Mediaxeberleri.az
    
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?

Son xəbərlər :
  • 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
  • "Turan Tovuz" "Qarabağ"a qalib gəldi, "Neftçi" "Kəpəz"ə qarşı - Yenilənir
  • Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
  • İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
  • Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
  • İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
  • Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
  • 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
  • Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
  • AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
  • Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
  • Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
  • Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub

  • Tarix: Bu gün, 20:52

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında 8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti təşkil edilib.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş bayram tədbirində 6 il əvvəl qazandığımız şanlı Zəfərdən, tarixi Qələbədən, Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığından söz açılıb. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev və hərbi hissənin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, qazilər, müharibə veteranları, könüllülər iştirak ediblər. 

Əvvəlcə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub, şəhidlərimizə olan sonsuz ehtiram ifadə olunub. 

Qərargah rəisi polkovnik Əli Zülfüqarov Əlahiddə Sərhəd Diviziyasının komandirinə raportla məruzə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Aparıcı Yusif Qoca tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini, qaziləri və sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Aparıcı Azərbaycan Respublikasının tarixinə yazılmış əlamətdar günlərdən biri olan 8 Noyabr – Zəfər Gününü artıq 6 ildir ki, qalib xalqın nümayəndələri olaraq qeyd etdiyimizi söyləyib. Y.Qoca bildirib ki, Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub.

Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayor Misir Əliyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını ifadə edib. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramasını çatdıran M.Əliyev onun səmimi təbriklərini, sərhədçilərimizin ünvanına söylədiyi xoş sözləri səsləndirib. Müstəqil, qalib Azərbaycanın sərhədçiləri olaraq bundan sonra da sərhədlərimizin keşiyində ayıq-sayıq dayanacaqlarını, torpaqlarımızın ərazi bütövlüyü uğrunda səylə çalışacaqlarını vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini bölüşüb. İcra başçısı qeyd edib ki, hər bir vətəndaşın Vətəninə bağlılığı milli-mənəvi dəyərlərinə, ailəsinə, bayrağına, dilinə, tarixinə, adət-ənənələrinə, dininə bağlılığı deməkdir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur. Bu şərəfli vəzifədir". Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin Silahlı Qüvvələr ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Son illərdə ölkə başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Paytaxtda və bölgələrdə yeni sərhəd zastavaları yaradılmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Ali Baş Komandanın 2023-cü ilin avqust ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinin açılış mərasimində iştirakı Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasında dayanır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Azərbaycan Silahlı Qüvvələrinin şücayəti ilə 30 illik Qarabağ həsrətinə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini bir daha dünyaya sübut etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin ümumilikdə, 47 hərbi qulluqçusu şəhid olmuş, 197 nəfəri yaralanmış və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Döyüş əməliyyatları zamanı 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfəri ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşdur. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 

Tədbirdə bir qrup sərhədçi 8 Noyabr - Zəfər Günü münasibətilə Qazax Rayon İcra Hakimiyyəti  başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Həmçinin, tədbirdə iştiraklarına görə şəhid ailələrinə, qazilərə, digər iştirakçılara Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri tərəfindən Təşəkkürnamə təqdim olunub. 

Sonra şanlı Zəfərimizə həsr olunmuş bayram tədbiri bədii hissə ilə davam etdirilib. Gənc müğənnilər Nəsimi Aşbazov, Zəmanə Dərviş, Əmir Qazaxlı, gənc aşıq Samir Cəlaloğlu, müğənni Rafiq Abdıyev, Bakıdan dəvət olunmuş gənc müğənnilər Sona Nərimanqızı, Tural Qismət bir-birindən şən-şux musiqi töhfələri ilə sərhədçiləri təbrik edib, bayram tədbirinə xoş ovqat qatıblar.

Onu da qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında dünən ağacəkmə aksiyası da keçirilib. Diviziyanın ərazisində şam ağacları əkilib.


Oxunub: 14
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Bu gün, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Bu gün, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Bu gün, 19:57 | "Turan Tovuz" "Qarabağ"a qalib gəldi, "Neftçi" "Kəpəz"ə qarşı - Yenilənir
    Bu gün, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Bu gün, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Bu gün, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Bu gün, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Bu gün, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Bu gün, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Bu gün, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Bu gün, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Bu gün, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Bu gün, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Bu gün, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Bu gün, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Bu gün, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Bu gün, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Bu gün, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Bu gün, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Bu gün, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Bu gün, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Bu gün, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Bu gün, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    Dünən, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    Dünən, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    Dünən, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    Dünən, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    Dünən, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    Dünən, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Dünən, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    Dünən, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    Dünən, 16:05 | Prezident fərman imzaladı
    Dünən, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    Dünən, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    Dünən, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    Dünən, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    Dünən, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Dünən, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    Dünən, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    Dünən, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    Dünən, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    Dünən, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    Dünən, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Dünən, 07:41 | Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
    Dünən, 07:10 | Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
    Dünən, 07:09 | Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
    Dünən, 07:07 | Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
    Dünən, 07:05 | İmmuniteti gücləndirməyin ən asan yolu...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.