Mediaxeberleri.az
    
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi

Son xəbərlər :
  • Şənbə günü yağış yağacaq
  • 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
  • Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
  • Pensiyalarla bağlı VACİB MƏLUMAT
  • Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
  • Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
  • "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
  • "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
  • Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
  • Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
  • Bu şəxslərin maaşı 35 faiz artacaq
  • Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
  • Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
  • Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
  • 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

OKTYABRIN İKİ ÜZÜ: daş və dəmir dəyənəklərdən bayraktarlar savaşına... (Zahid Orucdan sensasion yazı)

  • Tarix: 14-10-2025, 00:22

İlham Əliyevin alternativi: 22 il sonraya saxlanılan qisas…


Zahid Oruc, millət vəkili


İstedadlı mədəniyyət adamının - Cabir İmanovun 2003-cü ilin siyasi arxivindən çıxarılan və əsas səhnəsindən qoparılaraq qəzəb və nifrət yaratmağa hesablanan kadrları fərdi linçetməyə hesablanan özfəaliyyət deyil, dövlətimizə qarşı aparılan sistemli gözdənsalma kampaniyasının tərkib hissəsiydi. Məzhəb ayrıseçkiliyi və dini parçalanma niyyətilə sonrakı günlərdə əl atılan informasiya çirkliliyi də dərindən araşdırma tələb edir.

Tarixən itki günlərində həssaslıq birə-beş artır. Emosiyalar böhranını doğurmaq üçün fürsəti əldən vermədilər. Milli Oktyabr inqilabımızın ildönümündə-Qələbəmizin 5-ci ilində hər qarış Vətən torpağının azadlığını fərəhlə qeyd etdiyimiz günlərdə zaman çarxını geri fırladıb milli gündəliyi dəyişdilər. Bəli, siyasi kalendarımız son 30 ildə çox yüklənib.



Bəs 2003-cü ilin 15-16 oktyabr hadisələrinin əsil mahiyyəti nə idi? Cavab çox sadədir-indi müxtəlif hücrələrdən baş qaldıran, özünü qurbanlıq kimi göstərənlərin iddia etdiyi “məchulluq inqilab”ı iflasa uğradı, sabitlik xaos üzərində qalib gəldi, revanşistlərə qətiyyətlə cavab verildi.

Bir ovuc kütləni Azadlıq meydanına sürükləyən və müqavimət göstərənləri zorla özlərinə qoşan qanlı dəstənin məqsədi İsa və qeyrisini çarmıxa-hakimiyyətə gətirmək deyildi, onların planı 10 illik Heydər Əliyev dövlətinin dayaqlarını sarsıtmaq, ölkəmizi qum səhrasına və əşirət savaşına qərq etmək idi.

Milli taleyimizdə belə kədərli-faciəli təkrarları çox görmüşük. Yalnız Ulu öndərin dönüşü tariximizə, siyasi kimlik kodumuza xilas və uğur səlnaməsi, aydınlıq və qurtuluş hadisəsi kimi daxil olub, daşlaşıb, yaddaşımıza əbədi həkk olunub.

5 yaşlı uşağı çeynəyən, ata-anaları avtobusdan hədə ilə qoparıb cərgələrinə qoşan qaragüruh, maşınları tapdalayan kütlə qarşısındakı dövlətçilik divarını-Milli Polis və Daxili Qoşunlar səddini-kordonunu aşsaydılar, əllərindəki dəmir dəyənək və daş silahlarla Prezident sarayına hücum edəcək, hakimiyyəti ələ alıb ölkədə xaos diktaturası quracaqdılar. Nəqliyyat vasitələrinin hərəkətini bloklayıb daha çox insanları toqquşmaya cəlb etmək, qələbəlik yaradıb daxili sabitliyi pozmaq, nizamı məhvərindən çıxarmaq onlarla ölkədə rejim dəyişdirmə əməliyyatlarının vahid ssenarisi idi.

Daxili Qoşunların heyətini daşıyan qeyri-hərbi texnikanı ələ keçirib sonra orduya əl uzatmaq, silahlı küçə döyüşləri aparmaq inqilab planın kulminasiyası olacaqdı. Hərbi hissələrin ünvanı hamıya bəlliydi. Tankların müşaiyəti ilə Parlament binası, sonradan hakimiyyətin ələ alınması təcrübəsi bir neçə dəfə sınaqdan çıxarılmışdı.

İnsanları bölgələrdən paytaxta daşımaq üçün muzdlular xüsusi tapşırıqla həssas ərazilərə göndərilmişdilər, təxribatçı qrupları Bakıya-mərkəzi hakimiyyətə qarşı terrora körükləyir, hər yerdə “qalib gəldiklərinin, hakimiyyətin ötürülməsinə yol verməyəcəklərinin” bolşevik vərəqələri yayılır və insanları küçə döyüşlərinə cəlb etmək üçün mənbəyi bəlli olmayan pullar paylanırdı.

Ukraynada da hadisələr eyni dalğada gedirdi. İnqilabın müqəddəs qurbanı jurnalist Qonqadzenin ölümü Qış sarayına hücum üçün kütləni hərəkətə gətiməyə yetərli oldu. Təəssü ki, gələcəkdə qlobal toqquşmaların mərkəzinə çevirəcək bir ölkəni sürətlə getdiyi uçurumdan xilas etmək mümkün olmadı. Bakıda və Kiyevdə inqilab bayrağını biçənlər və daşıyanlar eyni qüvvələr idi. Lakin o zaman ukraynalı hüquq-mühafizə qüvvələri dişsizlik, siyasi prinsipsizlik göstərdiyi halda Azərbaycanın Milli Polisi və Hüquq-Mühafizə Orqanları, o cümlədən, Xüsusi Xidmət və Xəfiyyə sistemimiz oğul Əliyevin siyasi olimpə yüksəlişini xalqın xilası kimi qəbul etdilər. Zərrə qədər tərəddüd olsaydı, “domino effekti” işə düşəcək, tökülən qanın və vətəndaş müharibəsinin qarşısı alınmaz olacaqdı.



Söhbət dövlətin və millətin taleyindən getdiyi üçün, Heydər Əliyevin əsrə bərabər on ilini davam etdirmək, Avropada küçə aksiyalarını gözyaşardıcı qazla durdurmaqdan köklü fərqlənirdi. Ölkəni növbəti meydan xaosuna qərq etməyin bədəli 20 faiz torpaqların itirilməsindən daha ağır olacaqdı.

Hələ dayaqları möhkəmlənməmiş müstəqil dövləti Şərqə xas əbədi nəsil-tayfa, etnik və milli nifrət içində yox etmək o qədər çətin deyildi. Birinci Qarabağ müharibəsində məğlubiyyətə uğradılan xalqın qəzəb və ağrısını yönəltmək hələ mümkün idi. Əslində 15-16 oktyabr hadisələri Azadlıq meydanında-sovetlərə qarşı etirazın baş ünvanında bu dəfə milli hakimiyyətə qarşı revanş cəhdi, torpaqlarımızın işğalına səbəb olan xarici qüvvələrlə həlledici döyüş, 2020-ci ilin Vətən müharibəsinə gedən yolun təmizlənməsi oldu. Siyasi varislik İlham Əliyevə ata Əliyevdən qəbul etdiyi hakimiyyət deyil, xalqın xeyir-duası ilə quruculuq və sabitlik kursunun davam etdirilməsi və millətin taleyinə cavabdehliyin daşınması missiyası idi. Ulu öndərin tərəfdarları-gələcəyin Bütövlük və Suverenlik hərəkatçıları, Konstitusion quruluşçular qalib gəldilər.

Mərkəzi Poçtamt ətrafında düz yüz il əvvəl gedən erməni-daşnak döyüşlərinin 4-cü nəsil övladları yeni əsri qalibiyyətlə başladılar, milli dövləti qoruya bildilər. 11-ci Qırmızı orduya qarşı çıxan, Leninin heykəllərini sökənlərin varisləri daş silahları qardaşlarına qarşı çevirdilər. Dağıdıcı qrup əsla xalq adlandırıla bilməzdi. Heydər Əliyevə qalib gələ bilməyən qüvvələrin nəhayət, Qərbin ideoloji laboratoriyalarından aldıqları təlimat tezisi-“X günü” Birinci Şəxsin cismani yoxluğuna hesablanan məchulluq, qeyri-müəyyənlik, Yaxın Şərqin qaranlığını demək idi.




Cabir İmanovu 3-cü Reyxin hərbi xəfiyyəsi-Abverin üzvü kimi qələmə verənlər təkcə 22 il əvvəlki məğlubiyyətin qisasını almırdılar, həm də hazırki şəraitdə Daxili İşlər və İmanovun çalışdığı Dövlət Təhlükəsizlik orqanlarına qarşı ictimai rəyi parçalamaq, etimad böhranı doğurmaq və dövlətin yanında durmağı “ sabah siz də lənətlənəcəksiniz” kimi hökmü ilə əvəzləmək qədər qorxulu zəmin hazırlayırdılar. Böyük qayıdışın qüruru və məsuliyyətini yaşayan, dünya savaşlarından özünü məharətlə qoruyan bir ölkənin gündəliyini dəyişmək, onu keçmiş və gələcək ziddiyyətlərin içində boğmaq məkrli planın tərkib hissəsidir.

Qələbədən sonra xalqın gözləntilərinin doğrulmadığı duyğusu ilə kampaniya aparıb, qlobal və regional təhlükələr fonunda narazı insanları qazanmaq əslində çətin deyil. Xüsusi tədqiqatlar aparmadan, müxtəlif səbəblər toplusu-xüsusilə, ideoloji hədəflərin yenidən qurulduğu, qalib milli və siyasi kimliyin yeni formalaşdığı bir şəraitdə prezident bütün strateji resursları 3-cü ölkələrin forpostu olmamaq və toqquşan maraqları uzlaşdırmaq, Qələbədən sonrakı sülh və yeni regional geosiyasi arxitekturanı qurmağa yönəldib. Uzun illər iqtidarda təmsil olunan adamların bir qisminin vəzifədən uzaqlaşdırılması, “sabiqlər” sindromunun bütün ölkələr üçün başağrısı olması, mənafeyi tapdalanan keçmiş oliqarxiyanın və marginal qrupların itirilmiş mövqelərini qaytarmaq uğrunda mübarizəsi fonunda siyasi sistemin əsas qayğısını birinci növbədə, Rusiya, İran, Qərb və Çin arasında dayanıqlı idarəetmə sistemi qurmaq təşkil edir.

İslahatların hədsiz uzun sürməsi və bəzən, milli xüsusiyyətlərimiz, yerli reallqılar, tarixi təcrübə və coğrafi gerçəkliklərlə tam uzlaşmayan modellərin durmadan, zamanla fasilə vermədən tətbiqi də düşmən qüvvələrin xeyrinə işləyir. O biri yandan, keçmişdə demokratiya adı altında ölkədə yaradılan təsir agentləri Qələbə və quruculuq gündəliyini lokal problemlərlə əvəzləyə bilirlər. Üstəlik, sərhədlərin təhlükəsizlik səbəbindən bağlı qalması ətrafında tez-tez dəyişən tariflər həyatı bahalaşdırdığı və fərqli sosial qrupları narazı saldığı üçün millətin hislərini istismar edənlərə meydan açılıb.

Xarici qüvvələrin tələsinə düşən şəxslərin məcburən cəmiyyətdən təcrid edilməsi qərarı da onların siyasətdən uzaq olan ailələrinin narazılığını doğurub. Halbuki qonşu və uzaq paytaxtların maraqlarına açıq-gizli xidmət edənləri nəzarətdə saxlamaq artıq mümkün deyildi, simmetrik cavab tələb olunurdu, Avropa və ABŞ-ın donor təşkilatlarından hakimiyyətə alternativ yaratmaq planları ilə verilən yardımlar, ianələrin qarşısı kəsilməliydi. Onları himayə edən qrupların qlobal media, beynəlxalq parlament və beynəlmiləl ədliyyə-hüquq kontorlarında Azərbaycanda sarsılan dayaqlarından dolayı hücumlarına gündəlik rejimdə cavab vermək mütəmadi koordinasiya, böyük maliyyə resurları və peşəkar komanda tələb edir. Çox vaxt sinxronluq və böhran menecmenti alınmır. Ani bir qığılcım “nəlbəkidə fırtına effekti” doğurur, sürətlə də keçir. Çünki xalq dövlətsizliyin əzabını yaxşı bilir. Millətimiz İlham Əliyevə qarşı Avropadan-milli simalarını itirən və muzdlu süfrədən qidalanan tural sadıqlılar, məhəmməd mirzəlilər, Osmanqızı və digər tv-lərdən hücum cəhdlərini mahiyyətcə qələbəmizə qarşı diversiya sayırlar.




İkinci Qarabağ müharibəsi bir milli sualı da həll edib: təkcə Qarabağ dalğasında meydana gələn və siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulanların ideolojisi əllərindən alınmayıb, sözsüz ki, faciə və kədər səlnaməsi birləşdirici gücə malikdir, xüsusilə də qoca Şərqdə. Övladlarını Vətən uğrunda verən atalar hər zaman mübarizəyə hazır olurlar. İlham Əliyevin sərkərdliyi ilə qazanılan Qələbənin tarixi bənzərsizliyi ondadır ki, şəhidlik hadisəsi dövlət kimliyilə tamamilə birləşib. İndi kimsə Şuşadan çıxarılan bir neçə döyüşçünün cismini Xiyabanın qarşısına gətirib onun üzərindən iqtidarı zəbt edə bilməz. Axı 90-cı illərdə məhz belə olmuşdu. 8 noyabrdan sonra Şəhidlik qalib dövlət və millət kimliyinin nüvəsinə çevrilib. Artıq ikili duyğu yaşanmır, insanlar işğalı və məğlubiyyəti xalqın, dövlətin deyil, o vaxtkı hakimiyyətin ünvanına yazırlar.

Millətin uğur hekayəsi bütövləşib. İnsanlar deyir ki, birinci dövr ona başçılıq edənlərin ucbatından döyüşdə yenilsələr də 20 ilin hər günü müqəddəs savaşa hazırlaşıblar, nəhayət, ləyaqət və bütövlük davasına qalxıblar. İlham Əliyevin yaratdığı yeni reallıq həm də budur-biz Şərqdə tüğyan edən yazıqlıq, əbədi şikayətçilik və məzlumluq mərəzindən xilas olmuşuq. Ona görə də Ermənistanla müharibəni Qurtuluş savaşı adlandırırıq. Qazi Mustafaya xitab edilən, “millətin tərsinə gedən taleyini dəyişdirdiniz”, deyimi tamamilə bizim üçün söylənib. İndi xiyabanlar dövlət və millət idealını özündə birləşdirən Qələbə səlnaməsidir. Onun gələcək effektindən çox qorxurlar.

Tarixdə ilk dəfə, Azərbaycanın qalibiyyət müqaviləsi bağlamasını gələcək ambisiyaların tərkib hissəsi kimi linç edirlər. Fobiyanın səbəbi budur. Qarabağ son 3 əsrlik millət və dövlət quruculuğuna mina olması aradan qalxıb.



Bəli, milli gündəlik və strateji proqramları yalnız Zəfərin ruhunda restart etmək mümkündür. Ona görə prezident bütün ziyalıları yeni milli ideologiyanın yaradılmasına çağırır. Tarixi təcrübə göstərir ki, əgər millətin fikir adamları faciədən çıxıb quruculuq idealına keçməyi bacarmırlarsa, onda ermənilərin taleyini yaşayırlar. Qazanmadıqları uğura sahib çıxa bilməyənlər, yenidən soyqırım kultuna pərəstişə döndülər. Paşinyanın dəyişdirməyə çalışdığı milli kod da Vinçidən daha zordur. O, İlham Əliyevin İrəvan və ermənilər üzərində kölgəsini yaxşı görür. Bir xalqı məğlubiyyətə uğradıb malik olduğu çoxəsrlik xəstəliklərdən xilas etmək məhz Azərbaycan liderinə nəsib olub. Ermənilərin realizmi və sivil qonşu moduna keçmələri bağlanacaq sülh müqaviləsinin məhək daşıdır.

Ona görə də Qələbə dövründə bir sənət adamının vaxtsız ölümü 32 illik bir qərinənin yenidən yaşanması oldu. Seçimin düz olduğunu hamı gördü. Üzərindən üç on illik keçəndən sonra növbəti Oktyabr inqilabı-bu dəfə Zəfər günlərimizin ildönümündə çıxarılan arxivin-küçə döyüşlərinin rəqəmsal məkana daşınması ilə yaşandı. Xaricdən hər gün qanla dolu gündəliyi informasiya məkanımıza yeridənlər də, xiyabanları antiiqtidar meydanına döndərən “işğal partiyası”nın təmsilçiləri də heç vaxt İlham Əliyevin alternativi ola bilməzlər. Qırmızı dənizi yarıb keçən qəzzalılar bir vaxtlar onların böyük köçünü yaşayan azərbaycanlılara indi həsəd və pərəstişlə baxırlar.


Bəli, İlham Əliyev Qələbəmizin sinonimidir, simvoludur, özüdür. Sentyabrın 27-si təkcə işğala qarşı savaş deyil, həm də 3 ayın qovşağında dövlətçiliyimiz üçün Qırmızı Oktyabr çevrilişinin qarşısını alan milli inqilab tarixidir. Heydər Əliyev irsinin və Zəfərə gətirən İlham Əliyev strateji kursunun alternativi Yaxın Şərqdir. “İşğal partiyası” deyərkən, Qələbəmizi hakimiyyət uğrunda mübarizələrinə zərbə sayan “26 sentyabr beyinlilər”i nəzərdə tuturuq.

2003-cü il oktyabr hadisələrinin 2020-ci il Vətən müharibəsinə gedən yolda siyasi dönüş nöqtəsi oldu. Azadlıq meydanından Şuşaya yol açıldı, Oktyabr xaosundan çıxan xalqın Zəfər yürüşü başladı, 2003-2020-ci ilin döyüş xətləri birləşdi, Meydan savaşı ilə Vətən müharibəsi arasında körpü yarandı, daş və dəmir dəyənəklərdən Bayraktarlar müharibəsinə keçildi!

Yeni Milli Oktyabr inqilabının-Zəfərin dərsi odur ki, Azadlıq meydanında o vaxtkı savaş 2020-ci ildə Şuşa, 2023-cü ildə Xankəndində ordumuzun apardığı müqəddəs döyüşlərlərlə eyni amala xidmət edir!




22 il əvvəlki toqquşmaların baş meydanında 10 dekabrda Azadlıq meydanının nizamla çəkilmiş ağ zolaqlarında tariximizin hələ ki, tək Qələbə paradı keçirildi. Minlərlə qalib əsgər və zabitiin qürurlu yürüşünə 2003-cü ilin Azərbaycanından baxdıqda, belə inqilab və qələbənin iftixar mənbəyi olduğunu vicdanlı hər bir azərbaycanlı görür!





Oxunub: 3 479
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:38 | Şənbə günü yağış yağacaq
    Bu gün, 12:42 | 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
    Bu gün, 12:37 | Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Bu gün, 12:30 | Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
    Bu gün, 12:28 | UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    Bu gün, 12:27 | LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
    Bu gün, 12:23 | Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
    Bu gün, 12:21 | Pensiyalarla bağlı VACİB MƏLUMAT
    Bu gün, 12:20 | Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
    Bu gün, 12:18 | Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
    Bu gün, 12:17 | "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
    Bu gün, 12:16 | "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
    Bu gün, 11:38 | Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
    Bu gün, 11:26 | Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
    Bu gün, 11:23 | Bu şəxslərin maaşı 35 faiz artacaq
    Bu gün, 08:06 | Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
    Bu gün, 08:02 | Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
    Bu gün, 07:56 | Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
    Bu gün, 07:52 | Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
    Bu gün, 07:39 | 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
    Bu gün, 07:38 | Bu yol bağlana bilər
    Bu gün, 07:36 | Azərbaycanın ilk ali təhsilli memarı niyə intihar etmişdi?
    Bu gün, 07:34 | Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
    Dünən, 21:51 | Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU
    Dünən, 21:48 | "Turan Tovuz" Yankoviçi transfer etdi
    Dünən, 20:21 | Bu rayonlarda torpaqlar alınacaq - Siyahıda kimlər var?
    Dünən, 18:12 | Dövlət bağçasında aylıq ödəniş tələbi: Valideynlərdən 80 manat istəyirlər - İddia
    Dünən, 17:56 | Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - VİDEO
    Dünən, 17:54 | Şükürbəyli kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO
    Dünən, 17:32 | Polis bu toyun qarşısını aldı
    Dünən, 17:26 | Bu universitet 5500 manat maaşla işçi axtarır
    Dünən, 17:13 | Bu agentliyə yeni səlahiyyət verildi
    Dünən, 17:12 | ÇL: “Sabah”ın oyununa hansı kanalda baxaq?
    Dünən, 17:10 | 1660-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:09 | Buraxılış imtahanlarının proqramları açıqlandı
    Dünən, 17:08 | Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü
    Dünən, 15:25 | Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
    Dünən, 15:23 | “Qarabağ KOB-ları 2026”: növbəti peşə təlimləri başa çatdı
    Dünən, 15:21 | İsrail əhalisinin sayı ilk dəfə bu həddə artdı
    Dünən, 15:08 | Prezident 2 fərman, 1 sərəncam imzaladı
    Dünən, 15:06 | İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
    Dünən, 15:04 | Tramp yatmaqdan imtina edir
    Dünən, 14:52 | Husilər Bab əl-Məndəb boğazına nəzarəti gücləndirir
    Dünən, 14:13 | Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO
    Dünən, 14:10 | Qara dənizdə yük gəmisi dron hücumlarına məruz qalıb: 2 Azərbaycan vətəndaşı həlak olub, 2-si yaralanıb
    Dünən, 14:08 | Cinayət işi açılan sabiq baş konsul Qasımovun qardaşı imiş
    Dünən, 13:41 | XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı
    Dünən, 13:38 | Əli Əsədov yeni qərar imzaladı
    Dünən, 13:23 | Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab
    Dünən, 13:19 | Mehmet Əli Ərbil infarkt keçirdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.