Mediaxeberleri.az
    
  • Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
    Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
  • 
  • BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
    BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
  • 
  • Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
    Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
  • 
  • Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
    Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
  • 
  • ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
    ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
  • 
  • 109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
    109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Goranboyda iki qadın qətlə yetirildi
    Goranboyda iki qadın qətlə yetirildi
  • 
  • Onlayn qumar sürətlə yayılır – Nə etməli?
    Onlayn qumar sürətlə yayılır – Nə etməli?
  • 
  • Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
    Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
  • 
  • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
    Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
  • 
  • Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
    Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
  • 
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi - FOTO - VİDEO
    Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi - FOTO - VİDEO
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü
  • 
  • Zənginlər dollardan imtina edir - Səbəb?
    Zənginlər dollardan imtina edir - Səbəb?
  • 
  • Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 
  • Müavinət və təqaüd alanlara şad xəbər
    Müavinət və təqaüd alanlara şad xəbər
  • 
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
    Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto

Son xəbərlər :
  • Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
  • Moskvaya neft yağışları yağır - Video
  • Hipermarketə silahlı basqın edənlərlə bağlı qərar verildi
  • Niyə səhərlər günəş işığı qəbul etməliyik? - Səhər günəşinin 4 müalicəvi gücü
  • Rusiya Ermənistana nota göndərdi
  • DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto
  • "Qurtuluş"un rəhbəri yenə hakim qarşısına çıxdı
  • Məleykənin ölümünə səbəb olan cərraha cəza verildi
  • Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
  • Müqavilə imzalanan kimi İsrail hücum edəcək - Qəzənfəri
  • Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşınıb
  • Temperatur 36 dərəcəyə yüksələcək - PROQNOZ
  • Prezident onları təltif etdi
  • Azərbaycanda yeni su ödənişləri: sentyabrdan qüvvəyə minir
  • Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT
  • Bu gündən I sinfə qəbulda yeni mərhələlər başladı
  • Psixiatriya ilə bağlı yenilik: Razılıq olmadan müayinə mümkün ola bilər
  • Jurnalistlərin etik davranış qaydaları dəyişir
  • "Xocəsən gölü"daşdı - Evlər suyun içində - VİDEO
  • Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Mən niyə bütün hüquqlarımı bilməliyəm və ya çörəkverən, “dəmiryeyən” məmur

  • Tarix: 4-11-2023, 21:00

Aqşin Kərimov yazır...

Azərbaycanda az qala hər kəsdən tələb edilir ki, o, öz hüquqlarını bilsin. Çox yaxşı haldır ki, insanlar Konstitusiyada təsbit edilən hüquq və azadlıqlarını, bununla yanaşı, vəzifə və öhdəliklərini dərk etsinlər.

Yəni hüququn dərki ona görə əhəmiyyətlidir ki, vətəndaşlar qanundankənar imtiyazlara can atmasınlar - bunu müəyyən edən isə vəzifə və öhdəliklərdir.

Bu, vətəndaşların cəminə aiddir, yəni vəzifəlisindən tutmuş, sadə insanına qədər hamıya şamil edilir.

Obyektivlik naminə deməliyəm ki, vətəndaşlarda da qanundan sui-istifadə halları, yanlış interpretasiyaların əsirinə çevrilib daha çox şey əldə etmək meyilləri az deyil. Bu, bəlkə də, təbiətin insan ruhuna hopdurduğu instinktdir. Daha çox varlanmaq, tamahkarlıq, layiq olmadığın yerlərə can atmaq instinkti aşağı-yuxarı çoxunun altşüurunda yatır.

Baxın, eyni vərdiş məmur təbəqəsində də var, əllərində hər şey, imtiyazlar, bunun rəsmi təqdimatla yanaşı, yaratdığı başgicəlləndirici qeyri-rəsmi status (hörmət) və sair vəzifəli zümrədəki tamahkar olanların gözünü tutur.

Dediyim budur ki, aşağı-yuxarı eyni qavrayış həm sıravi vətəndaşda, həm də vəzifə sahiblərində mövcuddur, lakin birinin əlində çox imkan və səlahiyyət var, digərinin - yox.

Qanun isə insanın tamahkarlıq vərdişlərinin önünə bir pərdə çəkən fəlsəfəyə malikdir, yəni qanunlar təkcə quru hüquq cümlələri ilə məhdudlaşmır. Onun alt qatı dərindir, ictimai münasibətləri tənzimləyir, hətta insanın davranışına norma və etiket verir.

Qanunun təbiətinin dərk edilməsi bu sadaladıqlarıma görə vacib hesab oluna bilər, amma etiraf edək ki, hamı qanunların hamısını bilmir. Bilməsi isə müşkül məsələdir, çünki insan beyni hər şeyi yadda saxlayıb onun fəlsəfəsini anlamaq qabiliyyətində deyil.

Deməli, qanunların icrasında bölgü var, bu bölgüdə dövlət qurumlarının da, özəl sektorun da, publik hüquqi şəxslərin də, vətəndaşların da öz payı mövcuddur.

Vay o günə ki, biri digərinin bölgüsünə daxil olmaq üçün vurnuxur - bu da ictimai fəsadlarda ayrıca problemli fazadır.

Mən məsələnin vurğusunu ona gətirirəm ki, bütün vətəndaşlar qanunların hamısını bilmək məcburiyyətində deyil, yox, belə bir icbari öhdəlik təbliğ edilirsə, deməli, ölkədə qanunların icrasında problemlər mövcuddur.

Azərbaycan nümunəsində tez-tez eşidirik ki, vətəndaşlar hüquqlarını bilməlidirlər, təbii ki, bilməsi çox yaxşıdır. Ancaq bu təbliğat sanki “ölkədə qanunsuzluq var, hüququnu bil ki, onun qurbanı olmayasan” formasına salınır.

Bu təbliğatın ictimaiyyətin altşüuruna yeridilən qayəsi belədir ki, məmurun səni aldatması artıq adi hal alıb, sən isə o tələyə düşmə. Vətəndaşların hüquqlarını bilməsi o cəhətdən yaxşıdır ki, insanlar bir-birlərinə kələk gəlməsinlər, amma bədbəxtlik burasındadır ki, bəzi məmurlar da insanları aldadırlar.

Vətəndaşların hüquqlarının təmini üçün kreslo ayrılan vəzifə sahibləri diqqətli olmalıdırlar. Onlar vətəndaşların öz hüquqlarını bilməməsindən sui-istifadə edib pay qoparmaq əvəzinə, vətəndaşın hüquqlarını başa salmalıdırlar. Görünür ki, sui-istifadə çoxdur, özü də bir sahədə yox, geniş spektrdə bu hal tüğyan edir. Sual edirəm, bax, bir vətəndaş niyə axı bütün qanundan xəbərdar olmalıdır, niyə beynini rəqəmlərlə, hüquqi izahlarla doldurmalıdır? Olmazmı ki vətəndaşla dövlət arasındakı körpüdə əyləşənlər öz işlərini düzgün görsünlər, sistem qursunlar, nə şiş yansın, nə də kabab?!

Hiss edirəm ki, bu, çətindir, amma ümidlərim qətiyyən ölməyib. Gün gələr, bizə də qanunun şirinliyini bütün tərəfləri ilə dadmaq nəsib olar. Amma mövcud tendensiya qarşıda çətinliklərin baryer kimi dayandığını yaxşı göstərir. İş o yerə çatıb ki, bu gün vətəndaş məmur haqqında “özü yesə də, başqasını da yedizdirir”, “çörəkverən kişidir” ifadəsini işlədir. Bu, ictimai psixologiyamızda möhkəm şəkildə özünə yer etmiş bir ifadədir.

Halbuki, hansısa məmura çörəkverən, “dəmiryeyən” (idman mənasında) olmasına görə deyil, onun vəzifə öhdəliklərini nə qədər yerinə yetirməsinə görə qiymət verilməlidir. 

Yəni nazir və ya digəri öz işini görsün, büdcəni də yeməsin, heç başqasına da yedizdirməsin. Öz işini görsün, bəsdir, bu, ictimai münasibətlərə də, dövlət aparatına da faydalı olar. Yox, vətəndaşa da o sərf edirsə ki, məmur həm özü yeyib, həm də başqalarına pay versin, onda yuxarıdakı fikrim təsdiqlənir. İnsan tamahkarlıq instinktinə boyun əyib, onun qarşısında acizdir...


Oxunub: 294
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:08 | Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
    Bu gün, 17:05 | Moskvaya neft yağışları yağır - Video
    Bu gün, 17:02 | Hipermarketə silahlı basqın edənlərlə bağlı qərar verildi
    Bu gün, 16:45 | Niyə səhərlər günəş işığı qəbul etməliyik? - Səhər günəşinin 4 müalicəvi gücü
    Bu gün, 16:40 | Rusiya Ermənistana nota göndərdi
    Bu gün, 16:38 | DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto
    Dünən, 18:33 | "Qurtuluş"un rəhbəri yenə hakim qarşısına çıxdı
    Dünən, 18:25 | Məleykənin ölümünə səbəb olan cərraha cəza verildi
    Dünən, 18:11 | Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    Dünən, 18:08 | Müqavilə imzalanan kimi İsrail hücum edəcək - Qəzənfəri
    Dünən, 18:05 | Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşınıb
    Dünən, 16:32 | Temperatur 36 dərəcəyə yüksələcək - PROQNOZ
    Dünən, 16:30 | Prezident onları təltif etdi
    Dünən, 12:30 | Azərbaycanda yeni su ödənişləri: sentyabrdan qüvvəyə minir
    Dünən, 12:28 | Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT
    Dünən, 12:21 | Bu gündən I sinfə qəbulda yeni mərhələlər başladı
    Dünən, 12:19 | Psixiatriya ilə bağlı yenilik: Razılıq olmadan müayinə mümkün ola bilər
    Dünən, 12:17 | Jurnalistlərin etik davranış qaydaları dəyişir
    Dünən, 07:51 | "Xocəsən gölü"daşdı - Evlər suyun içində - VİDEO
    Dünən, 07:36 | Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
    Dünən, 07:34 | Argentina Əlcəzairi məğlub etdi, Messi tarixi rekorda çatdı
    Dünən, 07:31 | Evdən işləmək: Azadlıq, yoxsa tələ?
    16-06-2026, 21:58 | Həddindən artıq ciddi olmalıyıq - Qurbanov
    16-06-2026, 21:44 | Gecə evdən çıxmağa qorxurlar: Qaraçuxurda əhali vahimə içindədir - VİDEO
    16-06-2026, 21:42 | İşdən qovulan direktor şikayət etdi, rədd cavabı aldı
    16-06-2026, 21:40 | Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
    16-06-2026, 17:20 | Yağış yağacaq - XƏBƏRDARLIQ
    16-06-2026, 16:34 | Pensiya ilə bağlı rəsmi məlumat
    16-06-2026, 16:31 | "Qarabağ"da ŞOK ayrılıq Komanda bu dəfə onunla vidalaşdı
    16-06-2026, 16:28 | "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
    16-06-2026, 16:23 | AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi
    16-06-2026, 14:37 | Dollar ucuzlaşır? - AÇIQLAMA
    16-06-2026, 14:31 | Məhərrəm ayında toy etmək olar? İlahiyyatçıdan açıqlama
    16-06-2026, 14:16 | Bakıda usta iş yerində öldü
    16-06-2026, 14:12 | Prezident fərman imzaladı
    16-06-2026, 13:03 | Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
    16-06-2026, 12:48 | Paşinyan Bakının 1 nömrəli düşmənini tutdu – O, Azərbaycana gətirilir?
    16-06-2026, 12:46 | "Subsidiyalar daha çox məhsulu əhatə edəcək" - Nazirdən fermerlərə ŞAD xəbər
    16-06-2026, 12:32 | “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
    16-06-2026, 12:25 | Məktəbli formaları dəyişdirilir?
    15-06-2026, 22:49 | Obolonda partlayış baş verdi
    15-06-2026, 22:47 | İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
    15-06-2026, 22:43 | Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
    15-06-2026, 21:43 | İranla razılaşma Livanı da əhatə etməlidir - Merz
    15-06-2026, 21:36 | Putini lağa qoyan rusiyalı rəssam Polşada öldürüldü
    15-06-2026, 21:30 | Qəzzada ölən fələstinlilərin sayı açıqlandı
    15-06-2026, 13:14 | Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu - Video
    15-06-2026, 13:12 | Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
    15-06-2026, 11:04 | Bloqerin bacısı avtoqəzada həlak oldu
    15-06-2026, 11:01 | ABŞ-la İran arasındakı razılaşmaya Ərdoğandan reaksiya
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.