Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
Hazırkı tədarükün şaxələndirilməsi tendensiyası davam edərsə, Ermənistan balıq məhsulları ixracını Rusiya bazarından tamamilə digər ölkələrə yönəldə bilər. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. Papoyan “Rosselxoznadzor”un Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri əsassız adlandırıb və vəziyyəti “iqtisadi mübahisə” kimi xarakterizə edib: “Məhz buna görə İrəvan məsələnin araşdırılması üçün Avrasiya İqtisadi Komissiyasına müraciət edib. Ermənistanın balıq yetişdiriciləri artıq Rusiya bazarından asılılığı azaltmaq məqsədilə Aİİ-dən kənar ölkələrə tədarükü fəal şəkildə artırırlar. Bu tendensiya davam edərsə, Rusiya bazarı yerli istehsalçılar üçün əhəmiyyətini tamamilə itirə bilər”.





















