"Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
Rusiya paytaxtında hərbi-vətənpərvərlik layihələri ilə tanınan və Müdafiə Nazirliyinin nəzarətində olan məşhur "Patriot" parkının direktoru korrupsiya ittihamı ilə həbs edilib. Moskva məhkəməsinin qərarı ilə parkın baş direktoru İqor Vasilyev xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək iki ay müddətinə ev dustaqlığına buraxılıb.İstintaq materiallarına görə, oktyabrın 5-də saxlanılan İqor Vasilyev "Hermes" şirkətinin baş direktoru Yevgeni Mariyevdən rüşvət alıqda ittiham olunur. Qeyd olunur ki, 2025-ci ildə "Patriot" parkı "Hermes" şirkəti ilə parkın və onun Krondştatdakı filialının kompleks mühəndis-texniki və sanitariya xidməti ilə bağlı ümumi məbləği 1,4 milyard rubldan çox olan müqavilələr bağlayıb. İstintaq hesab edir ki, park direktoru yerinə yetirilmiş işlərin faktiki ödənişindən faiz olaraq 18 milyon rubl rüşvət alıb.İş üzrə digər fiqurant– şirkət rəhbəri Yevgeni Mariyev də ev dustaqlığı altındadır. Bundan əvvəl isə məhkəmə "Patriot" parkı direktorunun iki müavinini – Aleksey Pavlyuku (xüsusilə külli miqdrafta rüşvətalma ittihamı ilə) və Sergey Fedosovu (xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə) istintaq təcridxanasına (sizuya) göndərmişdi.Diqqət çəkən məqamlardan biri odur ki, cari ilin mart ayında "Patriot" parkına rəhbər təyin olunan İqor Vasilyev əvvəllər yüksək dövlət vəzifələrində çalışıb. O, 2017-ci ilin sentyabrından 2022-ci ilin mayına qədər Kirov vilayətinin qubernatoru olub, bundan əvvəl isə Росреестр-ə (Federal Reyestr Xidmətinə) rəhbərlik edib, Hesablama Palatasının auditoru və Federasiya Şurasında Komi Respublikasının təmsilçisi işləyib.Qeyd etmək lazımdır ki, bu, "Patriot" parkının rəhbərliyinə qarşı ilk belə cinayət işi deyil. Parkın daha əvvəlki direktoru Vyaçeshav Axmedov dələduzluq və vəzifə saxtakarlığı işi üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, Axmedov, Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin sabiq rəis müavini Vladimir Şesterov və sabiq müdafiə nazirinin müavini Pavel Popov sənədləri saxtalaşdıraraq 25 milyon rubldan çox vəsait mənimsəyiblər. Bu vəsaitlərin hesabına sabiq nazir müavini Popovun şəxsi bağ sahəsində qonaq evi və hamam tikildiyi iddia olunur.Rasim "AzPolitika.info"





















