Ağstafada zəhərlənlərin adları məlum oldu
Ağstafada zəhərlənlərin adları məlum olub. Mediaxeberleri.Az-ın məlumatına görə, zəhərlənmə diaqnozu ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənlər - Ağstafa rayon Aşğı Göycəli kənd sakinləri, 1964-cü il təvəllüdlü M.Mahmudov, 1971-ci il təvəllüdlü N.Mahmudova və 1995-ci il təvəllüdlü M.Mahmudovdur. Onların müalicəsi davam etdirilir. Xatırladaq ki, zərərçəkənlər bir ailənin üzvüdürlər və qidadan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. Ağstafada 3 nəfər qidadan zəhərlənib. TƏBİB-dən bildirilib ki, noyabrın 6-da saat 13:10-da 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvüdürlər. Ağstafada 3 nəfər qidadan zəhərlənib. Mediaxeberleri.Az-ın məlumatına görə, həmin rayon sakinləri Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların qidadan zəhərləndiyi bildirilir. Qeyd edək ki, zərərçəkənlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.





















