb olunub. O, digər topçu əsgərlərlə birlikdə Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində irəliləyən hərbçilərimizə artilleriya dəstəyi verib, düşmənin mühəndis-istehkam qurğularının, yüksəklikdə yerləşən döyüş mövqelərinin darmadağın edilməsində şücaət göstərib. Oktyabrın 20-də düşmən aviasiyasının atəşi nəticəsində yaralanıb. Bununla da onun döyüş yolu sona çatıb. Əvvəlcə səhra hospitalında, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, ardınca Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunub və ordudan tərxis edilib.

Vətən müharibəsi əlili: Biz Vətənimizi - evimizi qoruyurduq

"Əsgər yoldaşlarım olmasaydı, həyatımı itirə bilərdim"

C.Aşirov o anları belə xatırlayır: "Vətən müharibəsi başlayan gündən bizim hərbi hissə döyüşlərə cəlb olundu. Həmin dövrdə bizim hərbçilər hər gün irəliləyirdi deyə, zaman-zaman biz də mövqelərimizi dəyişir, piyada birləşmələrə atəş dəstəyi vermək üçün daha irəlidə yeni mövqelər seçməli olurduq. Beləcə Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində xeyli irəlilədik. Sonuncu dəfə Qubadlının Balasoltanlı kəndində yeni mövqelərdə möhkəmlənmişdik. Elə bu vaxt səmada pilotsuz uçuş aparatı gördük. Düşmən yerimizi müəyyən etmişdi. Cəld şəkildə mövqeləri dəyişməyə, ərazidən uzaqlaşmağa çalışdıq. Lakin düşmənin güclü atəşi altında bunu tam başa çatdıra bilmirdik. Minaatan mərmiləri yağış kimi başımıza yağırdı. Mərmi qəlpələrindən yayınmaq üçün xüsusi xəndəklərdə, daldanacaqlarda gözləyirdik ki, şəxsi heyəti, silah-sursatı qoruya bilək. Artilleriya atəşinin ardınca düşmənin hərbi aviasiyası səmada göründü. Bizə tərəf irəliləyən qırıcı təyyarə gövdəsindən üzərimizə kasetli bomba atdı. Qəlpələr yanımdakı əsgər yoldaşım Səyyad Ağahüseynlini, mayor Sadiq Həsənovu ağır yaraladı və onlar şəhidlik zirvəsinə ucaldılar. Mənim isə hər iki ayağımı, dizlərimi, kürəyimi qəlpə yaralamışdı. Sağ ayağımın diz qapağı tamamilə parçalanmışdı. Ayağa durmağım, yaxud sürünərək hərəkət etməyim qeyri-mümkün idi. Əsgər yoldaşlarım olmasaydı, ilkin yardım göstərilməsəydi, qanaxmadan mən də həyatımı itirə bilərdim".

Vətən müharibəsi əlili: Biz Vətənimizi - evimizi qoruyurduq

"Döyüş yoldaşlarım əsl qəhrəmanlıq nümayiş etdirdilər"

C.Aşirov döyüş meydanından onu çıxaran əsgərlərin əsl qəhrəmanlıq göstərdiklərini bildirdi: "Təsəvvür edin ki, hər yan odun-alovun içindədir. Ətrafda davamlı olaraq minaatan mərmisi partlayır, müxtəlif istiqamətlərə qəlpə səpələyir. Altı əsgər yoldaşım yaralandığımı görüb qorxub-çəkinmədən məni ayaqlarımdan, bədənimdən, qollarımdan tutub kənara daşıyırdılar. Elə bu vaxt düşmən təyyarəsinin təkrar bizə tərəf istiqamətləndiyini gördüm. Əsgər yoldaşlarıma əvvəl qışqıraraq, hədə-qorxu gələrək, sonra yalvararaq dedim ki, məni atın yerə, özünüz daldanacağa çəkilin, yoxsa mənə görə siz də həyatınızı itirəcək, yaxud yaralanacaqsınız. Onların heç biri buna məhəl qoymadı. Hətta qırıcı təyyarə ikinci dəfə gövdəsindən kasetli bomba atmağına, qanadlarındakı raketdən istifadə etməyinə baxmayaraq, döyüş yoldaşlarım qorxmazlıq, əsl qəhrəmanlıq nümayiş etdirdilər, yaralı silahdaşlarını döyüş meydanında qoymadılar. Onların və ilkin tibbi yardım göstərənlərin sayəsində həyatda qaldım. Həyatımı onlara borcluyam".

"Müharibədə qəhrəmanlıq an məsələsidir"

Həmsöhbətimiz deyir ki, müharibədə qəhrəmanlıq an məsələsidir: "Bizim batareyada arıq, çəlimsiz, sakit bir əsgər yoldaşımız var idi. Müharibə günlərində onun daha çox narahatlıq yaşadığını, gərgin olduğunu hiss edirdik. Onunla söhbət edir, mənəvi-psixoloji dəstək olmağa çalışırdıq ki, ruh düşkünlüyü yaşamasın. Amma mən yaralananda onun necə qorxuya qalib gəldiyini, özünü itirmədiyini müşahidə etdim. Bunu həmin əsgər məni yaralı halda döyüş meydanından çıxarıb deyə söyləmirəm. Həmin an mərmi qəlpələri yanımda sipər alan bir zabit və əsgəri həyatdan məhrum etmişdi, mən yaralıydım, ətraf qan, od-alov içində idi. Amma o, özünü itirmədən başımın üstündə dik dayanmışdı və daldanacaqdakı digər əsgərləri köməyə səsləyirdi. Sona qədər yanımdan getmədi. Halbuki həlak olması an məsələsi idi".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla C.Aşirovun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib. O, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb. Hazırda dövlət qurumlarından birində çalışır.


Oxunub: 5 967
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 16:02 | TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
    Dünən, 16:00 | HƏMAS-ın yeni lideri o oldu
    Dünən, 15:58 | Baş Prokurorluqdan estetik mərkəzlə bağlı açıqlama
    Dünən, 12:36 | Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Dünən, 12:34 | İşdən çıxarılan generalın yerinə bu şəxs təyin olundu
    Dünən, 12:13 | Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
    Dünən, 12:10 | Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
    Dünən, 11:24 | Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapıldı
    Dünən, 11:18 | Futbol üzrə dünya çempionatının finalı hansı rekordlarla yadda qaldı?
    Dünən, 10:39 | Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə hökm oxundu
    Dünən, 10:37 | Bakı və Astaranın bəzi ərazilərində işıq olmayacaq
    Dünən, 10:36 | Müavinət və Prezident təqaüdü ilə bağlı açıqlama
    Dünən, 10:34 | Neft həftəyə bu qiymətlə başladı
    Dünən, 10:32 | Rusiyada güclü zəlzələ oldu
    Dünən, 02:03 | İspaniya DÇ-2026-nın qalibi oldu
    19-07-2026, 09:32 | Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
    19-07-2026, 09:30 | DÇ-2026: İngiltərə dünya üçüncüsü oldu!
    18-07-2026, 11:16 | Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    18-07-2026, 11:14 | Dağlıq rayonlarda leysan yağdı, Aranda güclü isti oldu - Hava məlumatı
    18-07-2026, 11:13 | Deputata ağır itki üz verdi - FOTO
    18-07-2026, 10:58 | DÇ-2026: Üçüncü yerin sahibi bəlli olacaq
    18-07-2026, 10:56 | Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı
    17-07-2026, 10:53 | Pensiyalarla bağlı rəsmi məlumat
    17-07-2026, 10:50 | Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə
    17-07-2026, 10:47 | RUSİYADA MİQRANTLAR BAĞLI YENİ TƏLƏBLƏR... - Şərtlər ağırlaşdırılır
    16-07-2026, 16:30 | Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    16-07-2026, 16:28 | Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
    16-07-2026, 16:19 | Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...
    16-07-2026, 16:17 | m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
    16-07-2026, 01:03 | Argentina DÇ-2026-nn finalında
    15-07-2026, 18:53 | Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
    15-07-2026, 18:38 | Lətifə belə dincəlir
    15-07-2026, 18:36 | İcra başçısı onu özünə müavin təyin etdi
    15-07-2026, 18:24 | Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
    15-07-2026, 17:55 | Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
    15-07-2026, 17:47 | “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
    15-07-2026, 17:43 | DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
    15-07-2026, 17:38 | Samuxda kütləvi zəhərlənmə...
    15-07-2026, 17:34 | Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
    15-07-2026, 17:31 | Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
    15-07-2026, 16:32 | Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
    15-07-2026, 16:31 | Hava xəbərdarlığı: intensiv yağış, dolu...
    15-07-2026, 16:28 | Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
    15-07-2026, 16:26 | Prezident 1 sərəncam, 4 fərman imzaladı
    15-07-2026, 10:17 | İspaniyanı finala aparan qələbə - Video
    15-07-2026, 10:14 | Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
    15-07-2026, 10:12 | Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
    15-07-2026, 10:10 | Neft bahalaşdı
    15-07-2026, 08:54 | ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
    15-07-2026, 08:25 | Gündə nə qədər şokolad yemək olar?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.