Sərhəd kəndi Tatlıda səyyar görüş keçirilib - FOTOLAR
Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüş rayonun sərhəd kəndi olan Tatlıda keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə yola saldığımız 2025-ci ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb, həmçinin sakinləri narahat edən məsələlər dinlənilib, qayğılarla maraqlanılıb. Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı hər kəsin 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünü təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tam suveren dövlət olaraq gələcəyə inamla addımlayır. Vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. 

























