Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto
  • Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
  • MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
  • Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
  • BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA
  • Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
  • Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
  • Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
  • Sabah Bakıya yağış yağacaq
  • Mühafizəçi işlədiyi şirkəti qarət etdi
  • Prezident yeni icra başçısı təyin etdi
  • İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
  • Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
  • Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
  • Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
  • Universitet müəllimi intim görüş zamanı öldü
  • Avropa küçələrində Ermənistana etiraz
  • Cəbrayılda avtomobil aşdı, sürücü öldü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA

  • Tarix: Bu gün, 13:47

Bankdan kredit almaq istəyən şəxslərin müraciətinə mənfi cavab verilməsinin səbəblərindən biri də kredit tarixçəsi ilə bağlı problemlərdir. Cəmiyyətdə bu vəziyyət çox vaxt “qara siyahı”ya düşmək kimi ifadə edilsə də, məsələ əslində daha fərqlidir. Belə ki, kredit ödənişlərində gecikmələr, vaxtında qaytarılmayan borclar və digər maliyyə öhdəlikləri barədə məlumatlar xüsusi sistemlərdə qeydə alınır. Banklar isə yeni kredit müraciətlərini qiymətləndirərkən həmin məlumatları nəzərə alırlar.

Bəs Azərbaycanda kredit tarixçəsi hansı qaydada formalaşır? Kredit tarixçəsində gecikmələrin olması vətəndaşın gələcəkdə kredit almasını mümkünsüz edirmi?

Mediaxeberleri.Az xəbər verir ki, "AzPolitika" bir çoxlarını maraqlandıran bu mövzunu araşdırmağa çalışıb.

Azərbaycanda kredit tarixçəsi harada saxlanılır?

Azərbaycanda kredit tarixçələri əsasən iki sistem vasitəsilə formalaşır – Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi və “Azərbaycan Kredit Bürosu”. Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi 2005-ci ildən fəaliyyət göstərir. Bu sistemdə bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının təqdim etdiyi kredit məlumatları toplanır. 



2018-ci il yanvarın 15-də isə ölkənin səkkiz bankının iştirakı ilə “Azərbaycan Kredit Bürosu” yaradılıb. Büro banklarla yanaşı, digər maliyyə təşkilatları və müxtəlif məlumat mənbələri ilə əməkdaşlıq edir. Burada toplanan məlumatlar əsasında kredit hesabatları hazırlanır və borcalanların kredit riskləri qiymətləndirilir. Hər iki sistemin əsas məqsədi şəxslərin kredit öhdəlikləri və ödəniş davranışları barədə məlumatların toplanmasıdır. Bu məlumatlar maliyyə təşkilatlarına kredit müraciətlərinə baxarkən qərar verməyə kömək edir.

Azərbaycanda rəsmi “qara siyahı” varmı?

Kredit tarixçəsi ilə bağlı ən geniş yayılmış yanlış təsəvvürlərdən biri ayrıca “qara siyahı”nın mövcud olmasıdır. Əslində, kredit ödənişlərində gecikməsi olan şəxslərin adlarının birdəfəlik daxil edildiyi və sonradan heç bir halda çıxarılmasının mümkün olmadığı ayrıca rəsmi siyahı anlayışı düzgün deyil. Banklar kredit müraciətlərini qiymətləndirərkən şəxsin əvvəlki ödəniş tarixçəsini, mövcud borclarını, gəlirlərini və digər risk amillərini nəzərə alırlar. Bu baxımdan, kredit tarixçəsində problem olması şəxsin bütün banklardan və maliyyə təşkilatlarından avtomatik olaraq imtina cavabı alacağı demək deyil. Azərbaycan Kredit Bürosunun açıqlamalarında da kredit tarixçəsində gecikmələrin olmasının öz-özlüyündə kredit əldə etmək imkanını tamamilə aradan qaldırmadığı vurğulanır.



Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da "AzPolitika"ya şərhində bildirib ki, "qara siyahı" deyilən bir anlayış yoxdur: "Hər kəsin kredit tarixçəsi var və həmin tarixçə 10 il ərzində sistemdə saxlanılır. Bu məlumatları banklar, bank olmayan kredit təşkilatları və vətəndaşlara nisyə mal satan ticarət şəbəkələri görə bilirlər. Məlumat yalnız 10 il keçdikdən sonra sistemdən çıxarılır".

Ekspert qeyd edib ki, kredit tarixçəsi müsbət və mənfi ola bilər: "Bu, sadəcə, şəxsin kredit öhdəliklərini necə yerinə yetirdiyini göstərən məlumatlar toplusudur. Təbii ki, kredit tarixçəsində mənfi məlumatlar varsa, həmin şəxsə borc vermək istəyən qurum daha ehtiyatlı davranacaq. Hətta ümumiyyətlə, ona kredit verməkdən imtina edə bilər. Ancaq qanunvericilikdə elə bir qadağa yoxdur ki, kredit tarixçəsi problemli olan şəxsə kredit vermək olmaz. Yəni bu, "qara siyahı" demək deyil. Kredit tarixçəsinin əsas məqsədi borc verən tərəfin qərar qəbul edərkən məlumatlı olmasını təmin etməkdir.

Bunu gündəlik həyatımızla da müqayisə etmək olar. Tutaq ki, qohumumuz, qonşumuz və ya tanışımız bizdən borc istəyir. Əgər bilsək ki, həmin şəxs əvvəllər başqalarından aldığı borcları vaxtında qaytarmayıb, təbii ki, ona pul verərkən ehtiyatlı davranacağıq. Kredit tarixçəsi də eyni məntiqlə işləyir. Bir daha vurğulayıram ki, kredit tarixçəsinin problemli olması həmin şəxsə kredit verilməsini mümkünsüz etmir. Məsələn, onun yaxşı girovu ola bilər və ya yüksək ödəmə qabiliyyətinə malik bir şəxs ona zamin dura bilər. Belə hallarda böyük ehtimalla, kreditin verilməsi mümkün ola bilər”.

Hansı hallar kredit tarixçəsinə mənfi təsir göstərir?

Kredit tarixçəsinə təsir edən əsas amillərdən biri borcların vaxtında ödənilməməsidir. Kredit üzrə aylıq ödənişlərin gecikdirilməsi və borcun uzun müddət qaytarılmaması şəxsin maliyyə öhdəliklərini yerinə yetirməsi ilə bağlı risk yaradır. Bundan başqa, zamin durulan şəxsin kredit ödənişlərini həyata keçirməməsi də müəyyən hallarda zaminin kredit tarixçəsinə və maliyyə vəziyyətinin qiymətləndirilməsinə təsir göstərə bilər.

Şəxsin eyni vaxtda bir neçə kreditinin olması da bank tərəfindən nəzərə alınan amillərdəndir. Burada əsas məsələ kreditlərin sayından çox, mövcud borcların gəlirlə müqayisədə hansı səviyyədə olması və ödənişlərin vaxtında həyata keçirilməsidir. Digər tərəfdən, əvvəllər kredit götürüb borcunu vaxtında ödəyən şəxslərin müsbət ödəniş tarixçəsi formalaşa bilər. Belə məlumatlar gələcək müraciətlərin qiymətləndirilməsi zamanı nəzərə alınır.



Kredit tarixçəsi yaxşı olsa da, bank niyə imtina edə bilər?

Bəzi hallarda vətəndaşlar kredit tarixçələrində ciddi problem olmadığı halda da banklardan mənfi cavab alırlar. Bunun səbəbi təkcə əvvəlki borclarla bağlı olmaya bilər. Banklar kredit müraciətlərinə baxarkən şəxsin rəsmi gəlirlərini, iş yerindəki stajını, mövcud kredit öhdəliklərini və aylıq ödənişləri qarşılamaq imkanlarını nəzərə alırlar. Məsələn, şəxsin gəliri olsa da, mövcud kreditlər üzrə aylıq ödənişləri yüksəkdirsə, əlavə borcun qaytarılması riskli hesab edilə bilər. Eyni zamanda, gəlirin aşağı olması və ya onun sənədlərlə təsdiqlənməməsi də kreditin rədd edilməsi ilə nəticələnə bilər.

Kredit tarixçəsini necə yoxlamaq olar?

Vətəndaşlar kredit tarixçələrində hansı məlumatların əks olunduğunu özləri də yoxlaya bilərlər. Bunun üçün ilk növbədə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin portalından istifadə etmək mümkündür. Vətəndaşlar accr.e-cbar.az ünvanına daxil olaraq ASAN Login vasitəsilə kredit məlumatlarını əldə edə bilərlər. 

Digər imkan Azərbaycan Kredit Bürosunun Findoc platformasıdır. Platforma vasitəsilə qeydiyyatdan keçərək kredit hesabatını və mövcud xidmətlər çərçivəsində kredit skorunu əldə etmək mümkündür.

E. Bəyməmmədli

"AzPolitika.info"


Oxunub: 29
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:12 | Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto
    Bu gün, 14:02 | Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:57 | MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
    Bu gün, 13:54 | Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
    Bu gün, 13:47 | BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA
    Bu gün, 13:42 | Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
    Bu gün, 13:28 | Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
    Bu gün, 13:04 | Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:02 | Sabah Bakıya yağış yağacaq
    Bu gün, 13:01 | Mühafizəçi işlədiyi şirkəti qarət etdi
    Bu gün, 12:20 | Prezident yeni icra başçısı təyin etdi
    Bu gün, 09:31 | İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
    Bu gün, 09:20 | Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
    Bu gün, 09:10 | Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
    Bu gün, 09:08 | Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
    Bu gün, 09:04 | Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Bu gün, 09:00 | Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
    Bu gün, 08:50 | Universitet müəllimi intim görüş zamanı öldü
    Bu gün, 08:35 | Avropa küçələrində Ermənistana etiraz
    Bu gün, 08:18 | Cəbrayılda avtomobil aşdı, sürücü öldü
    Bu gün, 08:15 | Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
    Bu gün, 08:10 | Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
    Bu gün, 08:04 | Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
    Bu gün, 07:55 | Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
    Bu gün, 07:50 | Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
    Bu gün, 07:48 | Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
    Bu gün, 07:10 | Trombdan qorunmaq üçün səhərlər bunu edin
    Dünən, 23:34 | İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
    Dünən, 23:28 | Evinin "kupça"sı olmayanlara şad xəbər
    Dünən, 23:26 | Fəhlələr pullarını ala bilmirlər - VİDEO
    Dünən, 23:22 | Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
    Dünən, 23:18 | Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
    Dünən, 23:12 | Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Dünən, 22:37 | "Qalatasaray" "Lill" üzərində əzmkar qələbə qazandı - Video
    Dünən, 21:10 | Liderlərin qoruduğu qardaşlıq: Azərbaycana qarşı kampaniya kimə xidmət etdi?
    Dünən, 20:41 | Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Dünən, 20:39 | Bu agentliyə yeni icraçı direktor təyin olundu
    Dünən, 20:08 | Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
    Dünən, 20:07 | Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
    Dünən, 20:05 | İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
    Dünən, 19:45 | Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
    Dünən, 18:48 | Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
    Dünən, 18:04 | Bu mərkəzdə autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanılıb
    Dünən, 17:30 | Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
    Dünən, 17:25 | ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
    Dünən, 16:38 | Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
    Dünən, 16:35 | “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
    Dünən, 16:33 | Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
    Dünən, 16:15 | Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 15:55 | Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.