Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Mediaxeberleri.Az xəbər verir ki, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionun açılış mərasimində iştirak edib. Qeyd edək ki, 1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra əsaslı şəkildə yenidən qurulub. Arena UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb, ərazisi 3.39 hektara çatdırılıb. Stadionun tamaşaçı tutumu 8 554 nəfərdir. Oturacaqlardan 8 214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub. Ölçüləri 105x68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün zonalar yaradılıb.


























