ÜST Banqladeşdə təhlükəli epidemiya barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Banqladeşdə denge qızdırması epidemiyasının indiyə kimi müşahidə edilənlər arasında ən ciddisi olduğunu bəyan edib. Verilən məlumata görə, ÜST-də ölkə üzrə 135 mindən çox yoluxma halı qeyd olunur, onlardan 650-si ölümlə nəticələnib. Epidemik vəziyyət nəticəsində ölkənin səhiyyə sistemini həddindən artıq yüklənir, çünki paytaxtda xəstələnmə hallarının azalmasına baxmayaraq, respublikanın müxtəlif yerlərində daha çox xəstəliyə yoluxma halları qeyd olunur. Hazırda təşkilatın mütəxəssisləri epidemioloji nəzarəti gücləndirmək, tibb mərkəzlərinin işinin səmərəliliyini artırmaq və yerli hökumətlərlə qarşılıqlı əlaqə yaratmaq üçün artıq Banqladeşin müxtəlif bölgələrinə ezam olunublar. Alimlər təkcə Banqladeşdə deyil, həm də Afrikanın Saрara səhrasından cənubunda Afrika ölkələrində və Cənubi Amerikada denge xəstəliyinin yayılmasını ümumi iqlim istiləşməsi ilə əlaqələndirirlər. Tropik və subtropik iqlimi olan ölkələrdə denge qızdırması daha tez-tez rast gəlinir. Virusun daşıyıcıları dişi ağcaqanadlardır. ÜST qeyd edir ki, son illərdə denge xəstəliyi bütün regionlarda sürətlə yayılan infeksiyaya çevrilib. Hər il yoluxma halları sayının 100-400 milyon nəfər olduğu qeyd olunur. ÜST-nin məlumatına görə, 80%-dən çox hallarda virus adətən özünü yüngül və ya simptomsuz şəkildə büruzə verir, lakin o, potensial ölümcül ağırlaşmaya çevrilə bilən kəskin tənəffüs xəstəliyinə səbəb ola bilər.