Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • Yaqub Eyyubov təqaüdə göndərilir
  • Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
  • Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
  • Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
  • Röya bu gün açıq havada konsert verəcək - Foto
  • Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
  • Azərbaycan nefti bahalaşıb
  • Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
  • İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
  • Sabah Bakıda intensiv yağış yağacaq
  • Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
  • Yol polisindən sürücü və piyadalara müraciət
  • İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
  • Bu ərazilərə qar yağdı
  • Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
  • Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
  • Bakıda avtobus minik maşını ilə toqquşdu
  • Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
  • Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

  • Tarix: Bu gün, 14:03

Noyabrın 6-də Qazaxıstanın Baş nazirinin müavini-nəqliyyat naziri Asel Janasonova Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.


Medıaxeberlerı.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki görüşdə müzakirə edilən əsas məsələ Qazaxıstanın TRIPP-a (Trump Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) qoşulması olub. Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi reallıqlar regionun nəqliyyat-kommunikasiya xəritəsində mühüm dəyişikliklərə zəmin yaradır. Bu prosesdə Azərbaycanın təşəbbüskarı və əsas iştirakçılarından biri olduğu Zəngəzur istiqamətli nəqliyyat bağlantısı xüsusi əhəmiyyət daşıyır. Qazaxıstanın TRIPP layihəsinə qoşulması isə bu təşəbbüsün regional çərçivədən çıxaraq daha geniş Avrasiya nəqliyyat sisteminin tərkib hissəsinə çevrilməsi baxımından diqqətəlayiq hadisədir.

Qazaxıstanın bu prosesdə iştirakı, ilk növbədə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması və Azərbaycanın tranzit mövqeyinin möhkəmləndirilməsi perspektivləri ilə bağlıdır. TRIPP layihəsi Azərbaycan ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin yaradılması ideyasını daha geniş beynəlxalq əməkdaşlıq çərçivəsində nəzərdən keçirir. Layihənin mahiyyəti yalnız yeni avtomobil və dəmir yolu infrastrukturu yaratmaqdan ibarət deyil. Burada əsas məqsəd regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq tranzit imkanlarının inkişaf etdirilməsidir.

Azərbaycan üçün bu bağlantı ölkənin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında daha əlverişli nəqliyyat əlaqəsinin formalaşması deməkdir. Eyni zamanda, Türkiyəyə və daha geniş mənada Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Bu kontekstdə TRIPP layihəsi yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Layihə Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat və ticarət marşrutlarının inkişafı ilə də birbaşa əlaqəlidir.

Qazaxıstanın TRIPP layihəsinə marağı 2025-ci ilin noyabrında prezident Kasım-Jomart Tokayevin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra açıq şəkildə ifadə olunub. 2026-cı il aprelin 2-də isə Qazaxıstanın Baş naziri Oljas Bektenov daha konkret mövqe ortaya qoyaraq ölkəsinin Zəngəzur dəhlizi layihəsində iştirak etməyə hazır olduğunu bəyan etdi. Onun açıqlamasında Qazaxıstan şirkətlərinin dəmir yolu infrastrukturunun tikintisi və modernləşdirilməsində iştirakına maraq göstərdiyi xüsusi vurğulandı. Bu bəyanat Astananın layihəyə münasibətində siyasi maraqdan praktiki iqtisadi iştirak perspektivinə keçidin əlamətidir.

Qazaxıstanın bu marağının əsas iqtisadi səbəblərindən biri ölkənin Çin və Avropa arasında mühüm tranzit mövqeyinə malik olmasıdır. Çin yüklərinin Mərkəzi Asiyadan Xəzər dənizinə, oradan Azərbaycana, daha sonra Türkiyə və Avropaya daşınmasında Qazaxıstan mühüm başlanğıc nöqtəsidir.

Beləliklə, TRIPP-in Orta Dəhlizlə inteqrasiyası marşrutun coğrafiyasını genişləndirməklə yanaşı, onun iqtisadi əsaslarını da gücləndirər. Bu halda Qazaxıstanın şərqdəki dəmir yolu və liman infrastrukturu ilə Azərbaycanın qərbə istiqamətlənmiş nəqliyyat şəbəkəsi vahid logistika zəncirinin bir-birini tamamlayan hissələrinə çevriləcək.

Qazaxıstanın TRIPP layihəsində iştiraka hazır olması Azərbaycan üçün bir neçə mühüm istiqamətdə əhəmiyyət daşıyır. Birincisi, Azərbaycanın tranzit ölkə kimi mövqeyi möhkəmlənir. Qazaxıstanın Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropa bazarlarına çıxan yük axınları Zəngəzur bağlantısının açılması ilə əlavə marşrut imkanları əldə edəcək. Bu, Azərbaycanın yalnız Xəzər hövzəsi ilə Cənubi Qafqaz arasında deyil, həm də Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında əsas logistika qovşaqlarından biri kimi rolunu artıracaq. İkincisi, tranzit gəlirlərinin artırılması üçün yeni imkanlar yaranacaq. Dəmir yolu və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcminin artması liman, terminal, anbar, ekspeditorluq və gömrük xidmətlərinə tələbatı yüksəldəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Azərbaycanın dəmir yolu infrastrukturu bu prosesdə mühüm rol oynayacaq. Üçüncüsü, Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa quru bağlantısı perspektivi güclənir.

Zəngəzur istiqamətində nəqliyyat əlaqəsinin qurulması Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin funksional əhəmiyyətini artıracaq. Bu, Türkiyə ilə Mərkəzi Asiya arasında yük daşımalarının daha çox alternativ əldə etməsinə və türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yarada bilər. Dördüncüsü, Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində tərəfdaşlıq imkanları genişlənir.

Qazaxıstanın iştiraka marağı göstərir ki, Zəngəzur bağlantısı artıq yalnız iki Cənubi Qafqaz ölkəsinin münasibətləri ilə məhdudlaşan məsələ deyil. Layihə Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə, Avropa və beynəlxalq investorların maraqlarının kəsişdiyi daha geniş iqtisadi platformaya çevrilmək potensialına malikdir.

Qazaxıstanın TRIPP layihəsinə marağının ən mühüm tərəflərindən biri Orta Dəhlizlə Zəngəzur bağlantısının bir-birinə alternativ deyil, tamamlayıcı marşrutlar kimi inkişaf etdirilməsi perspektividir.

Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə istiqamətində Avropaya çıxış yaradır. Zəngəzur bağlantısı isə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərək bu nəqliyyat sisteminə əlavə istiqamət qazandırır.

Qazaxıstanın marağı da məhz bu yanaşma ilə üst-üstə düşür. Astana üçün əsas məqsəd yüklərin daşınmasında alternativlərin artırılması, tranzit risklərinin azaldılması və Avropa bazarlarına çıxışın daha dayanıqlı mexanizmlərinin yaradılmasıdır.

TRIPP layihəsinin əhəmiyyəti iqtisadi məsələlərlə yanaşı, geosiyasi amillərlə də bağlıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannamə regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində yeni siyasi çərçivə formalaşdırdı.

Qazaxıstanın TRIPP layihəsində iştirak etməyə hazır olduğunu bəyan etməsi Azərbaycanın regional nəqliyyat strategiyası baxımından mühüm hadisədir. Bu maraq Zəngəzur bağlantısının yalnız regional kommunikasiya xətti deyil, Mərkəzi Asiya ilə Avropa arasında formalaşan geniş nəqliyyat-logistika sisteminin potensial tərkib hissəsi kimi nəzərdən keçirilməsinə imkan verir. Daha geniş geoiqtisadi müstəvidə isə Qazaxıstanın iştiraka marağı Azərbaycanın Xəzər hövzəsindəki tranzit mövqeyinin əhəmiyyətini bir daha gündəmə gətirir. Qazaxıstan şərq istiqamətindən gələn yük axınlarının mühüm mənbəyi, Azərbaycan isə bu axınların Qərbə yönəlməsində əsas tranzit qovşaqlarından biri kimi çıxış edir. Beləliklə, TRIPP ilə Orta Dəhlizin əlaqələndirilməsi Azərbaycan-Qazaxıstan əməkdaşlığını yeni mərhələyə yüksəldə, türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirə və Avrasiyada daha şaxələndirilmiş nəqliyyat sisteminin formalaşmasına töhfə verə bilər.


Oxunub: 15
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Bu gün, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Bu gün, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Bu gün, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Bu gün, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Bu gün, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Bu gün, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Bu gün, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Bu gün, 13:15 | İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
    Bu gün, 13:08 | Sabah Bakıda intensiv yağış yağacaq
    Bu gün, 13:06 | Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
    Bu gün, 12:59 | Yol polisindən sürücü və piyadalara müraciət
    Bu gün, 12:32 | İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
    Bu gün, 12:28 | Bu ərazilərə qar yağdı
    Bu gün, 11:31 | Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
    Bu gün, 11:09 | Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
    Bu gün, 10:48 | Bakıda avtobus minik maşını ilə toqquşdu
    Bu gün, 10:45 | Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
    Bu gün, 10:43 | Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
    Bu gün, 10:38 | Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
    Bu gün, 10:33 | ASAN Xidmət bu tarixlərdə işləməyəcək
    Bu gün, 09:01 | "Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
    Bu gün, 08:58 | Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
    Bu gün, 08:53 | Fərid Usubov siqaret qaçaqmalçılığı üzrə məhkəmədə ifadə verdi
    Bu gün, 08:50 | Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
    Bu gün, 08:33 | "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi - Foto/Video
    Bu gün, 08:31 | Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Dünən, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Dünən, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Dünən, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Dünən, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Dünən, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Dünən, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Dünən, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Dünən, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.