Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq. Mediaxeberleri.Az-ın məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq. Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək. Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq. Qrupun digər matçında Rumıniya ilə Qazaxıstan birincilərin meydançasında üz-üzə gələcəklər. DÇ-2024, elit mərhələ A qrupu, VI tur 20 dekabr 21:30. Niderland - Azərbaycan Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva). Timekeeper: Joern Te Kloeze (Niderland). Hakim-inspektor: Karel Heniç (Çexiya). UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya). Almere. “Topsportsentrum Arena”.