Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
  • Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
  • Yaqub Eyyubov təqaüdə göndərilir
  • Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
  • Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
  • Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
  • Röya bu gün açıq havada konsert verəcək - Foto
  • Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
  • Azərbaycan nefti bahalaşıb
  • Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
  • İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
  • Sabah Bakıda intensiv yağış yağacaq
  • Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
  • Yol polisindən sürücü və piyadalara müraciət
  • İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
  • Bu ərazilərə qar yağdı
  • Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
  • Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
  • Bakıda avtobus minik maşını ilə toqquşdu
  • Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib

  • Tarix: Bu gün, 16:38

Noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hərbçilər, ağsaqqallar, ziyalılar, İƏD üzrə nümayəndəliklər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Bakı şəhərindən dəvət olunmuş müğənnilər, gənclər, könüllülər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Yusif Qoca 8 Noyabr – Zəfər Gününə, şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş bayram tədbirində iştirak edən şəhid ailələrini, qaziləri salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın illərlə gözlədiyi ədalətin bərpası oldu. Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək, xalqımızın birliyi, dövlətimizin gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi ilə torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” çağırışı xalqın milli iradəsini ifadə etdi və qələbə ruhunun simvoluna çevrildi. Müharibə günlərində onun qətiyyətli mövqeyi, hər gün xalqa ünvanladığı mesajlar, beynəlxalq müstəvidə apardığı mübarizə ordumuzun uğuruna böyük dəstək verdi. Azərbaycan lideri sözlə əməli birləşdirərək xalqı Zəfərə apardı. Bu, yalnız hərbi qələbə deyildi, bu, milli qürurun, dövlətçilik ideyalarının, Azərbaycan xalqının haqq səsinin dünyaya bəyanı idi. Həmin şanlı Zəfərin qazanılmasından artıq 6 il keçir. O illərin acısı, həyacanı və sevinci yaddaşımızdan silinməyib. Biz həmin günləri unutmuruq və unutmayacağıq. Çünki bu zəfərin təməlində canını fəda edən şəhidlərimizin müqəddəs qanı dayanır. Onların fədakarlığı, qazilərimizin igidliyi və xalqımızın dəmir iradəsi tariximizin ən şanlı səhifəsini yazdı. Aparıcılar Tarixi Qələbəmizi bizə bəxş edən, torpaq uğrunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin daim qəlblərdə yaşayacaqlarını, bir ömür boyu onlara borclu və minnətdar olduğumuzu, daim onları yaşadacağımızı vurğulayıb. Bugünkü bayram tədbirinin də məhz bu amala xidmət etdiyini qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şəhidlərimizlə, qazilərimizlə, hazırda səngərdə Vətənin keşiyində dayanan əsgərlərimizlə hər bir ölkə vətəndaşının qürur duyduğunu dilə gətirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri, veteranları 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını, səmimi təbriklərini səsləndirib. İcra başçısı bildirib ki, Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində birlik nümayiş etdirərək öz qüdrətini göstərdi. Qəhrəman hərbçilərimizin rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini məhv etdi. Müharibə dövründə xalq birliyini və gücünü nümayiş etdirə bildi. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun birliyi sayəsində əldə edilib. Silahlı Qüvvələrimiz tariximizdə şanlı səhifələr yazdı. Ölkəmizin işğal altında olan əraziləri düşmən tapdağından azad edildi. Nəhayət, Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və tacı Şuşanın işğaldan azad edildiyi gün oldu. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda 2024-cü il noyabrın 8-də Zəfər parkının açılış mərasimi keçirildi. Əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradıldı. Hər il minlərlə xarici qonaqlarla yanaşı, yerli əhali də müzeyi ziyarət edirlər. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər zaman çıxışlarında şəhid ailələrinə və qazilərə yüksək qiymət verərək söylədiyi “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır” sözlərinin hər kəsə nümunə olduğunu və bizlərin bunu bu gün əyani şəkildə gördüyümüzü dilə gətirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, Vətən müharibəsinin ümumilikdə, 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunmuşdur. İcra başçısı bildirib ki, qazaxlılarımız da Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində, 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirlərində qəhrəmanlıqlar göstərmişlər. Qazaxımız Birinci Qarabağ müharibəsi zamanı 289 nəfər, 44 günlük Vətən müharibəsində 49 şəhid, 1 nəfər mülki şəhid, 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmaqla, 51 nəfər, 2022-ci ilin sentyabr döyüşlərində 3 nəfər hərbi qulluqçu, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirlərində 5 nəfər hərbi qulluqçu olmaqla, ümumilikdə, 348 nəfər şəhid vermişdir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində “Qarabağ Azərbaycandır!” Abdidə Kompleksi inşa edilmiş, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərə həsr olunmuş guşələr yaradılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” adlı kitablar çap olunmuşdur. Qazax şəhərində 30 adsız küçəyə orden və medallarla təltif edilmiş şəhidlərin adları verilmişdir. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin səsləndirdiyi kimi, “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Sonra bayram tədbirinin bədii hissəsinə start verilib. Bakıdan dəvət olunmuş müğənnilərdən Respublikanın Xalq artisti Bilal Əliyevin, Əməkdar artist Almaz Orucovanın, yerli gənc müğənnilərdən Zəmanə Dərvişin, Əmir Qazaxlının, Aşıq Yaşar Gülümcanovun təqdim etdikləri bir-birindən rəngarəng musiqi töhfələri alqışlarla qarşılanıb, bayram tədbirinə xoş ovqat qatıb.


Oxunub: 14
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    Bu gün, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    Bu gün, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Bu gün, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Bu gün, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Bu gün, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Bu gün, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Bu gün, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Bu gün, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Bu gün, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Bu gün, 13:15 | İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
    Bu gün, 13:08 | Sabah Bakıda intensiv yağış yağacaq
    Bu gün, 13:06 | Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
    Bu gün, 12:59 | Yol polisindən sürücü və piyadalara müraciət
    Bu gün, 12:32 | İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
    Bu gün, 12:28 | Bu ərazilərə qar yağdı
    Bu gün, 11:31 | Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
    Bu gün, 11:09 | Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
    Bu gün, 10:48 | Bakıda avtobus minik maşını ilə toqquşdu
    Bu gün, 10:45 | Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
    Bu gün, 10:43 | Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
    Bu gün, 10:38 | Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
    Bu gün, 10:33 | ASAN Xidmət bu tarixlərdə işləməyəcək
    Bu gün, 09:01 | "Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
    Bu gün, 08:58 | Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
    Bu gün, 08:53 | Fərid Usubov siqaret qaçaqmalçılığı üzrə məhkəmədə ifadə verdi
    Bu gün, 08:50 | Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
    Bu gün, 08:33 | "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi - Foto/Video
    Bu gün, 08:31 | Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Dünən, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Dünən, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Dünən, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Dünən, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Dünən, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Dünən, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.