Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə gedən köç karvanı yola salınıb. Mediaxeberleri.Az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə - 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə - 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə - 31 nəfər, Xanyurdu kəndinə 5 ailə - 22 nəfər, Xanabad kəndinə 2 ailə - 10 nəfər, Ballıca kəndinə 1 ailə - 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə - 14 nəfər, Çapar kəndinə 4 ailə - 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə - 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə - 148 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Mediaxeberleri.Az xəbər verir ki, Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə - 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə - 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə - 31 nəfər, Xanyurdu kəndinə 5 ailə - 22 nəfər, Xanabad kəndinə 2 ailə - 10 nəfər, Ballıca kəndinə 1 ailə - 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə - 14 nəfər, Çapar kəndinə 4 ailə - 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə - 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə - 148 nəfər köçürülür.





















