Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.Az xəbər verir ki, Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: “general-leytenant” hərbi rütbəsi general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova “general-mayor” hərbi rütbəsi polkovnik Elnur Əli oğlu Ələsgərliyə polkovnik Hikmət Rövşən oğlu Əliyevə polkovnik Telman Əsgər oğlu Hüseynova".
Oxunub: 17
Xəbəri paylaş
Paylaş:





















