Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
  • Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
  • Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
  • Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
  • Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
  • Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
  • Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
  • TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
  • Lavrov Bakıya niyə gəlir?
  • Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
  • Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
  • Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
  • KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
  • Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
  • Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
  • Ukrayna "fəlakətli qışa" hazırlaşır
  • "Sabah" ÇL-də neçəncidir?
  • Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
  • Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
  • "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BMT rəsmisi: “Quterreş Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir” - MÜSAHİBƏ + FOTO

  • Tarix: 19-12-2023, 12:27

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat - 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatına (Non-Aligned Movement - NAM) sədrliyi 2023-cü ilin sonunda başa çatır. Belə ki, 2019-cu ildə Qoşulmama Hərəkatı (QH) ölkələrinin yekdil qərarı ilə hərəkata sədrliyi başlayan Azərbaycan qısa zaman ərzində beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilib və bununla da əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilib. Azərbaycanın hərəkata üç il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə bir il müddətinə - 2024-cü ilə qədər artırılmışdı.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik Azərbaycanın sədrliyi dövründə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər və eyni zamanda Azərbaycanın BMT ilə birgə fəaliyyətləri barədə “Report”un ABŞ bürosunun suallarını cavablandırıb.

- Hörmətli Stefan Düjarrik, bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə bütün üzv dövlətlər üçün kritik bir dövrdə başladı və artıq dörd illik liderlik yekunlaşmaq üzrədir. Sədrlik dövründə Azərbaycanın pandemiya ilə mübarizədəki rolunu necə qiymətləndirirsiniz?

- İlk növbədə, mənə Azərbaycan xalqı ilə ünsiyyət imkanı yaratdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Həmçinin, burada, BMT-nin əsas qərargahında hər gün baş verənləri işıqlandırdığınız üçün sizə xüsusi təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini alqışlamaq vacibdir. Qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı çox çətin bir dövr idi və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19-la mübarizədə aparıcı rol oynadı.

Hazırda oturduğumuz bu məkandan bir neçə metr uzaqlıqda olan BMT Baş Assambleyasının nəhəng salonunda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən çağırılan COVID-19-la bağlı xüsusi sessiya, həqiqətən də, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmlənməsinə kömək etdi. Bu dövr ərzində öyrəndiyimiz ən önəmli məsələlərdən biri Şimal və Cənub, Şərq və Qərb arasında kifayət qədər həmrəyliyin olmaması idi. Düşünürəm ki, NAM həm üzvlüyü, həm də ideologiyası və inancları ilə həqiqətən, qlobal həmrəyliyin ola biləcəyini göstərdi və biz Azərbaycanın həm özünün, həm də maliyyə baxımından COVID-19-la mübarizəyə nə qədər töhfə verdiyini bilirik.

- Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının gələcək institusional inkişafı üçün də mühüm addımlar atılıb. Belə ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması kimi təşəbbüslər Azərbaycanın fəaliyyətidir. BMT baş katibi Azərbaycanın bu uğurlarını necə qiymətləndirir?

- Qoşulmama Hərəkatına sədrliyi ərzində Azərbaycanın bütün qlobal çağırışları və təşəbbüsləri alqışalayiqdir. Baş katib üçün bu, Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı arasında ortaq idealların simvolizmidir. Bütün bunlar multikulturalizmlə bağlı ideallar və təşəbbüslərdir ki, heç bir ölkə təkbaşına mövcud olan bütün qlobal problemlərlə mübarizə apara bilməz. Biz, sadəcə, qlobal həmrəylik, birlik, inam, çoxtərəfli qarşılıqlı münasibətlər sayəsində bu dünyada güclü ola bilərik. Qoşulmama Hərəkatı dünyada multikulturalizm nümunəsi kimi qəbul edilir və bu yanaşma QH tarixində çox mühüm rol oynayır. Soyuq müharibələr uzunu həmişə belə olub və bu gün də son dərəcə etibarlılığını davam etdirir. Azərbaycan QH-yə sədrliyi ərzində bu missiyanı uğurla davam etdirdi.

- Qadınların hüquqlarının müdafiəsi və onların səlahiyyətlərinin artırılması QH-nin gündəmində mühüm yer tutur və bu, qadın hüquqlarının qorunmasında vacib rol oynayır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu baxımdan verdiyi töhfələrin əhəmiyyəti barədə nələr demək istərdiniz?

- Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynayır. Bu ilin noyabr ayında Bakıda QH-nin “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda BMT-nin ölkə ofisi Azərbaycanın bütün səylərini yüksək səviyyədə dəstəkləyərək gender bərabərliyinin təşviqi, qadınların cəmiyyətdə rolu və qadınların hüquqlarının müdafiəsinə marağı nümayiş etdirdi. Biz elə bir dövrdə yaşayırıq ki, xüsusilə, COVID-19 zamanı qadınlarla bağlı olan bir çox Dayanıqlı İnkişaf Məqsədlərinin azaldığını gördük.

Çox vaxt evlərdə və cəmiyyətlərdə böhranlı vəziyyətlər yarandıqda əmək fəaliyyətində olan qadınlar işlərini dayandırmalı olurlar. Böhranlı şəraitlər zamanı qızlar çox vaxt məktəbə göndərilmirlər. Ona görə də mən hesab edirəm ki, indiki zamanda dünyanın bir çox yerlərində qadınların hamının yararlanmalı olduğu insan hüquqlarından məhrum edildiklərini xatırlatmaq vacibdir. Ona görə də QH-nin bunu diqqətdə saxlaması və bu istiqamətdə səylərini davam etdirməsi vacibdir.

- Bundan əlavə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün böyük səylər göstərən ən zəhmətkeş ölkələr sırasındadır. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda çoxlu infrastruktur, yaşıl enerji və s. layihələri həyata keçirilir. Baş katib Azərbaycanın DİM töhfələrini necə dəyərləndirir?

- Azərbaycan, həqiqətən də, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində lider ölkədir. Azərbaycan DİM Sammiti öncəsində öz Könüllü Milli Planını təqdim edən ilk 32 ölkədən biri idi. Azərbaycan, xüsusilə, bu il yerli layihələrə xeyli sərmayə qoydu. Yenidən vurğulamaq yerinə düşər ki, əslində, bu, BMT-nin ölkə ofisinin Azərbaycandakı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini görmək üçün hökumətlə əməkdaşlıqda necə işləyə biləcəyinin bariz nümunəsi oldu.

- Hazırda Azərbaycan əsrin ən böyük mina problemi ilə üzləşib. Təəssüf ki, Ermənistanın Azərbaycan torpaqlarında 30 illik işğal zamanı “miras” buraxdığı minaların partlaması nəticəsində, demək olar ki, hər gün həmin ərazilərdə mülki vətəndaşlar, o cümlədən hərbçilər həyatlarını itirirlər. Hətta bizim iki jurnalist həmkarımız Qarabağda öz vəzifə borclarını yerinə yetirərkən mina partlayışı zamanı həlak olub. Ermənistan tərəfi Azərbaycanın işğaldan azad edilmiş rayonlarında basdırdığı minaların xəritələrini paylaşmaqdan imtina edir və rəsmi açıqlamalara görə, Qarabağın minalardan tam təmizlənməsi üçün ən azı 10 il lazımdır. BMT niyə bu hərbi cinayəti pisləyən rəsmi açıqlama vermir?

- Öncə mən BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü olaraq onun adından sizə və jurnalist həmkarlarınızın ailələrinə başsağlığı verirəm, xalqınızın kədərinə şərikik. Bu, əslində, jurnalistlərin dünyada necə çətin və təhlükəli bir işlə məşğul olduqlarının göstəricisidir. Şəxsən mən keçmiş jurnalist kimi, 10 illik təcrübəmlə müxbirlərin orada baş verənləri göstərmək üçün hansı riskləri göz önünə aldıqlarını bilirəm. Bilirsiniz, müharibələrdən sonra qalan minalar, həqiqətən, bu gün sahib olduğumuz ən məkrli və qəddar silahlardan biridir. Çünki onların tamamilə təmizlənməsi üçün bizə onilliklər lazımdır.

Biz dünyanın harasında olmasından asılı olmayaraq, həmişə minalara qarşı çıxış etmişik. Beləliklə, dünyanın hər yerində minalardan əziyyət çəkən üzv dövlətlərlə işləmək və minatəmizləmə səylərinə kömək etmək üçün BMT-nin Mina Fəaliyyəti Xidməti (UNMAS) aktiv şəkildə fəaliyyət göstərir. Mən bilirəm ki, BMT Mina Fəaliyyəti Xidməti vasitəsilə Azərbaycan hökumətinin minatəmizləmə fəaliyyətlərini uzun müddətdir dəstəkləyir və biz bunu bu və ya digər şəkildə bacardığımız qədər davam etdirəcəyik, çünki biz bu çox təhlükəli və məkrli silahdan qurtulmalıyıq. Sizin də söylədiyiniz kimi, ərazilərin minalardan təmizlənməsi beş-on ildən çox vaxt aparacaq. Biz bilmirik nə vaxt uşaqlar həmin yerlərdə oyun oynaya biləcək, fermerlər həmin torpaqlarda kənd təsərrüfatı işləri aparacaqlar. Bilirsiniz ki, BMT yaxın zamanda Qarabağ bölgəsinə xüsusi missiya göndərdi və oradakı vəziyyət həmin komanda vasitəsi ilə sənədləşdirildi. Əminəm ki, artıq bölgədəki vəziyyət bir qədər fərqlidir və yerdəki vəziyyətə yanaşma dəyişib. Əminəm ki, bundan sonra da bölgədə yaşayan insanların xeyrinə əlimizdən gələn köməyi edəcəyik.

- BMT baş katibi postunu tutan şəxslər bir çox münaqişə bölgələrində (Ukrayna, Əfqanıstan, Qəzza, Suriya, Sudan və s.) baş verənləri dərhal qınayaraq üzv dövlətlərə çağırışlar etsələr də, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində və postmünaqişə dövründə, əsasən, susmaqla kifayətləndilər. Onlar tez-tez digər münaqişəli bölgələri ziyarət edib vəziyyəti yerində öyrənməyə çalışsalar da, bunu 30 illik işğal altında qalan Qarabağa şamil edə bilmirik. Bu yanaşmanın səbəbi nə ola bilər?

- Məncə, baş katib onun orada olmasının vəziyyəti müsbət yöndə dəyişəcəyinə, faydalı olacağına inandığı münaqişəli bölgələrə səyahət edir və başqa sözlə, öz varlığını hiss etdiyi yerlərə gedir. Düşünürəm ki, başqa cür desək, baş katibin ən mühüm baxışlarından biri onun regional təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən multikulturalizm adlandırdığı şeydir. BMT bir çox hallarda regional təşkilatlar çərçivəsində (Məsələn, Venesuelada bu, Karib Hövzəsi ölkələri İcması və Ümumi Bazar (CARICOM), Sudanda İnkişaf üzrə Hökumətlərarası Aparatdır) hərəkət edir və sülhə dəstək verir. BMT-nin hər yerdə sülh və təhlükəsizliklə bağlı məsələlərin həllində lider olmasına ehtiyac yoxdur.

Beləliklə, biz bilirik ki, Azərbaycan və Ermənistan arasında olan məsələlərin həllində artıq başqa dövlətlər münaqişənin sülh yolu ilə həllini tapmasına çalışır və bu danışıqlara liderlik edirdilər. Yəni baş katib sırf işə qarışmaq üçün prosesdə iştirak etmək və bəlkə də, məsələləri çətinləşdirməmək xatirinə özünü bu işə cəlb etmək istəmir. Lakin biz həmişə mövcud olan çərçivəni dəstəkləmişik və bundan sonra da dəstəyimiz davam edəcək.

- Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin perspektivlərini necə görürsünüz? Baş katib prosesi necə təşviq edə bilər?

- Siz bu məsələdə məndən daha çox məlumatlısınız və son vaxtlar hər iki ölkə arasında münasibətlərin müsbət yöndə inkişafına dair hərəkətliliyi görürsünüz. Mənə elə gəlir ki, bu son bir neçə həftə ərzində çox mühüm addımlar atıldı. Baş katib bununla bağlı bəyanat yayımladı və normallaşma prosesini alqışladı. Biz bundan sonra da Ermənistan və Azərbaycan normallaşma yolunda irəlilədikcə sülh quruculuğunu müşayiət etməyə çalışacağıq.

- Bildiyiniz kimi, 2024-cü ildə Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? BMT baş katibinin Azərbaycana səfəri nəzərdə tutulubmu və Azərbaycanda olduğu zaman onun işğaldan azad olunmuş bölgələrə səfəri ola bilərmi?

- Son bir neçə həftə ərzində növbəti COP29-un harada keçiriləcəyi ilə bağlı çoxlu narahatlıq və gərginliklər vardı. Hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Bunun BMT üçün də çox böyük əhəmiyyəti var. Bir faktı xüsusilə qeyd etmək istərdim ki, biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsinin, saxlanılan hərbçilərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda, Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi.

Həmçinin, biz Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəklədiyini gördük. Beləliklə, bu, gərginliyin azalmasının əlamətidir. Bu gün dünyanın bir çox yerində münaqişələr davam edir, yeni münaqişələrin alovlandığı (Sudan, Qayana və Venesuela) və çox çətin vəziyyətlərin olduğu bir dünyada yaşayırıq. Düşünürəm ki, ölkələr, nəhayət, münaqişələrin, gərginliklərin və problemlərin həllində yeganə yolun silahlarla deyil, dialoq yolu ilə olduğunu başa düşə biləcəklərini göstərə bilərlər.

Biz növbəti COP29 üçün önümüzdə sülhün və aydınlığın olduğunu görməkdən çox şadıq. Bildiyiniz kimi, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir və Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə baş katibin, həqiqətən, ürəyini ortaya qoyaraq davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o, növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedib Azərbaycanı görəcəyəm (gülür). Mən bunu səbirsizliklə gözləyirəm.

- Azərbaycanın paytaxtı Bakıda, həmçinin, 2026-cı ildə Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası da keçiriləcək. Urbanizasiya sahəsində Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz? BMT-yə üzv ölkələr işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdırmı?

- BMT Azərbaycan hökuməti ilə yaxından işləyir və mövcud olan razılaşdırılmış çərçivələr vasitəsilə onlara hər cür dəstək verir. Biz oradayıq, BMT-nin ölkə ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, xalqa və ölkə hökumətinə dəstək olmaqda davam edəcək.



Oxunub: 2 631
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Bu gün, 13:48 | Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
    Bu gün, 13:46 | Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
    Bu gün, 13:45 | Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
    Bu gün, 13:36 | Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
    Bu gün, 13:04 | Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
    Bu gün, 13:01 | Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
    Bu gün, 12:56 | TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
    Bu gün, 12:51 | Lavrov Bakıya niyə gəlir?
    Bu gün, 12:34 | Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
    Bu gün, 12:27 | Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
    Bu gün, 12:23 | Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
    Bu gün, 12:21 | KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
    Bu gün, 09:13 | Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
    Bu gün, 08:12 | Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
    Bu gün, 07:46 | Ukrayna "fəlakətli qışa" hazırlaşır
    Bu gün, 07:44 | "Sabah" ÇL-də neçəncidir?
    Bu gün, 07:39 | Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
    Bu gün, 07:37 | Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
    Bu gün, 01:00 | "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
    Dünən, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Dünən, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Dünən, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Dünən, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Dünən, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Dünən, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Dünən, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Dünən, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Dünən, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Dünən, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Dünən, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Dünən, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Dünən, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Dünən, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Dünən, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Dünən, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Dünən, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Dünən, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Dünən, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Dünən, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Dünən, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Dünən, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Dünən, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Dünən, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Dünən, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Dünən, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Dünən, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Dünən, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Dünən, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Dünən, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.