Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
  • Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
  • İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
  • Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
  • İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
  • Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
  • Bu qurumlar sabahdan distant iş rejiminə keçir
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
  • Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
  • Azərbaycanın futbol klubu ləğv olunur
  • Vətəndaş xaricə getmək istədi, "sürprizlə" qarşılaşdı - 10 il niyə əsgər aparılmayıb? - Video
  • Ağstafada 32 yaşlı kişini ilan sancıb
  • Azərbaycanda mal əti bahalaşdı
  • Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
  • Prezident İlham Əliyev müşavirə keçirdi
  • Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
  • Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi
  • Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
  • Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub - FOTOLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib

  • Tarix: Bu gün, 21:20

Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı ilə 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi şanlı Qələbə ilə başa çatdı. 6 il əvvəl başladığımız haqq savaşında tarixi ədalət bərpa olundu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bəli, bu gün qürurla deyə bilərik ki, Azərbaycan dövləti öz suverenliyini tam bərpa etmiş bir dövlət kimi bütün dünyada söz sahibinə çevrilib. Qalib Azərbaycan xalqı artıq bundan sonra Dövlət Suverenliyi Gününü, işğaldan azad olunmuş şəhərlərin günlərini böyük fəxr hissi ilə qeyd edəcək. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Azərbaycanın qorxmaz Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizim mənəvi borcumuzdur.

Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 6 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunmaqdadır. 

Sentyabrın 22-də Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax RMX” PHŞ-in direktoru Afiq Fərruxov, təqaüddə olan həkim Sevda Məmmədova, Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, xəstəxananın əməkdaşları, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər. 

Əvvəlcə 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimiz tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xəstəxananın qarşısında yerləşən bulaq kompleksinin önünə gül dəstələri düzülərək igid Vətən oğlunun əziz xatirəsi dərin ehtiramla anılıb.

Xəstəxananın akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

“Qazax RMX” PHŞ-in direktoru Afiq Fərruxov çıxış edərək tədbir iştirakçılarını və rayon rəhbərliyini salamlayıb, anım günü ilə əlaqədar keçirilən tədbirin əhəmiyyətindən söz açaraq iştiraklarına görə razılığını ifadə edib. A.Fərruxov bildirib ki, 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqının Zəfər tarixini yazmağa başladığı gündür. Bu tədbirin adını təsadüfən seçməmişik “Can verənlər, can qurtaranlar”. Can verənlər - torpaq üçün canını fəda edən Şəhidlərimizdir. Can qurtaranlar isə o canı yaşatmaq üçün öz canını ortaya qoyan həkimlərimizdir. Qazax Rayon Mərkəzi Xəstəxanası olaraq biz bu müharibənin sadəcə şahidi olmadıq, biz bu müharibənin bir parçası olduq. Müharibənin ilk saatlarından xəstəxanamız döyüş rejiminə keçdi. Bizim cərrahlarımız - Vasif həkim başda olmaqla, arxa cəbhədə gecə-gündüz əməliyyat etdi. Bizim hərbi həkimlərimiz - Həsən həkim kimi ön cəbhədə atəş altında yaralılara yardım göstərdi. Bizim tibb bacılarımız, sanitarlarımız bir an belə geri çəkilmədi. Bu gün aramızda oturan qazilər bunun canlı şahididir. O günlərdə bizə gətirilən yüzlərlə yaralını xilas etdik. Çünki bilirdik ki, hər bir yaralı - bir Vətən əmanətidir. Mən bu gün direktor kimi bütün kollektivimlə fəxr edirəm! Eyni zamanda buradan söz verirəm ki, “Qazax RMX” PHŞ olaraq biz Şəhidlərimizin əmanətinə, qazilərimizə həmişə sahib çıxacağıq. Onların sağlamlığı bizim üçün müqəddəs vəzifədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. İcra başçısı 6 il əvvəl, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Prezident İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycanın özünün yeni tarixini yazdığını qeyd edib.  Rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə qadirdir. Rayon rəhbəri 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman oğullarımızın döyüş meydanında şücaət göstərərək şəhidlərimizin qisasını aldığını, onların qanının yerdə qalmadığını söyləyib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndiyini, Azərbaycanın dövləti suverenliyini tam bərpa etdiyini vurğulayıb. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını bildirib. Artıq qalib xalqımızın ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qürurla qeyd etdiklərini dilə gətirib. İcra başçısı qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Müzəffər Ali Baş Komandana, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağımızı səsləndirib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğının hər kəs nümunə olduğunu, bu amilin Qazaxda hər zaman örnək götürüldüyünü bildirib. Rayon rəhbəri hər il olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımızın unudulmadığını, şəhidlərimizin əziz xatirələrinin məzarları başında ehtiramla anıldığını qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. Müharibə zamanı 300-ə yaxın yaralıya yüksək səviyyədə tibbi xidmət göstərildiyini qeyd edən icra başçısı həmin xidmətin bu gün də davam etdirildiyini söyləyərək bu sahədə çalışan həkimlərimizə razılığını ifadə edib.  

Uzun müddət “Qazax RMX” PHŞ-in baş həkimi olmuş, təqaüddə olan həkim Sevda Məmmədova çıxış edərək 6 il əvvəl 44 günlük Vətən müharibəsində yaşanan çətin, lakin çətin olduğu qədər də qürurlu olan günlərdən söz açıb. Baş həkim olduğu dövrdə rəhbərlik etdiyi kollektivlə birlikdə 44 günlük Vətən müharibəsi zamanı yaralıların sağaldılmasında, qazilərin öz sağlamlıqlarına qovuşmasında böyük səylə çalışdıqlarını söyləyib. Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında səhiyyə işçiləri olaraq sıx birləşdiklərini, bu sahədə dəstək olduqlarını diqqətə çatdırıb. Bu işdə əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. 

44 günlük Vətən müharibəsinə könüllü həkim olaraq çalışmış, hazırda “Qazax RMX” PHŞ-də direktoru cərrahi işlər üzrə müavini Vasif Məmmədov və Təcili Tibbi Yardım bölməsinin həkimi Həsən Məmmədov çıxış edərək müharibə dövründə yaşadıqları çətin anlardan, şəhidlərimiz, qazilərimizlə bağlı xatirələrindən söz açıblar. Tarixi Qələbədə payı olan insanlar kimi həmin günləri bu gün ürək ağrısı, eyni zamanda, qürurla xatırladıqlarını vurğulayıblar. Bundan sonra da həmin qadalı günləri görmüş həkimlər olaraq hər zaman şəhid ailələrinin, qazilərin qulluğunda durmağa hazır olduqlarını dilə gətiriblər. 

Şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək tədbir iştirakçlarını salamlayıb, tədbirdə iştirak üçün dəvətlərinə görə razılığını ifadə edib. Şəhid atası təkcə oğlu Adil Əfəndiyevlə deyil, bütün şəhidlərimizlə qürur duyduğunu dilə gətirib. Övladının yoxluğuna alışmaq çətin olsa da, bu gün onların canı, qanı bahasına azad olunmuş torpaqları gördükdə təsəlli tapdığını söyləyib. Şəhid atası Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, həmin qayğını öz ailəsinin timsalında hər zaman hiss etdiyini qeyd edib. 

“Qazax RMX” PHŞ-də Müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis Gülən Muradova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, həssas təbəqədən olan insanlarla sıx əlaqədə olan bir şöbədə çalışdığı üçün özünü şanslı hesab etdiyini bildirib. Şəhid ailələrinə, sağlamlığını itirən qazilərə xidmət göstərməyin hər kəsin borcu olduğunu, çalışdığı şöbədə bu sahədə yüksək səviyyədə xidmət göstərmək üçün böyük səylə çalışdıqlarını söyləyib. O, şöbə olaraq bu günə kimi 1077 nəfər qaziyə və 955 nəfər şəhid ailəsinə istər stasionar, istərsə də ev şəraitində tibbi xidmət göstərildiyini diqqətə çatdırıb. 

Tədbirin sonunda əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına göstərdikləri yüksək həssaslıq, xüsusi diqqət və qayğıya görə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə direktorun cərrahi işlər üzrə müavini Məmmədov Vasif Abdulla oğlu, həkim-nevropatoloq Orucova Sonayə Bayraməli qızı, həkim-otorinolarinqoloq Qədimalıyeva Gültac Yadulla qızı, rentgen-texnik Aşırlı Elnur Vaqif oğlu, Müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislər Nuruyeva Leyla Zülfüqar qızı, Xuduyeva Gülnar Akif qızı, Muradova Gülən Rüstəm qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. İcra başçısı Fəxri Fərmanı sahiblərinə təqdim edərək onlara uğurlar arzulayıb.


Oxunub: 35
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:56 | "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
    Bu gün, 21:48 | Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
    Bu gün, 21:45 | İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
    Bu gün, 21:43 | Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
    Bu gün, 21:41 | İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
    Bu gün, 21:20 | Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
    Bu gün, 19:06 | Bu qurumlar sabahdan distant iş rejiminə keçir
    Bu gün, 19:04 | Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Bu gün, 18:56 | XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
    Bu gün, 18:31 | Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
    Bu gün, 18:27 | Azərbaycanın futbol klubu ləğv olunur
    Bu gün, 18:25 | Vətəndaş xaricə getmək istədi, "sürprizlə" qarşılaşdı - 10 il niyə əsgər aparılmayıb? - Video
    Bu gün, 17:02 | Ağstafada 32 yaşlı kişini ilan sancıb
    Bu gün, 15:14 | Azərbaycanda mal əti bahalaşdı
    Bu gün, 14:47 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
    Bu gün, 13:59 | Prezident İlham Əliyev müşavirə keçirdi
    Bu gün, 13:11 | Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
    Bu gün, 13:09 | Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi
    Bu gün, 13:07 | Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
    Bu gün, 13:01 | Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub - FOTOLAR
    Bu gün, 09:29 | 2-ci liqada 4-cü tura yekun vuruldu
    Bu gün, 07:58 | Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
    Bu gün, 07:53 | Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
    Bu gün, 07:51 | Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
    Bu gün, 07:38 | Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
    Bu gün, 07:36 | Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
    Bu gün, 07:34 | Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
    Bu gün, 07:31 | Bal orqanizmə necə zərərli ola bilər?
    Dünən, 20:34 | Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
    Dünən, 20:10 | Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Dünən, 17:53 | Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
    Dünən, 16:50 | Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
    Dünən, 16:25 | Azərbaycanda bu institut ləğv edilir
    Dünən, 16:23 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 14:28 | Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
    Dünən, 14:27 | Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
    Dünən, 13:52 | Özbəkistan hərbçiləri Azərbaycana gəlib - VİDEO
    Dünən, 13:46 | Ev şəraitində hazırlanan qida məshullarının satışının tənzimlənməsi ilə bağlı proqram müzakirələrə səbəb oldu - AÇIQLAMA
    Dünən, 13:38 | Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
    Dünən, 13:35 | Tacir Şahmalıoğlu əməliyyat olundu
    Dünən, 13:29 | Sabah hava necə oalcaq?
    Dünən, 13:27 | 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
    Dünən, 11:23 | Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı
    Dünən, 10:17 | Ramiz Mehdiyev bu gün hakim qarşısına çıxarılır - Video
    Dünən, 10:04 | Milli Məclisin komitə iclası keçirilir
    Dünən, 07:57 | “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
    Dünən, 07:55 | Sumqayıtda dəhşət: Sürət qatarı 38 yaşlı kişini vurdu - Video
    20-09-2026, 21:24 | Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
    20-09-2026, 21:19 | Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
    20-09-2026, 21:01 | Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.