Tacir Şahmalıoğlu əməliyyat olundu
Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Mediaxeberleri.Az-a açıqlama verən sənətçi hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub: “Öd kisəm deşildi, xəstəxanaya gəldim, təcili əməliyyat olundum. Hazırda yaxşıyam. Bir-iki gün sonra evə buraxılacağam”. T. Şahmalıoğlu son günlər xeyli çəki itirməsinə də aydınlıq gətirib: “Diabet xəstəsiyəm. Şəkərə görə 25 kiloqram çəki atmalıyam. Ona görə də arıqlayırdım. İndi bu əməliyyat ortaya düşdü, qaldı belə”.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















