"Turan Tovuz" "Qarabağ"a qalib gəldi, "Neftçi" "Kəpəz"ə qarşı - Yenilənir
Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 görüşdən 1-i artıq başa çatıb. Turun mərkəzi matçlarından biri "Azersun Arena"da keçirilib. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" hazırda 19 xalla 3-cü, "Turan Tovuz" isə 18 xalla 4-cüdür. Komandaların turnir cədvəlindəki mövqeyi matça marağı bir qədər də artırır. Günün ikinci oyununda isə lider "Neftçi" əzəli rəqiblərindən olan və 5-ci pillədə qərarlaşan "Kəpəz"i qəbul edəcək. Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 6 noyabr (cümə) 18:00.“Qarabağ” – “Turan Tovuz” - 0:1 Qol: Roderik Miller, 80 (0:1) 20:00.“Neftçi” – “Kəpəz” 7 noyabr (şənbə) “Şəfa” – “Araz-Naxçıvan” “Zirə” – “Qəbələ” 8 noyabr (bazar) “İmişli” – “Sumqayıt” “Sabah” – “Şamaxı” Bombardirlər: Breno Almeyda ("Neftçi") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 6 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol Joarlem Santos ("Turan Tovuz") - 4 qol Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Tərlan Talıbzadə
“Azersun Arena"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
“Palms Sports Arena”





















