Azərbaycan millisi Əfqanıstana da uduzdu
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında son matçını keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Famil Xəlilovun yetirmələri 83-cü yer uğrunda oyunda Əfqanıstan millisi ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında Əfqanıstan futbolçuları daha dəqiq olublar – 3:2. Nəticədə Azərbaycan millisi mundialı 84-cü pillədə başa vurub.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş:





















