Fatmayıda evdə partlayış: ər və arvad... - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Mediaxeberleri.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** Bu gün saat 04:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi ərazisindən çağırış qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub. 1950-ci il təvəllüdlü şəxsə (kişi) başın tüklü hissəsinin, üzün, boyunun, yuxarı ətrafların, gövdənin arxa səthinin və sağ ayağın II-III dərəcəli termiki yanığı, tənəffüs yollarının yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. 1957-ci il təvəllüdlü şəxsə (qadın) üzün, hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb. *** Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evində güclü partlayış baş verib. Partlayış nəticəsində evdə olan ər və arvad yanıq xəsarətləri alıblar. İlkin məlumata görə, hadisəyə qazsızması səbəb olub. Belə ki, gecə saatlarında ev sahibi çay hazırladıqdan sonra qazı tam bağlamayıb. Səhərə yaxın ocağı yenidən yandırmaq istəyərkən evdə partlayış baş verib. Hadisə zamanı evdə olan ailənin övladı valideynlərinə kömək edərək təcili tibbi yardıma məlumat verib. "Partlayış səsinə oyandım. Gördüm ki, anam yerdə uzanıb, atam da evin içində yanır. Hər ikisinə kömək etdim və təcili tibbi yardıma zəng vurdum", - deyə xəsarət alan şəxslərin oğlu bildirib. Daha ətraflı Baku TV-nin videomaterialında:





















