Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Azərbaycanda mal əti bahalaşdı
  • Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
  • Prezident İlham Əliyev müşavirə keçirdi
  • Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
  • Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi
  • Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
  • Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub - FOTOLAR
  • 2-ci liqada 4-cü tura yekun vuruldu
  • Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
  • Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
  • Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
  • Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
  • Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
  • Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
  • Bal orqanizmə necə zərərli ola bilər?
  • Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
  • Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
  • Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
  • Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
  • Azərbaycanda bu institut ləğv edilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Prezident İlham Əliyev müşavirə keçirdi

  • Tarix: Bu gün, 13:59

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib.

Mediaxeberleri.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaq.

Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

Deyə bilərəm ki, son vaxtlar bir neçə Dövlət Proqramı qəbul olunub. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır.

Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək.

Qeyd etdiyim kimi, qəbul edilmiş proqramlar qısamüddətlidir, 2030-cu ilin sonuna qədər icra edilməlidir. Düzdür, su proqramı daha böyük vaxt tələb edir. Amma dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027-2030-cu illərdə proqram tam icra edilməlidir. Qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir.

Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilib. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilib. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkisindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur.

Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı - elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq.

Bu gün isə mənzərə tam fərqlidir. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Təbii ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr - xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir. Təbii ki, maliyyə sistemimizdə aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin azaldılması və ləğv edilməsi ilə bağlı atılan addımlar, əlbəttə, belə bir müsbət mənzərə yaratmışdır.

Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız "Azəri-Çıraq-Günəşli" artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1.2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5.4 faiz artım olub.

Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.

Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur.

O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.

Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi.

İkinci istiqamət. Nəzərə alsaq ki, bu bölgədə böyük təbii resurslar var. Ehtimal ki, dediyim o rayonların digər bölgələrində, həm qonşu rayonlarda da böyük təbii resurslar var. Bu məqsədlə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Artıq buna da start verildi. Yenə də deyirəm, ən müasir texnologiyalar var. Yəqin ki, bu gün bu barədə bizə məlumat veriləcəkdir.

Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.

Onu da bildirməliyəm ki, biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. "AzerGold" şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl - zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar.

Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, "AzerGold" şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, "AzerGold" bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər.

Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi.

Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan "AzerGold" bütün ekoloji standartlara cavab verməlidir.

Metallurgiya sənayesinin inkişafına dair. Əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət, dediyim kimi, 2030-cu ilin sonuna qədərdir. Burada da bir neçə zavod yaradılacaq və bu barədə bizə indi məlumat veriləcək.

Bir məsələyə də toxunmaq istəyirəm. Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir.

İndi isə proqramın təqdimatına keçək. Söz verilir iqtisadiyyat naziri Mikayıl Cabbarova".

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək deyib:

"Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Hörmətli toplantı iştirakçıları.

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə son illərdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, yeni istehsal sahələri yaradılır, mövcud müəssisələr genişləndirilir, bunun nəticəsində investisiya və ixrac imkanları artır, yeni iş yerləri yaranır.

Bu istiqamətlərdən biri də ölkəmizin mineral xammal potensialından daha səmərəli istifadə etmək və metallurgiya sənayesini inkişaf etdirməkdir. Siz bu il yanvarın 13-də "Dəmirli" yatağının fəaliyyətə başlaması ilə bağlı oraya səfəriniz zamanı bu sahədə sistemli işlərin həyata keçirilməsi ilə bağlı təlimatlarınızı verdiniz. Nazirlər Kabineti tərəfindən Dövlət Proqramının hazırlanması ilə bağlı aprelin 1-də Sərəncam imzaladınız. İcazənizlə, bu gün diqqətinizə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın layihəsini təqdim etmək istərdim. Proqramın layihəsinin hazırlanmasına dəstək verən bütün qurumlara - Nazirlər Kabinetinə, nazirliklərə, qurumlara təşəkkürümü bildirirəm.

Proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.

Bu slaydda biz Dövlət Proqramının icmalını diqqətinizə təqdim edirik. Proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir.

Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlərdir. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Biz əsas istiqamətlərdir dedikdə, bu gün sübut edilmiş, istismarda olan yataqlara əsaslanırıq. Eyni zamanda, həm ilkin geoloji tədqiqatlar, həm bu gün əlimizdə olan məlumatlar və gələcək işlər bu siyahının genişlənəcəyinə bizdə əminlik hissi yaradır.

Burada dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq.

Proqramın əsas hədəfləri kifayət qədər böyükdür. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1.3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3.4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5.3 milyard manat investisiya nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, biz təqdimatda bu mövzuya bir daha toxunacağıq. Siz öz çıxışınızda bunu vurğuladınız. Digər dövlət proqramlarının təsdiqlənmiş maliyyə öhdəliklərini nəzərə alaraq, bu, büdcə və sərmayə qoyuluşu ilə yanaşı, uzunmüddətli, əlçatan maliyyələşmə mənbələrinin mövcudluğunu da şərtləndirir.

Proqramın layihəsində daha yüksək əlavə dəyər yaratmaq potensialına xüsusi diqqət yetirilir. Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var. Bunun bir yolu mövcud emal proseslərini təkmilləşdirmək və daha yüksək emal səviyyəli məhsullar istehsal etməkdir. Digər istiqamət isə yeni kəşfiyyat işlərinin aparılmasıdır. Yeni ehtiyatları müəyyənləşdirməliyik və iqtisadi cəhətdən səmərəli olan yataqları mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edəcəyik.

Dünyada metala və strateji minerallara tələbat sürətlə artır. Bunun əsas səbəbləri enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu ilə bağlı artan tələbatdır. Bu səbəbdən ölkələr artıq yalnız filiz hasilatına deyil, emala, təkrar emala və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verirlər. Ölkəmiz də bu dəyişikliklərdən istifadə etmək üçün çox gözəl imkanlara malikdir. Burada bizim resurs bazamız, enerji imkanlarımız və nəqliyyat infrastrukturumuz var. Təbii ki, bütün bu məsələlərin əsasında mövcud olan siyasi, makroiqtisadi sabitlik, Sizin uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz planlar dayanır.

Hesab edirik ki, ölkəmizin Orta Dəhliz üzərində yerləşməsinin və açar rolunu oynamasının da bu istiqamətdə böyük əhəmiyyəti var. İcazənizlə, bu mövzuya da toxunacağam.

Daxili potensiala nəzər saldıqda, ölkəmizdə qara, əlvan və qiymətli metallar üzrə təsdiqlənmiş ehtiyatlar mövcuddur. Alüminium, mis və qara metallurgiya üzrə müəyyən istehsal bazası artıq formalaşıb. Enerji infrastrukturu və kadr potensialı da mühüm üstünlükdür. İşğaldan azad edilmiş ərazilərdə yeni resurs imkanları var. Burada nəqliyyat infrastrukturunun inkişafı da yeni layihələr üçün artıq əlavə üstünlük yaradıb. Digər mühüm üstünlüyümüz Azərbaycanın əsas nəqliyyat dəhlizlərinə çıxışıdır. Bu, həm xammalın, həm də hazır məhsulların regional və beynəlxalq bazarlara çıxarılmasını asanlaşdırır.

Çağırışlarımız da var və burada biz bu çağırışları ünvanlamaq üçün nəzərdə tutulan yanaşmaları məruzə edirik. Əsas məsələlərdən biri hüquqi və institusional bazanın müasirləşdirilməsidir. Bu məqsədlə "Yerin təki haqqında" yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması nəzərdə tutulur.

Digər mühüm məsələ maliyyələşmədir. Dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb edir. Buna görə dövlətlə yanaşı, özəl sektor, o cümlədən bank maliyyələşməsi daxil olmaqla, beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır. Səsləndirdiyiniz göstərişlərə görə təşəkkür edirəm.

İri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqləri də təkmilləşdirilməlidir. Sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi vacib istiqamətlərdən biridir. Sahə üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, həmçinin təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulan istiqamətlərdəndir.

Dəyər zəncirinin inkişafına toxunaraq demək istəyirəm ki, proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. Təbii olaraq bu, bütün xammal növləri üzrə mümkün olmayacaq. Amma əminliklə deyirik ki, bir sıra istiqamətlər üzrə bu mümkündür və həyata keçiriləcək. Yəni kəşfiyyat və hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına keçməliyik.

İlk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur. "Dəmirli", "Söyüdlü", "Filizçay", Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi nəzərdə tutulur. Alüminium üzrə də mövcud istehsal zəncirinin genişləndirilməsi və yeni güclərin yaradılması planlaşdırılır və bu istiqamətdə müvafiq Sərəncamınız icra olunacaq.

Növbəti mərhələdə isə məqsəd daha yüksək əlavə dəyərli polad və alüminium məhsulları istehsal etməkdir. Bu məhsullar həm daxili sənayedə istifadə olunacaq, həm də ixrac ediləcək. Burada mən xüsusilə artıq xarici tərəfdaşlarla həyata keçirilən əməkdaşlığı da qeyd etmək istərdim. Belə ki, bu qəbildən olan son müqavilə bir həftə bundan öncə "AzerGold" dövlət şirkəti ilə Birləşmiş Ərəb Əmirlikləri şirkəti arasında bağlanmış sazişdir. Həmin sazişin şərtlərinə əsasən, Naxçıvanda yerləşən ehtiyatlarımızın birgə geoloji kəşfiyyatı həyata keçiriləcək.

"Daşkəsən" dəmir filizi layihəsi barədə məlumatı məruzə etmək istərdim. Bu layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda, isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. Əsas məqsədlərdən biri istehsal olunan dəmiri ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə etməkdir. Paralel olaraq, ixrac imkanlarımız da artacaq. Beləliklə, dəmir filizindən başlayaraq növbəti emal mərhələlərinə qədər yerli sənaye zənciri formalaşacaq.

Alüminium üzrə əsas məqsəd mövcud istehsal zəncirini genişləndirmək və daha yüksək əlavə dəyərli məhsullara keçməkdir. Proqramın əhatə etdiyi dövrdə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır.

"Zəylik" alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək. Məqsəd əlavə xammal bazasının iqtisadi potensialını müəyyənləşdirməkdir. Biz burada əsas olaraq müasir texnologiyaların inkişafına arxalanırıq. Nəticədə "Azəralüminium"un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması nəzərdə tutulur.

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır. Mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1.6 milyard manata çatdırılması gözlənilir. Qeyd edim ki, bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur.

Dövlət Proqramının layihəsində uğurlu icra üçün mühüm şərtlərdən biri də əsas icraçı qurumların koordinasiyalı fəaliyyətidir. Proqramın layihəsinə əsasən, ümumi tənzimləmə, əlaqələndirmə və nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi investisiya təşviqi, dövlət dəstəyi, sənaye siyasəti və sənaye infrastrukturunun inkişafını təmin etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yerin təki üzrə hüquqi bazanın, geoloji standartların və hesabatlılıq sisteminin təkmilləşdirilməsinə, həmçinin geoloji kəşfiyyatın həyata keçirilməsinə dəstək verəcək. SOCAR "Daşkəsən" dəmir filizi layihəsi və müvafiq klasterin təmin olunması üçün zəruri qaz infrastrukturu təmin etməlidir. "AzərGold" "Daşkəsən" dəmir filizi, qızıl, mis və digər layihələrin inkişafını həyata keçirəcək. Azərbaycan İnvestisiya Holdinqi portfel şirkətləri vasitəsilə alüminium və digər metallurgiya layihələrinə cəlb olunacaq. Özəl sektorun əsas rolu isə yeni istehsal və emal güclərinə investisiyaların qoyulmasından ibarət olacaq.

İnvestisiya mühiti və maliyyələşmə imkanlarına toxunaraq demək istəyirəm ki, Dövlət Proqramının hədəflərinə çatmaq üçün investisiya mühitinin daha da təkmilləşdirilməsi qarşımızda hədəf kimi durur. Dövlət dəstəyi, investisiya təşviqləri və digər stimullaşdırıcı tədbirlər genişləndirilir. Hüquqi və institusional baza da müasir tələblərə uyğunlaşdırılmalıdır.

Maliyyələşmə imkanlarının genişləndirilməsi isə deyərdim ki, fikrimizcə, ən aktual məsələlərdən biridir. Təkcə bu sahə üzrə deyil, ümumilikdə sənaye sahəsinin qarşılaşdığı əsas çağırışlardan biri uzunmüddətli kreditlərə çıxışın mövcudluğudur. Xüsusilə nəzərə alsaq ki, dağ-mədən və metallurgiya layihələrində qərar qəbulundan və layihənin icrasına başlanmasından istehsala qədər ötən müddət 5 il və daha çox davam edir. Belə layihələr üçün uzunmüddətli maliyyələşmə imkanlarının olması xüsusi əhəmiyyət daşıyır. Bu, həm büdcə yükünün azaldılmasına xidmət edir, həm maliyyə ekosistemində, bank sistemində əlavə gəlirlərin yaradılmasını təmin edir. Bu baxımdan 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacibdir. Burada obyektiv çağırış da var. Bu, ondan ibarətdir ki, bu gün banklarımızda obyektiv olaraq belə uzunmüddətli vəsait mənbəyi də olmaya bilir. Hazırda bu sahədə uzunmüddətli və güzəştli kreditləşmə imkanlarının kifayət qədər məhdud olduğunu qeyd etmək istərdim. Bu baxımdan, möhtərəm cənab Prezident, təklif edirik ki, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun və digər aidiyyəti qurumların iştirakı ilə uzunmüddətli maliyyələşmə üzrə siyasət tədbirləri hazırlansın və müvafiq maliyyələşmə mexanizmləri müəyyənləşdirilərək diqqətinizə təqdim edilsin.

2027-2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5.3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1.1 milyard manatı dövlət büdcəsi hesabına, 2.2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2.6 dəfə artırılması nəzərdə tutulur.

Proqram yalnız 2030-cu ilədək olan dövrü əhatə etmir, sonrakı mərhələ üçün də böyük inkişaf imkanları müəyyənləşdirir. "Filizçay" polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları o dövrə qədər qiymətləndiriləcək və yekunlaşdırılacaq. "Dəmirli" yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialına baxılacaq. "Zəylik" alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanına dair yekun rəy formalaşdırılacaq. Bundan əlavə, o cümlədən xarici investorların ifadə etdiyi marağa əsasən, illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanı hazırda araşdırılır. Qarabağda və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, regional emal mərkəzi üçün ciddi potensial görürük. Uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir. Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir. Alüminium üzrə 23 faiz, mis üzrə 21 faiz, sink üzrə 15 faiz, qızıl üzrə isə 10 faiz artımın olacağı proqnozlaşdırılır. Azərbaycanın burada bir sıra imkanları və üstünlükləri var. Biz Mərkəzi Asiya-Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq. Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu mühüm logistika imkanları yaradır. Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarımız isə əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkəmizin mühüm üstünlüyüdür. Bundan başqa, Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal imkanlarını genişləndirə bilər.

Bu Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq.

Möhtərəm cənab Prezident, təqdim olunan Dövlət Proqramı Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır. Əsas yanaşmamız xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Proqramın icrası nəticəsində istehsal və ixrac imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi, yeni sənaye zəncirlərinin yaradılması və sektorun rəqabət qabiliyyətinin artırılması üçün ciddi imkanlar yaranacaq.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, İqtisadiyyat Nazirliyi Dövlət Proqramının uğurlu icrasını, habelə bu istiqamətdə verdiyiniz tapşırıqların vaxtında, əlaqələndirilmiş şəkildə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bütün resurslarını səfərbər edəcək, dağ-mədən və metallurgiya sənayesini ölkəmizin iqtisadi inkişafının etibarlı dayaqlarından birinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərəcək. Diqqətinizə görə təşəkkür edirəm".

Prezident İlham Əliyev: "Sağ olun. Əyləşin".

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov çıxış edərək deyib:

"Möhtərəm cənab Prezident, ilk növbədə, Azərbaycan Respublikasında dağ-mədən sənayesinin inkişafına göstərdiyiniz davamlı diqqətə və dəstəyə görə Sizə dərin minnətdarlığımızı ifadə edirəm. İcazənizlə, həmin dəstəyin və strateji baxışın davamı olaraq hazırlanmış Dövlət Proqramı çərçivəsində "AzerGold"un qarşısında qoyulan əsas hədəf və vəzifələr barədə məlumatı yüksək diqqətinizə təqdim edim.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ildə Sizin Sərəncamınızla yaradıldı və bununla Azərbaycanın dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinin əsası qoyuldu. 2016-cı ildə Daşkəsəndə yerləşən "Çovdar" qızıl mədənində fəaliyyətə başlanıldı və növbəti ilin aprel ayında gümüş-qızıl xəlitənin ilk ixracı həyata keçirildi.

Həmin dövrdə yatağın çıxarıla bilən qızıl ehtiyatı 179 min unsiya qiymətləndirilirdi və istismar müddətinin 2021-ci ildə başa çatacağı proqnozlaşdırılırdı. Sonrakı illərdə aparılan optimallaşdırma və genişmiqyaslı geoloji kəşfiyyat işləri nəticəsində ehtiyatlar 1.02 milyon unsiyaya çatdırıldı, istismar müddəti isə ən azı 2032-ci ilədək uzadıldı. "Mərəh", "Ağyoxuş", "Tülallar" və "Çovdar" yataqlarından filizin emalı vahid istehsal mərkəzində - Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsində birləşdirildi. Bununla uzunmüddətli və səmərəli istehsal davamlılığı təmin edildi.

Növbəti illərdə şirkətin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirildi. Əlvan metallarla yanaşı, qara metal filizləri üzrə fəaliyyətə keçid təmin edildi və bu məqsədlə "Daşkəsən Dəmir Filiz" MMC yaradıldı. "AzerBlast" MMC isə sənaye partlayıcı maddələrin istehsalı və satışı üzrə fəaliyyətə başladı.

Geoloji kəşfiyyatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi müasir texnologiyalar tətbiq edilərək yeni perspektivli sahələr müəyyənləşdirildi və bu proses davam edir.

"AzerGold"un 2024-cü ildə gəlirləri və yerli banklardan cəlb edilmiş vəsait hesabına qurulan çəndə qələviləşdirmə zavodu tam gücü ilə istismara verildi və bununla da "Çovdar" yatağının sulfid filizlərinin emalı təşkil edildi. Həmin ildən, eyni zamanda, "AzerGold" Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövləti təmsil etmək səlahiyyətlərini də həyata keçirməyə başladı.

Cari ildə "AzerGold" Qafqazın ən böyük qızıl yataqlarından biri olan "Söyüdlü" yatağında - "Zod" yatağında fəaliyyətə başladı. Artıq ərazidə hasilatın təşkili ilə bağlı üstaçma işləri aparılır. Eyni zamanda, "AzerGold"a həmin cari ildə qeyri-filiz yataqları üzrə operator statusu da həvalə edildi.

Beləliklə, 10 il ərzində "AzerGold" qızıl hasil edən şirkətdən geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahəsini əhatə edən çoxşaxəli və inteqrə olunmuş milli dağ-mədən şirkətinə çevrildi.

Qarşıdakı mərhələdə əsas hədəfimiz "AzerGold"u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir. Bu məqsədlə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlir və borc vəsaitləri hesabına, həmçinin özəl investisiyaya üstünlük veriləcək. Nəticədə əsas məqsədimiz gəlir və məşğulluq göstəricisinə görə "AzerGold"u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir.

Möhtərəm cənab Prezident, bu slayd şirkətin iqtisadi inkişaf dinamikasını göstərir. Qızıl hasilatı, gəlirlər, EBITDA və vergi ödənişləri fəaliyyət dövrü ərzində davamlı artım nümayiş etdirib. Qızılın hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3.5 dəfə yüksəlib. Ümumi gəlirlərin 92 faizi ixracdan, 8 faizi isə daxili bazarda satışdan formalaşır. 2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib.

Digər mühüm göstərici EBITDA-dır. 2017-ci ildə 46 milyon manat olduğu halda, 2025-ci ildə 260 milyon manata çatıb, yəni təxminən 6 dəfə artıb. EBITDA marjası isə orta hesabla 50 faizdən yüksək olub. Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb.

Ən vacib məqamlardan biri ehtiyat bazasının genişləndirilməsidir. Ehtiyatların 6 dəfə artması nəticəsində "Çovdar"da istehsal müddəti 11 il uzadılıb. 2025-ci ildə əldə olunan mənfəətin təqribən 42 milyon manatı səhmdara - dövlətə dividend olaraq ödəniləcək. Bu nəticələr şirkətin mövcud ehtiyatları səmərəli istismar etməklə yanaşı, hasilat dinamikasının qorunmasına və yeni strateji istiqamətlərə investisiyaların genişləndirilməsinə imkan yaradır.

"AzerGold" birbaşa fəaliyyəti ilə yanaşı, Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövlət təmsilçiliyi istiqamətində də mühüm nəticələr əldə edib. 2024-cü ilin iyun ayından etibarən həyata keçirilən nəzarət tədbirləri nəticəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin istehsal və maliyyə göstəricilərində də ciddi artım əldə olunub. Qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5.3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37.6 min unsiyaya yüksəlib, yəni 7.1 dəfə artıb. Dövlətin mənfəətdən payı isə 2.4 milyon manatdan 37.6 milyon manata çatıb. Bu, 15 dəfədən çox artım deməkdir. Ümumilikdə "AzerGold"un dövlət təmsilçiliyi dövründə cari tarixə dövlətin mənfəətdən payı 77.5 milyon manat təşkil edib. 2026-cı ildə artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonunda yerləşən "Dəmirli" mis mədənində hasilatın bərpası hesabına əldə olunub. Cari ilin əvvəlində Sizin də təşrif buyurduğunuz emal kompleksi "AzerGold"un dəstəyi və nəzarəti ilə təqribən bir il ərzində yenidən qurularaq istifadəyə verilib. Nəticədə investor 2025-ci ildə ölkənin qeyri-neft ixracatçıları arasında birinci yerə yüksəlib və bu tendensiya 2026-cı ildə də davam etdirilib.

"AzerGold"un fəaliyyəti artıq dağ-mədən sənayesinin bütün əsas dəyər zəncirini əhatə edir. Şirkət geoloji kəşfiyyatına da başlayaraq, hasilat, emal, ixrac və satış mərhələlərini vahid sistem şəklində ifadə edir. Geoloji kəşfiyyatda müasir hiperspektral və aeroelektral maqnetik tədqiqat metodlarından istifadə etməklə yeni perspektivli sahələr müəyyən edilir və resurslar aşkarlanır. "Çovdar"da iki fərqli emal texnologiyası vasitəsilə ildə təxminən 70 min unsiya qızıl hasil olunur, emal nəticəsində qızıl və gümüş tərkibli xəlitələr istehsal olunur, əsas hissəsi ixrac edilir, digər hissəsi isə daxili bazarda satılır.

Proqramın icrası nəticəsində 2030-cu ilədək əsas hədəfimiz bu dəyər zəncirini əhəmiyyətli dərəcədə genişləndirməkdir. Bu məqsədlə "Filizçay", "Daşkəsən", "Ortakənd" və "Söyüdlü" yataqları istismara hazırlanacaq. "Filizçay"da mis, sink və qurğuşun tamhəcmli emalı, "Söyüdlü"də flatasiya üsulu ilə qızılın emalı, "Daşkəsən" layihəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton ən yüksək keyfiyyətə cavab verən isti briketləşmiş dəmir istehsalı gücü yaradılacaq. Bununla da "AzerGold" qiymətli əlvan və qara metallar üzrə ixrac potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Hazırda "AzerGold" tərəfindən mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görülür. Proses 4 əsas mərhələdə həyata keçirilir.

İlkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq. Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işləri Sizin iştirakınızla Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən həyata keçiriləcək.

Axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam edir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır.

İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir. Naxçıvanda "Göydağ" və "Başkənd" mis-qızıl yataqları, Balakəndə "Mazımçay" mis yatağı üzrə artıq ümumilikdə təxminən 1.5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı "Nəsirvaz", Kəlbəcərdəki "Tutxun" qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir.

Sonuncu mərhələdə - dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. "Söyüdlü" üzrə təxminən 1.03 milyon unsiya qızıl, "Ortakənd" üzrə 246 min unsiya qızıl, "Filizçay" üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib.

Möhtərəm cənab Prezident, bu slaydda "AzerGold"un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihəni təqdim edilir. Bu layihələr üzrə ümumi investisiya həcmi təxminən 3.63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.

İlk layihə "Söyüdlü" qızıl yatağıdır. Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1.03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7.5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır.

İkinci layihə Naxçıvanda yerləşən "Ortakənd" qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1.8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır.

"Filizçay" polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir. Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2.7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29.7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Bu layihənin icrası "AzerGold"un daxili gəlirləri hesabına, cəlb ediləcək borc vəsaitləri və Sizin tapşırığınıza uyğun surətdə müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına ola bilər.

"Daşkəsən" dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1.95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir.

Beləliklə, 4 strateji layihə üzrə qeyd etdiyim kimi, təxminən 3.63 milyard manat investisiya tələb olunur və bunun təqribən 10 faizinin dövlət büdcəsindən ayrılması üçün müraciət ediləcək.

Möhtərəm cənab Prezident, yekunda yüksək diqqətinizə çatdırmaq istərdik ki, "AzerGold" milli dağ-mədən sahəsinin aparıcı dövlət şirkəti kimi Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə irəliləyir:

- Birinci istiqamət qızıl hasilatı və emalıdır. "Söyüdlü" və "Ortakənd" üzrə ümumilikdə təxminən 1.28 milyon unsiya əlavə qızıl ehtiyatlarının hasilata cəlb edilməsi ölkə üzrə qızıl ixracını əhəmiyyətli dərəcədə artıracaq.

- İkinci istiqamət qara metallurgiyadır. "Daşkəsən" layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalat gücü yaradılacaq və təxminən 1.7 milyon ton hissəsi ixrac potensialını formalaşdırır.

- Üçüncü istiqamət əlvan metallardır. "Filizçay" üzrə mis, sink, qurğuşun resursunun hasilata hazırlanması ölkəmizin ixrac portfelini genişləndirəcək və yeni sənaye istiqamətini formalaşdıracaq.

- Dördüncü istiqamət dağ-mədən sənayesinin yan sahələrinin inkişafıdır. Bu layihələr yeni istehsal zəncirlərinin, xidmət sahələrinin və ümumilikdə sənaye potensialının güclənməsinə töhfə verəcək.

Möhtərəm cənab Prezident, əldə etdiyimiz və qarşıdakı dövrdə əldə etməyi planlaşdırdığımız nəticələrin əsasında Sizin rəhbərliyinizlə həyata keçirilən qeyri-neft sektorunun inkişafına və təbii sərvətlərin səmərəli idarə olunmasına yönəlmiş dövlət siyasəti dayanır. Davos Ümumdünya İqtisadi Forumunda dağ-mədən sənayesinin xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından iqtisadiyyatımızın əsas prioritet sahələrindən biri kimi qeyd edilməsi sektorun inkişafı üçün yeni imkanlar yaradır. 2027-ci ildən icrasına başlanması nəzərdə tutulan Dövlət Proqramı isə dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin əsas yol xəritəsi olacaq.

"AzerGold" olaraq bu strateji hədəflərin icrası üçün bütün imkan və resurslarımızı səfərbər edəcək, fəaliyyətimizi bundan sonra da yüksək məsuliyyətlə davam etdirəcəyik. Öz adımdan və kollektivimiz adından Sizə göstərdiyiniz etimada və diqqətə görə təşəkkür edirəm. Çox sağ olun".

Prezident İlham Əliyev: "Sağ olun".

0:00
/
0:28

x1

12:01

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.


Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi
Prezident İlham Əliyev müşavirə keçirdi






Oxunub: 41
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:14 | Azərbaycanda mal əti bahalaşdı
    Bu gün, 14:47 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
    Bu gün, 13:59 | Prezident İlham Əliyev müşavirə keçirdi
    Bu gün, 13:11 | Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
    Bu gün, 13:09 | Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi
    Bu gün, 13:07 | Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
    Bu gün, 13:01 | Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub - FOTOLAR
    Bu gün, 09:29 | 2-ci liqada 4-cü tura yekun vuruldu
    Bu gün, 07:58 | Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
    Bu gün, 07:53 | Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
    Bu gün, 07:51 | Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
    Bu gün, 07:38 | Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
    Bu gün, 07:36 | Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
    Bu gün, 07:34 | Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
    Bu gün, 07:31 | Bal orqanizmə necə zərərli ola bilər?
    Dünən, 20:34 | Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
    Dünən, 20:10 | Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Dünən, 17:53 | Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
    Dünən, 16:50 | Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
    Dünən, 16:25 | Azərbaycanda bu institut ləğv edilir
    Dünən, 16:23 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 14:28 | Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
    Dünən, 14:27 | Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
    Dünən, 13:52 | Özbəkistan hərbçiləri Azərbaycana gəlib - VİDEO
    Dünən, 13:46 | Ev şəraitində hazırlanan qida məshullarının satışının tənzimlənməsi ilə bağlı proqram müzakirələrə səbəb oldu - AÇIQLAMA
    Dünən, 13:38 | Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
    Dünən, 13:35 | Tacir Şahmalıoğlu əməliyyat olundu
    Dünən, 13:29 | Sabah hava necə oalcaq?
    Dünən, 13:27 | 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
    Dünən, 11:23 | Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı
    Dünən, 10:17 | Ramiz Mehdiyev bu gün hakim qarşısına çıxarılır - Video
    Dünən, 10:04 | Milli Məclisin komitə iclası keçirilir
    Dünən, 07:57 | “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
    Dünən, 07:55 | Sumqayıtda dəhşət: Sürət qatarı 38 yaşlı kişini vurdu - Video
    20-09-2026, 21:24 | Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
    20-09-2026, 21:19 | Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
    20-09-2026, 21:01 | Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
    20-09-2026, 20:55 | "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
    20-09-2026, 20:30 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
    20-09-2026, 19:50 | İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
    20-09-2026, 19:24 | Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
    20-09-2026, 19:05 | 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
    20-09-2026, 18:40 | Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
    20-09-2026, 18:19 | Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
    20-09-2026, 18:17 | Azərbaycan Pakistana başsağlığı verdi
    20-09-2026, 16:32 | Dövlətçilik tariximizin şanlı salnaməsi
    20-09-2026, 15:53 | Sabah leysan olacaq
    20-09-2026, 15:51 | Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
    20-09-2026, 15:50 | İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
    20-09-2026, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.