Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
  • Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
  • Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
  • Sabah Bakıya yağış yağacaq
  • Mühafizəçi işlədiyi şirkəti qarət etdi
  • Prezident yeni icra başçısı təyin etdi
  • İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
  • Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
  • Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
  • Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
  • Universitet müəllimi intim görüş zamanı öldü
  • Avropa küçələrində Ermənistana etiraz
  • Cəbrayılda avtomobil aşdı, sürücü öldü
  • Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
  • Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
  • Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
  • Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
  • Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA

  • Tarix: Bu gün, 13:04

Son dövrlər sosial şəbəkələrdə süni intellekt vasitəsilə yüksək vəzifəli şəxslərin və dövlət adamlarının görüntülərinin canlandırılması, onların əslində səsləndirmədikləri fikirlərin onun dilindən təqdim olunması halları artmaqdadır. Reallıqdan seçilməsi bəzən çətin olan bu cür videolar ictimaiyyətdə çaşqınlıq yaradır, bir çox vətəndaş isə yayılan görüntülərin həqiqiliyinə inanır.

 

Bəs süni intellekt vasitəsilə hazırlanan və şəxslərin adından saxta fikirlərin səsləndirildiyi bu cür videolar qanunvericilik baxımından necə qiymətləndirilir?

 

Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən vəkil, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşovun sözlərinə görə, sosial şəbəkələrdə dövlət və ictimai xadimlərin görüntüsü və səsi süni intellekt vasitəsilə dəyişdirilərək, əslində demədikləri fikirlərin onların adından səsləndirilməsi artıq Azərbaycan qanunvericiliyində ayrıca cinayət-hüquqi qiymət alır.

R.Qaraşov bildirib ki, Cinayət Məcəlləsinin 148-2.1-ci maddəsinə görə, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt və ya xüsusi proqram vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio material hazırlamaq, yaxud həmin materialı mediada və internetdə kütləvi yaymaq cinayətdir: “Bu əmələ görə 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əgər “deepfake” şəxsi nüfuzdan salmaq məqsədilə hazırlanıbsa və ya onun xidməti vəzifəsini, yaxud ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədilibsə, 148-2.2.3 və 148-2.2.4-cü maddələr tətbiq oluna və cəza 3 ildən 5 ilədək azadlıqdan məhrumetməyə çata bilər. Əgər belə material saxta profil və ya hesab vasitəsilə yayılır və həmin videoda şəxs haqqında bilə-bilə yalan, onu nüfuzdan salan məlumatlar təqdim olunur və ya şəxs nalayiq formada alçaldılırsa, Cinayət Məcəlləsinin 148-1-ci maddəsi də ayrıca əhəmiyyət daşıyır. Bu maddəyə görə saxta istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə internetdə kütləvi şəkildə böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Burada “saxta profil” anlayışına başqa şəxsə aid məlumatlardan onun razılığı olmadan yaradılmış hesablar da daxildir”.

 

Vəkil xatırladıb ki, Ali Məhkəmə Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında da göstərilir ki, böhtan və təhqir sosial şəbəkə və digər internet resurslarında kütləvi yayıldıqda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyət yarada bilər: “Plenumun yanaşmasına görə, məhkəmələr fakt xarakterli məlumatla subyektiv fikir və qiymətləndirməni bir-birindən ayırmalıdırlar. Dövlət və ictimai xadimin fəaliyyəti sərt şəkildə tənqid oluna bilər, lakin həmin şəxsin demədiyi sözü ona aid edib saxta video formasında real fakt kimi təqdim etmək artıq fikir və tənqid azadlığının sərhədindən kənara çıxır. Burada şəxsiyyət hüquqları baxımından Ali Məhkəmənin daha yeni mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Ali Məhkəmə Plenumunun 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında ad, səs və təsvir şəxsin şəxsiyyəti ilə birbaşa bağlı olan və müstəqil hüquqi müdafiə predmetini təşkil edən dəyərlər kimi müəyyən edilir. Plenumun 2.4.24-cü bəndinə görə, insanın adının, səsinin və təsvirinin onun iradəsi xaricində istifadəsinin yolverilməzliyi insan şəxsiyyətinin toxunulmazlığını və ona hörməti təmin edən fundamental prinsipdir. Plenum daha da konkret mövqe tutur. Qərarın 2.4.27-ci bəndinə əsasən, fiziki şəxsin təsviri onun kimliyini müəyyən etməyə imkan verən istənilən görüntünü, o cümlədən foto və videonu əhatə edir və həmin təsvirin internetdə yerləşdirilməsi, yayılması, eləcə də onun üzərində sonradan aparılan müxtəlif əməliyyatlar da təsvir hüququnun əhatəsinə düşür. 2.4.28-ci bənddə isə texnologiyanın inkişafı nəzərə alınaraq açıq şəkildə qeyd olunur ki, qanunda nəzərdə tutulan hallar istisna olmaqla şəxsin təsvirindən və səsindən onun xəbəri və razılığı olmadan istifadə edilə bilməz. Bu yanaşma deepfake texnologiyalarına xüsusilə uyğun gəlir: burada artıq söhbət sadəcə şəxsin fotosunun paylaşılmasından deyil, onun görüntüsünün və səsinin dəyişdirilərək yeni, reallığa uyğun olmayan məzmun yaradılmasından gedir. Maraqlıdır ki, Plenum bu müdafiəni yalnız adi şəxslərlə məhdudlaşdırmır. Qərarda tanınmış və ya publik şəxsin də səs və görüntüsünün qanuni əsas olmadan əldə edilməsinin və yayılmasının yolverilməz olduğu göstərilir. Yəni şəxsin dövlət və ya ictimai xadim olması onun görüntüsünü və səsini istənilən formada dəyişdirib istifadə etməyə ümumi razılıq kimi qəbul edilə bilməz. Eyni zamanda, Avropa Konvensiyasının 8-ci maddəsinə istinad edilməklə şəxsin öz təsvirindən istifadəyə nəzarət etmək hüququnun dövlət tərəfindən qorunmalı olan hüquq olduğu vurğulanır. “Deepfake” yalnız nüfuzdan salmaq üçün deyil, insanları aldadaraq pul və ya əmlak əldə etmək məqsədilə istifadə olunursa, məsələn, yüksək vəzifəli şəxsin saxta videosu ilə investisiya, yardım proqramı və ya maliyyə platforması reklam edilirsə, Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə dələduzluq məsələsi də yarana bilər. Ali Məhkəmə Plenumunun dələduzluqla bağlı mövqeyinə görə, aldatma bilə-bilə yalan məlumat vermək, həqiqəti gizlətmək və ya şəxsdə həqiqətə uyğun olmayan təsəvvür yaratmaqla həyata keçirilə bilər. “Deepfake” görüntü də bu mənada aldatmanın texniki vasitəsi rolunu oynaya bilər. Bundan başqa, şəxsin adı, səsi və təsviri fərdi məlumatların qorunması rejimi ilə də əlaqəlidir. “Fərdi məlumatlar haqqında” Qanun biometrik məlumatların xüsusi hüquqi mühafizəsini nəzərdə tutur. Ali Məhkəmənin 2025-ci il Plenum qərarında da ad, səs, təsvir və şəxsin kimliyini müəyyən etməyə imkan verən digər məlumatlar fərdi məlumatlar sırasında göstərilir. Mülki-hüquqi müstəvidə isə Mülki Məcəllənin 23-cü maddəsi şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsinə imkan verir. Ali Məhkəmənin yeni Plenum qərarı bu müdafiəni daha geniş şəxsiyyət hüquqları konsepsiyası ilə tamamlayır. Şəxs hüquqa zidd müdaxilənin dayandırılmasını, məlumatın və ya materialın silinməsini, təkzibini, gələcək istifadənin qadağan olunmasını, eləcə də qanunda nəzərdə tutulan hallarda maddi və mənəvi zərərin əvəzini tələb edə bilər. Plenum hüquqa zidd müdaxiləni mülki hüquq pozuntusu kimi qiymətləndirir və belə pozuntu nəticəsində mənəvi zərərin kompensasiyasının tələb oluna biləcəyini ayrıca təsbit edir. Nəticə etibarilə, “deepfake” materiallara yalnız böhtan və ya təhqir prizmasından yanaşmaq artıq kifayət deyil. Burada eyni zamanda şəxsin ad, səs və təsvir hüququ, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması və müəyyən hallarda əmlak hüquqları pozula bilər. Razılıq olmadan süni intellekt vasitəsilə saxta görüntü və ya səs yaratmaq Cinayət Məcəlləsinin 148-2-ci maddəsi ilə, bunu saxta hesab vasitəsilə böhtan və təhqir məqsədilə yaymaq 148-1, 147 və 148-ci maddələrlə, aldatma yolu ilə pul əldə etmək məqsədilə istifadə etmək isə əlavə olaraq 178-ci maddə ilə hüquqi məsuliyyət yarada bilər. Konkret faktlardan asılı olaraq bir neçə cinayət tərkibinin məcmusu məsələsi də ortaya çıxa bilər”.

 


Oxunub: 28
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:42 | Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
    Bu gün, 13:28 | Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
    Bu gün, 13:04 | Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:02 | Sabah Bakıya yağış yağacaq
    Bu gün, 13:01 | Mühafizəçi işlədiyi şirkəti qarət etdi
    Bu gün, 12:20 | Prezident yeni icra başçısı təyin etdi
    Bu gün, 09:31 | İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
    Bu gün, 09:20 | Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
    Bu gün, 09:10 | Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
    Bu gün, 09:08 | Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
    Bu gün, 09:04 | Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Bu gün, 09:00 | Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
    Bu gün, 08:50 | Universitet müəllimi intim görüş zamanı öldü
    Bu gün, 08:35 | Avropa küçələrində Ermənistana etiraz
    Bu gün, 08:18 | Cəbrayılda avtomobil aşdı, sürücü öldü
    Bu gün, 08:15 | Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
    Bu gün, 08:10 | Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
    Bu gün, 08:04 | Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
    Bu gün, 07:55 | Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
    Bu gün, 07:50 | Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
    Bu gün, 07:48 | Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
    Bu gün, 07:10 | Trombdan qorunmaq üçün səhərlər bunu edin
    Dünən, 23:34 | İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
    Dünən, 23:28 | Evinin "kupça"sı olmayanlara şad xəbər
    Dünən, 23:26 | Fəhlələr pullarını ala bilmirlər - VİDEO
    Dünən, 23:22 | Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
    Dünən, 23:18 | Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
    Dünən, 23:12 | Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Dünən, 22:37 | "Qalatasaray" "Lill" üzərində əzmkar qələbə qazandı - Video
    Dünən, 21:10 | Liderlərin qoruduğu qardaşlıq: Azərbaycana qarşı kampaniya kimə xidmət etdi?
    Dünən, 20:41 | Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Dünən, 20:39 | Bu agentliyə yeni icraçı direktor təyin olundu
    Dünən, 20:08 | Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
    Dünən, 20:07 | Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
    Dünən, 20:05 | İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
    Dünən, 19:45 | Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
    Dünən, 18:48 | Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
    Dünən, 18:04 | Bu mərkəzdə autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanılıb
    Dünən, 17:30 | Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
    Dünən, 17:25 | ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
    Dünən, 16:38 | Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
    Dünən, 16:35 | “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
    Dünən, 16:33 | Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
    Dünən, 16:15 | Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 15:55 | Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
    Dünən, 14:14 | DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
    Dünən, 14:11 | Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
    Dünən, 14:08 | Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
    Dünən, 14:02 | Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
    Dünən, 14:00 | Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.