Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu
Azərbaycan Dəmir Yolları QSC (ADY) Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunmasını nəzərə alaraq, Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətə əlavə reyslər təyin edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Məlumata əsasən, qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş:





















