Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1 000 yerlik yataqxana kompleksinin tikintisi planlaşdırılır. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı prosedura start verilib. İlkin mərhələdə yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasına 1 071 046 manatın xərclənməsi planlaşdırılır. Qeyd edək ki, yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsait ayrılıb.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















