"Qarabağ”la pul davası edirdi, indi qəpik-quruşa oynayır
Vild-Donald Gerye karyerasını Litvada davam etdirəcək. Medıaxeberleri.Az xəbər verir ki, caxtilə Türkiyə Super Liqasında, Polşa Ekstraklasasında, Kipr elitasında, Azərbaycan Premyer Liqasında oynayan müdafiəçi sözügedən ölkənin ortabablarından olan “Panejevis”lə ilyarımlıq müqavilə bağlayıb. 34 yaşlı haitili birvaxtlar ölkəmizdə səviyyəsinə görə seçilən legionerlərdən idi. Hətta iş o yerə çatmışdı ki, “Qarabağ”ın dəvətini qəbul etmir, illik məvacib kimi 400-450 min avro tələb edirdi. “Qarabağ”dan ayrılandan sonra ad-sanlı klublara lazım olmadı. Və beləcə, günlərin birində “Panejevis”də aylıq 5 min avroluq müqaviləyə qol çəkməyə razılıq verdi. Gerye Azərbaycanda üç müxtəlif klubun – “Qarabağ”, “Neftçi” və “Zirə”nin şərəfini qoruyub. O, Premyer Liqada 66 oyun keçirərək 7 qola imza atıb.//SPORTİNFO.AZ