Milli Məclisin komitə iclası keçirilir
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir. Mediaxeberleri.Az xəbər verir ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib. Gündəliyə təklif edilən məsələlər aşağıdakılardır. 1. Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı. 2. Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üçün iş planının layihəsi . 3.“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















